Instagram story viewer> @azeleagueballer> Posts
626
followers
1135
following
Azərbaycan Liqasının Ulduzları haqqında⚽️
Football intermediary in Azerbaijan
For collaborations:[email protected]
🇹🇷🇵🇹🇪🇸🇺🇦🇫🇷🇷🇸🇧🇷🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 Scouting
POSTS STORIES REELS TAGGED
Hər keçən gün Azər Bağırov özünü bir daha sübut edir və mövsümün əvvəlində onun haqqında mənfi danışanlara cavabını bir-bir meydanda verir.

2:0 geridə olduğu oyunda etdiyi əvəzetmələr öz bəhrəsini verdi: Həbib qol vurdu, Uğur isə penalti qazandırdı. Liqanın ən aşağı büdcəli komandalarından biri olan Şamaxı sona qədər mübarizə apararaq əzmkarlığını və xarakterini bir daha ortaya qoydu.

Nəticə? Şamaxı artıq 7 oyundur məğlub olmur!

Bəzən ən böyük cavab sözlərlə deyil, meydanda verilir. @bagirov4101 by @azeleagueballer
1
8 hours ago
Download
7-ci tura qədər keçirilən oyunlara əsasən, mövsümün ən yaxşı məşqçisi kimdir?

Bağırovlu Şamaxı bu mövsüm doğma meydanında cəmi bir dəfə oynayıb və həmin qarşılaşmada qələbə qazanıb. Komanda, həmçinin Zirə, Kəpəz və Tovuz səfərlərindən ümumilikdə 5 xalla ayrılıb.

Yuri Vernidublu Neftçi isə, yəqin ki, hər kəsin razılaşacağı kimi, liqanın ən baxımlı futbolunu nümayiş etdirir. Hazırda komanda turnir cədvəlinin lideridir.

Dambrauskaslı komanda isə fərqli heyətlərlə meydana çıxmasına baxmayaraq, hələ də öz hegemonluğunu davam etdirir.

Bəs sizcə, 7-ci tura qədər göstərilən nəticələrə əsasən, mövsümün ən yaxşı məşqçisi kimdir? by @azeleagueballer
8
6 days ago
Download
🇦🇿 U-21 millimizin üzvü Bilal İsmayılov MOİK-də möhtəşəm mövsüm keçirir! Ardıcıl 2 oyunda 3 baxımlı qol vurmağı bacarıb.

Həqiqətən də, ölkəmizdə çox yaxşı gənc futbolçular var. Sadəcə onlara güvənmək, fürsət vermək və sona qədər dəstək olmaq lazımdır
@21__biill by @azeleagueballer
5
7 days ago
Download
Kəpəzin bu mövsüm vurduğu demək olar ki, hər qolda Stinanın əməyi var. Bu gün də möhtəşəm bir assistlə keyfiyyətini bir daha göstərdi. Belə futbolçular liqaya rəng və maraq qatır. Stinanın Kəpəz üçün əhəmiyyətini sözlə ifadə etmək çətindir.
Stina has played a part in almost every goal Kəpəz have scored this season. Today, he delivered another brilliant assist, once again showing his quality. Players like him bring excitement and entertainment to the league. It is hard to imagine Kəpəz without Stina! 
@victorstina10 👏🏻 by @azeleagueballer
11
7 days ago
Download
Matteo Guendouzinin etdiyi hərəkətdə heç bir məna tapa bilmirəm. Dünən Bakıda azarkeşlər tərəfindən qarşılanıb, daha sonra Turan rəsmiləri tərəfindən qonaq edilib.

34-cü dəqiqədə komandanın oyundan çəkilməsi baş versəydi, ilk növbədə buradakı Fənərbaxça azarkeşlərinə qarşı hörmətsizlik olardı. Bəlkə də onların çoxu illərdir bu komandanın Azərbaycana gəlməsini gözləyirdi.

Yəqin ki, Guendouzi oyunun reqlamentini düzgün başa düşməmişdi… by @azeleagueballer
83
13 days ago
Download
Geri qalan 45 dəqiqədə nəticədən asılı olmayaraq, millimizin irəliləmək əvəzinə günü-gündən geri getməsi həqiqətən çox məyusedicidir.

