Posted On: September 26th 2026, 12:54 pm
4 illik yolun sonunda UNEC SABAH qruplarından məzun oldum!🎓
Universitetə başladığım ilk gündən bu mərhələyə çatmaq mənim üçün sadəcə diplom almaqdan daha böyük məna daşıyırdı. Bu illər ərzində iqtisadiyyat üzrə akademik biliklərlə yanaşı, özümü müxtəlif layihələrdə, könüllülük fəaliyyətlərində və tədbirlərin təşkilində sınamaq imkanım oldu. UNEC-də keçirdiyim 4 il mənə yalnız dərslər və imtahanlar deyil, yeni dostluqlar, dəyərli müəllimlər, fərqli təcrübələr və özümü daha yaxşı tanımaq fürsəti qazandırdı. Uğurlu günlər də oldu, çətin və yorucu dövrlər də. Amma geriyə baxanda hər birinin inkişafımda öz yeri olduğunu görürəm. Bu mərhələdə qazandığım bilik, təcrübə və xatirələri özümlə gələcək yoluma aparıram.
Təşəkkürlər UNEC. Təşəkkürlər SABAH.🤍
Load More