Sevmə məni sevsən ümidlənərəm, Sənlə cəhənnəmə qədər gələrəm, Sevmə məni bir an dünya düzləşər, Gözümdə cəhənnəmdə gözəlləşər. Sevmə məni gəl itirmə ağlını, Yazdırma qurbağazadə nağılını. Sevmə məni dünya qalsın beləcə, Sevsəndə sevməsəndə öləcəm. Sevmə məni utanarsan yanımda, Getsən əgər qoxun qalar canımda. Sevmə məni qulaq as məsləhətə, Qarnın doymaz quru məhəbbətə. Sevmə məni sevincimdən uçaram, Güvənib sənə qəlbimi açaram. Sevmə məni dərdim ikidə qalsın, Kaşki və bəlkəylə ömür qutarsın.