Posted On: June 19th 2025, 08:56 pm
Çox gecikmiş post🧙🏽♀️
“Mommy, let me go…” işi ilə yanvar ayında qrup Sabina Şıxlinskayanın Müasir İncəsənət məktəbinin finalında, sərgidə iştirak etmişdim. Bu iş ana və övladları arasındaki münasibətləri sorğulayır və ötürülən travmalardan qaçmağa çalışan uşaqların səslərini eşitdirir, qopara bilmədikləri iplərini göstərir.
Sərgilənməkdən əlavə, möhtəşəm dostlar və gələcək əməkdaşlıqlarımı qurmaq istədiyim sənət adamlarını tanıdım! 🥲
İşlə bağlı daha ətraflı portfoliomda məlumat ala bilərsiniz.🕊️💕