Posted On: October 31st 2026, 10:57 pm
@mirhicab_abdullayev #anjelinaKitab adından da göründüyü kimi Anjelina adlı çox gözəl bir qadının həyatından bəhs edir.
Anjelina heç də yaxşı bir ailədə doğulmur.
Buna görə də nə təhsil ala bilir, nə də aile həyatı qurub xoşbəxt ola bilmir.
Bundan sonra onun bir məqsədi var varlanmaq və iş xanımı olmaq.
Bəs sizcə Anjelina arzusuna çata biləcəkmi?
Kitabın baş qəhrəmanı Anjelina haqqında fikirlərim...
Əlbəttə ki, Anjelinanı qəhrəman qadın obrazı saymıram.Əgər o, məqsədlərinə özü öz gücünə nail olsaydı, əlbəttə ki, sayardım. Ancaq Anjelina xanım dövrün nəbzini tutaraq bütün məqsədlərinə nail olur. Bugün belə qadınlar çoxdur.
Yazıçıya hədiyyə kitaba görə çox sağ ol deyirəm. Yeni yaradıcılıq uğurları arzu edirəm.