Instagram story viewer> @konulpsy> Post
4 days ago
4
Posted On: October 16th 2026, 05:16 pm
🧲Əslində, dəyişəcəyinə ümid etdiyin insanlar sənə uşaqlıqda valideynlərindən gözlədiyin münasibəti xatırlada bilərmi?

🧲Bəlkə də, bir vaxtlar ananın və ya atanın dəyişəcəyinə, səni anlayacağına, ehtiyaclarını görəcəyinə ümid etmisən. Amma gözlədiyin münasibəti ala bilməmisən.

🧲Bu gün isə şüuraltı olaraq oxşar münasibətləri təkrar yaşaya, qarşındakı insanın dəyişəcəyinə inanaraq onun potensialına bağlana bilərsən. Çünki psixikan üçün tanış olan münasibət ssenarisi sənə təhlükəsiz görünə bilər — hətta səni incitsə belə.

🧲Beləliklə, qarşındakı insanı olduğu kimi görmək əvəzinə, bir gün sənə uşaqlıqda ehtiyac duyduğun münasibəti verəcəyinə ümid edirsən.

🧲Bəlkə də, bu gün hiss etdiyin dəyərsizlik yalnız indiki münasibətinlə deyil, uşaqlıqda qarşılanmamış emosional ehtiyaclarınla da əlaqəlidir.

🧲Dəyişimin ilk addımı qarşındakı insanı dəyişdirmək deyil, öz münasibət ssenarini anlamaqdır.

🤍 Bu mövzuda özünü daha dərindən anlamaq və münasibətlərində təkrarlanan ssenarilər üzərində işləmək üçün onlayn fərdi seanslara müraciət edə bilərsən. Ətraflı məlumat üçün DM yaza bilərsən.

▶️TERAPEVTİK SEANSDA səni gözləyirəm❤️

#münasibətlər #atatravması #anatravması #uşaqlıqtravmaları #azerbaycan
Comments (4)
aytn.xlfv 4 days ago

aytn.xlfv

😢👏

mehman5478 4 days ago

mehman5478

❤️❤️❤️

More posts

back to up