Posted On: October 27th 2026, 08:42 pm
Necə başlayım, nə yazım, sənə olan hisslərimi hansı sözlərlə ifadə edim bilmirəm…
Ay mənim canımdan çox sevdiyim sevgilim, dostum, sirdaşım, yol yoldaşım, ruhum… Sən mənim uşaqlığımsan, mən səninlə böyümüşəm. Sən mənim bu dünyadakı ən böyük şansım, ilk və son eşqimsən. Mənə sevməyi, sevilməyi, ürəkdən gülməyi, həyatı doya-doya yaşamağı sən öyrətmisən.
Ay mənim ruhumun digər yarısı, doğum günün mübarək. Nə yaxşı ki, sən doğulmusan… Nə yaxşı ki, varsan. ❤️
Load More