Instagram story viewer> @my_ktchen_> Posts
167.2K
followers
356
following
Evdə hazırlanmış reseptlər
Əməkdaşlıq üçün DM📥
POSTS STORIES REELS TAGGED
Download All
🎃 Balqabaq Formalı Mini Pizza 

⸻

📝 İnqrediyentlər (~12 ədəd üçün)

Xəmir üçün:
	•	450–500 q un
	•	15 q təzə maya (və ya 5 q quru maya)
	•	30 q şəkər
	•	Bir çimdik duz
	•	200 ml süd
	•	1 yumurta
	•	30 q kərə yağı
	•	30 ml duru yağ

İçlik üçün:
	•	Pomidor sousu
	•	Salam
	•	Çoxlu pendir 🧀

⸻

👩🏻‍🍳 Hazırlanması

1️⃣ 300 q unu qaba ələyin, maya, süd, yumurta, şəkər və duz əlavə edin. Yavaş-yavaş qalan unu qataraq yumşaq xəmir yoğurun.
2️⃣ Sonunda kərə yağı və yağı əlavə edib elastik xəmir alın. Üzərini örtüb 1 saat mayalandırın.
3️⃣ Xəmiri 12 hissəyə bölüb dairə formasında açın. İçlik qoyub kənarlarını yaxşıca bağlayın.
4️⃣ Balqabaq forması vermək üçün nazik ip ilə yumşaq şəkildə bağlayın. 🎃
5️⃣ Çörəkləri yağlı kağız sərilmiş listə düzün, 10–15 dəq. dinləndirin.
6️⃣ 180°C-də təxminən 20 dəq. bişirin.

⸻

✨ İsti-isti servis edin 

⸻

#pizza #balqabaqçörəyi #payızreseptləri 
#pizzabread #pumpkinbread #fallrecipes 
 #balkabagi #pumpkin #hollween #pizza by @my_ktchen_
846
a year ago
Download
Göbələkli Kartoşka Qızartması 🥔🍄🧀

📝 Tərkibi:
• Təzə kartoşka
• Göbələk
• Mozzarella pendiri
• Kərə yağı
• Duz
• İstiot
• Göyərti

#kartoşkaqızartması #potatoes #fries #patates #patateskızartması by @my_ktchen_
333
6 months ago
Download
Toyuqlu Tərəvəz Şorbası

  Tərkibi:
	•	2 ədəd toyuq filesi (təxminən 300 q, istəsən sümüklü hissəsini də istifadə edə bilərsən)
	•	1 soğan
	•	1 kök
	•	2 kartof
	•	2 ədəd soyulmuş pomidor
	•	2 diş sarımsaq
	•	3–4 x.q. zeytun yağı
	•	2 dəfnə yarpağı
	•	1 ç.q. duz
 •  ½  qırmızı toz biber
	•	½ ç.q. qara istiot
	•	Çay qaşığının ucunda sarıkök
	•	½ limonun suyu
	•	1 litr su
	•	Bir çimdik xırda doğranmış cəfəri

Tarif : @ferah_kitchen 

Hazırlanması:
	1.	Tərəvəzləri iri doğrayın və çiy halda qazana əlavə edin.
	2.	Üzərinə toyuq filesini yerləşdirin.
	3.	Zeytun yağı, ədviyyatlar, dəfnə yarpağı və suyu əlavə edin.
	4.	Qapağını bağlayıb bişməyə qoyun.
	5.	Toyuq və tərəvəzlər yaxşı bişdikdə, toyuqları çıxarın və dəfnə yarpaqlarını atın.
	6.	Qazandakı tərəvəzləri blenderlə əzin.
	7.	Toyuqları didikləyib şorbaya geri əlavə edin və bir daşım da qaynadın.
	8.	Lazım olsa bir az su əlavə edin.
	9.	Limon suyu və cəfərini də əlavə edib altını söndürün.

#toyuqşorbası #tərəvəzşorbası #sebzeçorbası #çorba #soup #souprecipe #vegetablesoup #sorba by @my_ktchen_
1k
a year ago
Download
🍅Öz Şirəsində Pomidor Sousu

Ərzaqlar:

* Pomidor — 6 kq

2 litr pomidor şirəsi üçün:

* Duz — 2 xörək qaşığı (üstü təpəsiz)
* Şəkər — 4 xörək qaşığı
* Ətirli bibər — 2 ədəd
* Ağ reyhan 1 dəstə

Hazırlanması

Pomidorları iki hissəyə bölürəm. 3 kq-nı təmizləyib, qabığını soyuram, digər 3 kq-nı isə bütöv saxlayıram.

