Instagram story viewer> @meydantv> Post
3 days ago
Həbsdə olan baş redaktor Aynur Elgünəşin də səhhətindəki problemlərə görə müalicə müəssisəsinə köçürüləcəyi gözlənilir.

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Şəmşad Ağa (Ağayev) Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) köçürülüb.

Bu barədə jurnalistlərin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, Şəmşad Ağanın səhhətində ciddi problemlər yaranıb.

Yaxınları bildiriblər ki, Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin də bu həftə müalicə müəssisəsinə köçürülməsi gözlənilir.

Aynur Elgünəşin səhhətinin ağırlaşdığı barədə oktyabrın 8-də məlumat yayılmışdı. Jurnalistin yaxınları onun böyrəyində ciddi problemlər yarandığını, kəskin ağrılardan və yüksək təzyiqdən əziyyət çəkdiyini bildirmişdilər.

Jurnalistlərin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı məlumatları hələlik rəsmi qurumlardan təsdiqlətmək mümkün olmayıb.
Meydan TV-nin baş redaktoru Aynur Elgünəş və daha beş əməkdaşı 2024-cü il dekabrın 6-da saxlanılıblar. Sonrakı aylarda cinayət işi üzrə başqa jurnalistlər də həbs olunublar.

Şəmşad Ağa 2025-ci ilin fevralında saxlanılıb.

“Meydan TV işi” üzrə həbs edilən şəxslərə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vergidən yayınma ittihamları irəli sürülüb.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Azərbaycan hakimiyyəti isə ölkədə jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunmadığını bəyan edir.
3
Posted On: October 13th 2026, 08:56 am

Comments (3)
zaman_sonlanir a day ago

zaman_sonlanir

Vay vay gəbərib eliyər birdən

abbas70483 a day ago

abbas70483

Ölkədə qanunun aliliyi və ictimai sabitliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Hüquqi proseslər emosional çağırışlarla deyil, qanunvericiliyin tələbləri və konkret faktlar əsasında qiymətləndirilir.

nnn982akf17 3 days ago

nnn982akf17

İLXAMIN ƏN ÇOX 🐶 KİMİ QORXDUĞU AZ 🇦🇿 JURNALİSTLƏRİDİR 😂

More posts

back to up