Posted On: October 29th 2026, 04:50 pm
Kayseri Yağlaması
İnqrediyentlər:
Mal əti qiyməsi
Soğan
Bibər
Pomidor
Tomat pastası
Duz, istiot, sarıkök,
Reyhan
Yuxa üçün:
Un, su, duz
Hazırlanması:
Tavada soğan və bibəri yumşalana qədər qovurub, üzərinə mal əti qiyməsini əlavə edirik.Qiymə qovrulduqdan sonra tomat pastası, doğranmış pomidor ,ədviyyatlar və ən son kərə yağını əlavə edib souslu konsistensiya alana qədər bişiririk.Un, su və duzdan yumşaq xəmir yoğurub incə yuxalar açırıq və yağsız tavada bişiririk.Bişən yuxaların üzərinə növbə ilə isti qiymalı sousdan çəkib qat-qat yığırıq.Və hazırdır!
Bon Appétit! ✨
Load More