Qabığını soyduğum pomidorları doğrayıb qazana tökürəm və ocağa qoyuram. 15 dəqiqə qaynatdıqdan sonra blenderdən keçirirəm. Yenidən ocağa qoyub qaynamağa başladıqda üzərinə duz, istiot, şəkər tozu və reyhan əlavə edib qarışdırıram.

Sonra bütöv saxladığım pomidorları da əlavə edib 5-6 dəqiqə birlikdə qaynadıram.

Hazır pomidorları steril bankalara doldurub qapaqlarını möhkəm bağlayıram. Bankaları tərsinə çevirib isti dəsmala bükürəm və 1 gün ərzində bu vəziyyətdə saxlayıram. Ertəsi gün bankaları çevirib sərin və qaranlıq yerdə saxlayıram. by @my_ktchen_
65
6 hours ago
Download
Vanilli pudinqli balqabaq formalı ponçiklər

12 ədəd üçün

Xəmiri:

* 240 q ilıq süd
* 10 q quru maya
* 65 q şəkər tozu
* 2 ədəd yumurta (100 q)
* 76 q əridilmiş kərə yağı
* 1 x.q. vanil pastası
* 420–480 q un
* 1 ç.q. duz
* 1 x.q. darçın

İçlik:

* Hazır vanilli pudinq

Hazırlanması:
İlıq süd, maya və 1 x.q. şəkəri qarışdırıb 5–10 dəqiqə saxlayın. Əridilmiş kərə yağını, qalan şəkəri, yumurtaları və vanili əlavə edin. Un, duz tədricən əlavə edib yumşaq xəmir yoğurun.

Xəmiri isti yerdə təxminən 1 saat, həcmi ikiqat olana qədər mayalandırın. Sonra 12 hissəyə bölüb kündələyin.

Balqabaq forması vermək üçün qida üçün uyğun pambıq ipdən istifadə edin. İpləri qar dənəsi formasında düzün, kündəni ortasına qoyun və 8 hissəli forma alınacaq şəkildə ipləri ətrafına bağlayın. Çox sıx bağlamayın.

Üzərini örtüb 20–30 dəqiqə də mayalandırın.

Yağı 175°C-yə qədər qızdırıb ponçikləri hər tərəfi qızılı rəng alana qədər, təxminən 2–3 dəqiqə qızardın.

İlıq ponçiklərin üst hissəsindən dəlik açıb vanilli pudinqi içərisinə doldurun. Saplaq üçün darçın  çubuğu yerləşdirin.

#pumpkinsourdough #fall #falldesserts
#pumpkindessert by @my_ktchen_
75
2 days ago
Download
Restoran Sirri: Qırmızı Gavalılı Balsamik Sous
🍷 Ət yeməkləri üçün Qırmızı Gavalılı Balsamik Sous

Restoranların xüsusi souslarını evdə hazırlamaq istəyənlər üçün möhtəşəm resept! 
Şirin-turş dadı, balsamik sirkənin ətri və gavalının özünəməxsus ləzzəti ilə bu sous xüsusilə ət yeməklərinə çox yaraşır. Həmçinin pendir yanında da servis edə bilərsiniz.

📝 Tərkibi:

* 1,2 kq qırmızı gavalı — çəyirdəksiz
* 400 q şəkər tozu
* 180 q balsamik sirkə
* 80 q 6%-li alma sirkəsi
* 40 q rafinə edilmiş bitki yağı
* 20 q sarımsaq — 5–6 iri diş
* 2 q quru rozmarin — 1 ç.q. dolu
* 8 q duz — 1 ç.q. silmə
* 2 q qara istiot — ½ ç.q.
* 2 q ətirli istiot — ½ ç.q.
* 10 q qarğıdalı nişastası — 2 ç.q.
* 50 q soyuq su — nişastanı açmaq üçün

👩🏻‍🍳 Hazırlanması:

Gavalıların çəyirdəklərini çıxarıram. Qazana bitki yağı, xırdalanmış sarımsaq və quru rozmarin əlavə edib yağda azca qovururam.

Üzərinə gavalıları əlavə edib 15 dəqiqə, gavalılar suyunu buraxıb yumşalana qədər bişirirəm.

Sonra gavalıları blenderdən keçirirəm. Üzərinə şəkər, duz, qara istiot, ətirli istiot, balsamik sirkə və alma sirkəsini əlavə edib 10 dəqiqə qaynadıram.

Nişastanı soyuq su ilə qarışdırıb sousa əlavə edirəm. Davamlı qarışdıraraq təxminən 2 dəqiqə bişirirəm. Sous qatılaşdıqda ocaqdan götürürəm.

Hazır sousu steril bankalara doldurub qapaqlarını möhkəm bağlayıram.

