Posted On: October 20th 2026, 04:58 pm
Ən gözəl şeylər zaman tələb edir... 🍷🥩
Marinad:
1 ədəd dana qolu
4-5 diş sarımsaq
1 ç/q sarımsaq tozu
2-3 budaq təzə bibəriyyə (rosemary)
1/2 stəkan zeytun yağı
Təzə çəkilmiş duz və istiot
Hazırlanması:
Sarımsaq, sarımsaq tozu, təzə bibəriyyə, zeytun yağı, duz və istiotu qarışdıraraq marinad hazırlayın. Dana qolunu bu qarışıqla yaxşıca örtün. Bişirmə kağızı və folqaya möhkəm bükərək 180°C sobada 3 saat ət lif-lif ayrılanadək ağır-ağır bişirin.
Qarnir:
Kartof graten
İsti halda kremli kartof graten ilə servis edin. Nuş olsun!
Bon Appétit!✨