Posted On: September 30th 2026, 01:20 pm
Xiyar turşusunun ən ləzzətli və asan resepti ilə gəldim 🤌🏻🥒
Resept:
(1kq banka üçün)
Tikanlı xiyar
2-3 diş sarımsaq
2 ç.q turşu duzu
0,5 ç.q şəkər
0,5 ç.q limon duzu
1 armudu stəkan sirkə (üzüm və ya alma)
2 dəfnə yarpağı
0,5 ç.q dənəvər istiot
Tikanlı xiyarları soyuq suda 1 saat saxlayın. Sonra yaxşıca yuyub baş hissələrini kəsin. Bankaya 2-3 diş sarımsaq, yarım ç.q dənəvər istiot və 2 dəfnə yarpağı əlavə edin. Ardınca xiyarları bankaya dolana kimi yerləşdirin.
Üzərinə qaynar su əlavə edib qapağını bağlayın və çalxalayaraq sterilizə edin. Həmin suyu boşaldın.
Bankaya duz, şəkər tozu, limon duzu və sirkə əlavə edib üzərinə dolana kimi qaynar su tökün.
Sonda bankanın qapağını əvvəl 3 dəfə tərs istiqamətə, sonra 1 dəfə düz istiqamətə çevirib bağlayın. Turşu 6-7 günə hazırdır.
Mən 2,5 kq xiyar istifadə etdim və 5 ədəd 1 kq-lıq banka alındı.
#easyandtastyph #xiyartursusu #resept #food #baki Load More