Nəticə: təxminən 6 ədəd 230 ml-lik banka.
Bu sousu xüsusilə ət, quzu və qril yeməklərinin yanında sınayın — dadı möhtəşəm olur! by @my_ktchen_
81
4 days ago
Download
3 Gündə Hazır! Xırt-xırt Kələm Turşusu

Lazım olanlar:

* Bərk Kələm – 2,6 kq
* Kök – 2 ədəd
* Qırmızı çuğundur – 2 ədəd
* Qırmızı kələm – 700 q (istəyə bağlı)
* Sarımsaq – 1 baş
* Acı və şirin bibər – 2 ədəd

Marinad üçün:

* Qaynar su 2 l
* Turşu duzu – 2,5 xörək qaşığı
* Dəfnə yarpağı – 2 ədəd
* Limon – 1 dilim
* Dənəvər qara istiot – bir neçə ədəd
* Şəkər tozu – 5 xörək qaşığı
* Mixək – 3 ədəd
* 9%-li sirkə – 80 ml

Hazırlanması:

1. Bütün tərəvəzləri yuyub təmizləyin və lay-lay doğrayın.
2. Marinadı hazırlayın: qaynar suya turşu duzu, şəkər, dəfnə yarpağı, limon dilimi, mixək və dənəvər istiotu əlavə edin.
3. Hazırladığınız qaynar marinadı tərəvəzlərin üzərinə tökün, qazanın qapağını örtün və 1 sutka saxlayın.
4. Daha sonra tərəvəzləri bankalara yığın. 2–3 gün otaq temperaturunda saxladıqdan sonra turşunuz hazırdır. Hazır olduqdan sonra soyuducuda və ya sərin yerdə saxlayın.
5. Qeyd: Bankaya yığarkən tərəvəzlərin arasına tərxun və ya zövqünüzə uyğun digər göyərtilər əlavə edə bilərsiniz.

Qaynar marinadı tökdükdən sonra ara-sıra tərəvəzləri qaşıqla yüngülcə basın ki, marinad hər tərəfinə yayılsın. İstəsəniz, üzərinə bir boşqab yerləşdirərək tərəvəzlərin marinadın içində qalmasını təmin edə bilərsiniz.

#tursu #kələmturşusu by @my_ktchen_
182
6 days ago
Download
Sadə, pambıq kimi yumşaq bulkalar

Stəkan ölçüsü – 200 ml

Ərzaqlar:

* 2 stəkan ilıq süd
* ½ stəkan şəkər tozu
* 1 paket (7 q) instant maya
* 1 ədəd yumurta
* 1 xörək qaşığı duru yağ
* ⅓ çay qaşığı duz
* 1 paket şəkərli vanilin
* 6 stəkan un (unu hissə-hissə əlavə edin)
* 100 q yumşaq kərə yağı

Üzəri üçün:

* Süd

Hazırlanması:

Yoğurma qabına ilıq süd, şəkər tozu, maya, yumurta, duru yağ, duz və vanilini əlavə edib qarışdırırıq. Unu hissə-hissə əlavə edərək yumşaq, hamar xəmir yoğururuq. Sonda yumşaq kərə yağını əlavə edib xəmirə yaxşıca yediririk.

Mayalandıracağımız qabı azca duru yağla yağlayıb xəmiri yerləşdiririk. Üzərini örtüb ilıq yerdə 2 qat qabaranadək mayalandırırıq.

Mayalanan xəmirin havasını alıb 2 hissəyə bölürük. Hər hissəni 6 yerə bölüb kündələyirik. Kündələrin üzərini streçlə örtüb 15 dəqiqə dincə qoyuruq.

Daha sonra kündələrə forma verib yağlı kağız sərilmiş soba listinə düzürük. Üzərini örtüb təxminən 40 dəqiqə listdə mayalandırırıq.

Mayalanan bulkaların üzərinə süd çəkib, əvvəlcədən 180°C-də qızdırılmış sobada üzəri gözəl qızarana qədər bişiririk.

Sobadan çıxardıqdan sonra daha parlaq və yumşaq olması üçün üzərlərinə az miqdarda kərə yağı çəkə bilərsiniz. by @my_ktchen_
113
7 days ago
Download
🌿Təbii və Ətirli Ev Ədviyyatı

Tərkibi:

* Rəngli bibərlər — pomidor əvəzinə
* Ağ reyhan və qara
* Cəfəri
* Şüyü
* Keşniş
* Kök
* Yaşıl soğan
* Nanə
* Soğan

Hazırlanması:
Bütün tərəvəz və göyərtiləri yuyub yaxşıca qurudun, xırda doğrayın və quruducuya yerləşdirin.
70°C temperaturda qurudun:
Tam quruduqdan sonra hamısını birlikdə və ya ayrı-ayrılıqda üyüdüb ədviyyat kimi istifadə edə bilərsiniz. 

