Posted On: October 20th 2026, 04:16 pm
🐟✨ Sobada Farel Balığı 🍋🥔
Bu gün sizin üçün sobada ləzzətli farel balığı hazırladım. 😍
📝 Ərzaqlar:
* 🐟 Farel balığı
* 🧂 Duz
* 🫒 3–4 xörək qaşığı duru yağ
* 🍅 1 çay qaşığı tomat
* 🥕 Sarıkök
* 🌶️ İstiot
* 🫑 Şirin qırmızı bibər
* ✨ Paprika
👩🏻🍳 Hazırlanma qaydası:
1️⃣ Farel balığının hər iki tərəfinə kəsiklər atırıq ki, yaxşı bişsin. Daha sonra duzlayırıq.
2️⃣ Sousu hazırlamaq üçün duru yağı, tomatı, sarıkökü, istiotu, şirin qırmızı bibəri və paprikanı qarışdırırıq.
3️⃣ Hazırladığımız sousu balığın hər iki tərəfinə və kəsiklərin arasına çəkirik.
4️⃣ Balığı soba sinisinə yerləşdiririk. Mən yanına kartof və pomidor da əlavə etdim. 🥔🍅 Siz də zövqünüzə görə əlavə edə bilərsiniz.
5️⃣ Əvvəlcədən isidilmiş 200°C sobada təxminən 40–45 dəqiqə bişiririk. Bişmə müddəti balığın ölçüsündən asılı olaraq dəyişə bilər.
😍 Və budur, ləzzətli sobada farel balığımız hazırdır!
❤️ Hər kəsə nuş olsun!
#SobadaFarel #FarelBalığı #BalıqResepti #EvYeməkləri #kesfett Load More