Instagram story viewer> @fatya_blogg> Post
6 months ago
8
Posted On: May 6th 2026, 03:56 pm
Malayziya mənim üçün sadəcə səyahət etdiyim bir ölkə yox, hər günü fərqli təəssüratlar yaşadığım bir yer oldu.
Bu vlogda Kuala Lumpurun ən məşhur məkanlarından bəzilərini bir araya gətirmişəm. Rəngarəng küçələri ilə Bukit Bintang, möhtəşəm pilləkənləri və mədəni dəyəri ilə Batu Caves, alış-veriş və memarlığı ilə məşhur Pavilion Kuala Lumpur, həm uşaqların, həm də böyüklərin maraqla gəzə biləcəyi Aquaria KLCC və daha çoxu..
Malayziya Asiyanın ən rəngarəng ölkələrindən biridir. Burada fərqli mədəniyyətlər, dinlər və mətbəxlər bir arada yaşayır. Elə buna görə də hər küçəsində, hər məkanında tamam başqa bir atmosfer hiss olunur.
Məni ən çox təsirləndirən isə bu ölkənin həm müasirliyi, həm də təbiətini və tarixini qorumağı oldu. Bir tərəfdə göydələnlər, digər tərəfdə əsrlərlə yaşı olan məbədlər… Bu kontrast Malayziyanı daha da xüsusi edir.
Bu ölkədən çox gözəl xatirələrlə ayrıldım😍
Hansı məkan sizi daha çox cəlb etdi rəylərdə yazın🥰❤️

#malaysia #kualalumpurmalaysia #asia #travel #kesfet
Comments (8)
mixwithfatma 4 months ago

mixwithfatma

😍😍😍❤️

l___blogg 6 months ago
ayni.nails1 6 months ago

ayni.nails1

❤️❤️❤️

More posts

back to up