#ədviyyat #приправа #baharat #seasoning by @my_ktchen_
82
8 days ago
Download
Naxçıvan mətbəxindən Zirətov 🤎

Zirətov Naxçıvan mətbəxinin qədim ənənəvi şirin yeməklərindən  biridir. Ənənəyə görə, yeni doğum etmiş analar üçün və yeni gəlin köçmüş qızların duvaq günü hazırlanaraq bəy evinə göndərilir.

Tərkibi:

* 1 stəkan yumru düyü
* 200 q kərə yağı
* 350 q şəkər tozu və ya qənd
* 800 ml su
* ½ çay qaşığı sarıkök
* 1 ovuc doğranmış qoz

Hazırlanması:

Əvvəlcə düyünü bol suda yaxşıca yuyuruq. Sonra təmiz dəsmalın üzərinə sərib 40–45 dəqiqə suyunu çəkməsini gözləyirik.

Bu müddətdə şərbətini hazırlayırıq. 350 q şəkər tozunu və ya qəndi 800 ml suya əlavə edib qaynadırıq. 10–15 dəqiqə qaynadıqdan sonra üzərinə sarıkök əlavə edib ocaqdan götürürük.

Düyünü kofemolkada üyüdüb ələyirik. Narın və iri hissələrini ayrı qablara tökürük.

Qazana kərə yağını əlavə edirik. Yağ qızdıqda düyünün iri hissəsini əlavə edib bir qədər qovururuq. Daha sonra narın hissəsini əlavə edib tez-tez qarışdıraraq qızılı rəng alana qədər qovururuq.

Üzərinə doğranmış qozu əlavə edib qarışdırırıq. Hazırladığımız şərbəti töküb qarışdırırıq və qapağını örtürük. Orta odda şərbətini çəkənə qədər bişiririk.

Şirəsini çəkdikdən sonra istədiyiniz qatılığa uyğun ocaqdan götürüb servis edirik. 🤎

Qeyd: Bu reseptdə @savor.com.az kərə yağından istifadə etdim. Çox ləzzətli və keyfiyyətli kərə yağıdır. Ürək rahatlığı ilə alıb istifadə edə bilərsiniz. 🤍

Qeyd: Zirətovun daha narın olmasını istəyirsinizsə, iri hissəni yenidən kofemolkada üyüdüb ələyə bilərsiniz. Kərə yağı çox olarsa, sonda artıq yağını götürmək mümkündür.

#millimətbəx #zirətov by @my_ktchen_
370
9 days ago
Download
Hinduşka sousu - asma

Tərkibi:

* Hinduşka əti
* Noxud
* Soğan
* Bibər pastası
* Kartof
* Kərə yağı
* Duz
* İstiot
* Su

#yemək #hinduşkasouzu by @my_ktchen_
107
11 days ago
Download
Badamlı Gavalı Mürəbbəsi — Ətirli və Ləzzətli

Ərzaqlar:

* 2 kq gavalı
* 1,6 kq şəkər tozu
* 250 ml su
* Badam — zövqə görə
* ½ limonun suyu
* 1,5 ç.q. çay sodası
Hazırlanması:

Gavalıları yaxşıca yuyun, qabıqlarını soyub çəyirdəklərini çıxarın. Bir qaba su və 1,5 çay qaşığı çay sodası əlavə edib qarışdırın. Gavalıları sodalı suya əlavə edib 2 saat saxlayın. Daha sonra gavalıları bol su ilə yaxşıca yuyun və suyunu tam süzün.

Şəkər tozuna 250 ml su əlavə edib, şəkər tam əriyib şərbət açılana qədər ocaqda qarışdırın.

Gavalıların içərisinə soyulmuş badamları yerləşdirib hazırladığımız şərbətə əlavə edirik. Üzərinə limon suyu əlavə edirəm.

Mürəbbə qaynara düşəndən sonra 5 dəqiqə qaynadıb ocaqdan götürürük və tam soyumasını gözləyirik. Soyuduqdan sonra yenidən ocağa qoyub qaynara düşəndən sonra 5 dəqiqə qaynadıb yenə ocaqdan götürürük və tam soyumasını gözləyirik.

Sonuncu dəfə ocağa qoyub 10 dəqiqə qaynadırıq. Şirəsinin qatılaşmasını yoxlayırıq. Şirə istədiyimiz qədər qatılaşıbsa, mürəbbəni ocaqdan götürürük.

Mürəbbəni sterilizə olunmuş bankalara doldurub qapaqlarını möhkəm bağlayır və sərin yerdə saxlayırıq.

#mürəbbə #gavalı by @my_ktchen_
378
13 days ago
Download
×

Download all media on this page

Photos Videos
back to up