Instagram story viewer> @lady_slim__> Post
2 months ago
3
Posted On: September 19th 2026, 03:43 pm
Türkiyədə "Ailəm güvəndə" adı altında insanları bəzən ailə üzvləri tərəfindən qətlə yetirilməsindən qoruyan LGBT hüquq təşkilatlarına, eləcə də 18+ yaşda olanların yığışdığı əyləncə gecə klublarına hücum edilməsinə biganə qalmaq əslində təhlükəlidir və Türkiyə cəmiyyəti bu təhlükəni dərk edib böyük şəhərlərdə etirazlara, eləcə də sosial şəbəkə üzərindən öz etirazlarını dilə gətirir.
Amma bizlərdə avam kütlə heç bir halda ailələr üçün təhlükə olmayan məkanlara inklüzivliyə qarşı olan bu basqınları doğru addım kimi görür. Elə ona görə də Azərbaycanda bu kimi təşkilatların fəaliyyəti demək olar dayandırılıb və məkanların mövcudluğu da yox dərəcəsinə gətirilib. Ailəsində LGBT övladı olmayan insanlar ümumiyyətlə bu məkanların mövcudluğundan belə xəbərdar olmadıqları halda hansı təhlükədən söhbət gedə bilərsə onu anlamaq üçün bir az məntiqli olmaq gərək. Əsl təhlükə minaları – zorakılar, manyaklar, ən əsası pedofillər, zoofillər sərbəst gəzib dolandıqları bir zamanda yetkin insanların şəxsi həyatını bulamaq , onları yaşamağa qoymayınca və sonra onlar və ya bizlər də çıxıb 2 kəlmə söz deyəndə hər kəs yalnız bir fikri səsləndirir : " sizə heç kim heç nə demir, həyatınızı yaşayın, onu heç kimə nümayiş və təbliğ etməyin". Amma susduqca acı nəticələr göz önündədir.

İcazə verin sizi İkinci Dünya Müharibəsi Almaniyasının keşişi Martin Niemöllerin bu məşhur sətirləri ilə tanış edim:

"Onlar əvvəlcə kommunistləri axtarmağa gəldilər və mən bir kəlmə də olsun danışmadım, çünki mən kommunist deyildim.

Sonra onlar Sosialistlərin dalınca gəldilər və mən səsimi çıxarmadım. Çünki mən sosialist deyildim.

Sonra onlar həmkarlar ittifaqı üzvlərinin dalınca gəldilər və mən bir kəlmə də danışmadım, çünki mən həmkarlar ittifaqı üzvü deyildim.

Sonra onlar yəhudiləri götürməyə gəldilər və mən bir kəlmə də danışmadım, çünki mən yəhudi deyildim.

Sonra onlar mənim dalımca gəldilər və artıq mənim adımdan danışacaq və müdafiə edəcək heç kim qalmamışdı.

Martin Niemöller
Comments (3)
bem_tyler a month ago

bem_tyler

🔥

happy202554 2 months ago

happy202554

👏👏👏❤️

ilyasova_sevil94 2 months ago

ilyasova_sevil94

Çox rəngarəng klipdi

More posts

back to up