Posted On: July 12th 2026, 08:30 am
Rino Karlsen deketiv silsiləsini oxumağa davam edirəm. Bu kitab silsilənin ikinci romanıdır.
Əla getdi. İki günə xətm elədim. Yazıçının, demək olar ki, texnikasını tutdum və hər dəfə sona yaxınlaşdıqca, bilirəm ki, bu həllə son deyil, yazıçı məni təəccübləndirəcək.
Zövqlə oxudum. Yazıçının qısa ömrü varmış, 52 yaşında vəfat edib. Silsilənin 6 kitabı var. Rus dilinə 3 kitabı tərcümə edilib. Artıq üçüncüsünə başlamışam.
Yazıçının ən dəyər verdiyim yönü mətninin mərkəzinə bir ictimai problem qoymağıdır və bunu bir yol tapıb baş qəhrəmanımızla da əıaqələndirə bilməyidir. Beləliklə mənti zövqlə oxuduqca təhqiqatçı Rinonun da inkişafını görə bilirik. Əhsən.