Posted On: October 10th 2026, 02:29 pm
Bu yeməyin müəllifi özüm olduğum üçün adını hələ qoymamışam😄🤭
Günlərin bir günü soyuducumda olan ərzaqlardan bu yeməyi hazırladım. O qədər ləzzətli alındı ki, hər kəs o qədər bəyəndi ki, reseptini çəkib Sizinlə də paylaşmaq istədim 🥰
Şiddətlə tövsiyə edirəm 👌🏻
Resept:
7-8 əd orta ölçülü badımcan (750 qr)
3 əd toyuq filesi (700 qr)
3 əd orta ölçülü soğan
3 dəstə şüyüd, 3 d. keşniş, 2 d. cəfəri
3-4 diş sarımsaq
Duz, istiot, paprika
1 x.q tomat pastası
350 ml su (1 st + 1 st-dan 2 barmaq az)
Duru yağ (bişirmək üçün)
Hazırlanma qaydası:
Doğranmış badımcanları duzlu suda 15-20 dəqiqə saxlayın. Sonra mətbəx salfeti ilə suyunu alıb qızğın yağda hər iki tərəfini qızardın.
Toyuq filesini 9-10 dəqiqə bişirin. Üzərinə soğanı əlavə edib təxminən 13 dəqiqə qızılı rəng alana qədər qovurun. Ardınca ədviyyatları, sarımsağı və göyərtini əlavə edib 4-5 dəqiqə bişirin.
Sonra tomat pastasını əlavə edib 2-3 dəqiqə qovurun.
Ardıyca üzərinə suyu əlavə edib qapağı bağlı formada 10 dəqiqə bişirin.
Son olaraq qızardılmış badımcanları əlavə edib, qapağı bağlı formada 12 dəqiqə bişirib ocaqdan alın.
#easyandtastyph #yemek #resept #food #dadli Load More