Posted On: October 7th 2026, 09:56 pm
APRIORI GROUP üçün hər yeni layihə sadəcə bir ad deyil — arxasında fikir, zövq və insanlara fayda vermək istəyi dayanır.
“SELECTED by Mehriban Taghiyeva” da məhz belə yarandı. Məqsədimiz dəbi daha əlçatan etmək, gündəlik həyatda rahatlıqla istifadə edilə bilən, bir-biri ilə asan kombin olunan və zövqlü görünən məhsulları seçib təqdim etməkdir.
Burada hər detal təsadüfi deyil — rəng, forma, aksesuar və bütöv obraz diqqətlə seçilir. Çünki gözəl görünmək hər zaman böyük büdcə demək deyil. Bəzən doğru seçim bütün obrazı dəyişir.
Bu layihənin böyüdüyünü, öz auditoriyasını tapdığını görmək bizim üçün xüsusilə xoşdur.
SELECTED by Mehriban Taghiyeva — sadə, zövqlü və əlçatan seçimlər.
#APRIORIGROUP #SelectedByMehribanTaghiyeva
#Selected #FashionSelection #Style BakuFashion