Bir az əvvələ qayıdaq. San Marino kimi milliyə qarşı 2-1 hesablı qələbəyə böyük qələbə kimi sevindik, Malta kimi milliyə isə 0-2 hesabı ilə uduzduq. Uduzmaq müəyyən mənada qəbulolunandır, əgər ortada doğru inkişaf və gələcəyə dair plan varsa.

Son turlarda Mahir meydanın ən yaxşılarından biri olsa da, onun əsl mövqeyində — hücumçu kimi oynaması daha doğru olar. Cinahlarda isə illərdir əziyyət çəkdiyimiz mövqedə belə formada olan gənc futbolçular varkən, niyə Rüfəti sağda, Edqarı solda yoxlamadıq? Bəs bunu hansı oyunda yoxlayacağıq?

Eyni zamanda, box-to-box xüsusiyyətli 8 nömrə olmadığı halda Orucunun bu rolda istifadə edilməsi də suallar yaradır.

Hazırkı gedişatla millinin gələcəyini sağlam görmək çətindir. Artıq radikal və düşünülmüş qərarların alınmasının vaxtıdır. by @azeleagueballer
1
15 days ago
Download
Similar Jobs🔥⚡️ by @azeleagueballer
0
18 days ago
Download
Gələcək ⭐️

Həm dünənki oyun, həm də sezon boyu oyunları izləniləcək qədər potensiallı oyunçulardı. Emin Rüstəmovu 2 il içində əsas millidə, sonra isə dəyişilməz oyunçu olaraq görürəm. Gələcəyi çox parlaq görünür.

Raul Məmmədov bu il MOİK-ə getdi, 3-lü müdafiədə oynayır. Bir müdafiəçiyə görə oyun qurması, ayağı o qədər təmizdir ki, izlənilməyə dəyər oyunçudur.

Hər ikisini parlaq gələcək gözləyir. Uğurlar! by @azeleagueballer
2
21 days ago
Download
Neftçi Albert Ajua Gomez üçün razılıq əldə etdi!

“Neftçi” 20 yaşlı gambiyalı müdafiəçi Albert Ajua Gomezin transferi ilə bağlı “Başakşehir”lə razılıq əldə edib. by @azeleagueballer
3
25 days ago
Download
Gəncəbasar təsdiqlənib fəaliyyətə başladığı vaxt digər klublar artıq yoldaşlıq oyunları keçirir, heyətlərini formalaşdırırdı. Buna görə də komandanın digər rəqiblərlə müqayisədə daha gec formalaşdığı görünürdü.

Lakin gec formalaşmasına baxmayaraq, Gəncəbasar bu gün 9 xalla Şahdağ Qusar ilə liderliyi bölüşür.

Komandanın heyətində bir çox gənc futbolçu yer alır. Əcnəbi futbolçuların da yaş baxımından gənc olması və komandaya böyük töhfə vermək potensialı diqqət çəkir.

Qısa müddətdə bu nəticənin əldə olunmasında əməyi olan hər kəsə sadəcə bravo! by @azeleagueballer
7
a month ago
Download
Qəbələnin yeni məşqçisi Jeton Bekjirdir.

Bekjiri 2024/25 mövsümündə Şkendiya ilə Şimali Makedoniya çempionluğunu qazanıb. Ötən mövsüm isə Konfrans Liqasında komandasını qrup mərhələsinə çıxarıb və burada uğurlu çıxış edib. Lakin daha sonra Samsunspor-a məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Məşqçi əsasən 4-2-3-1 taktiki sistemi ilə çıxış edir. by @azeleagueballer
16
a month ago
Download
Elvin Camalov Qəbələyə qayıdır!

Digər klublardan təklifləri olmasına baxmayaraq, Elvin Camalov karyerasına başladığı yerə, Qəbələyə qayıtmağı seçdi.

Təcrübəli yarımmüdafiəçi Qəbələnin orta xəttini gücləndirəcək və komandanın əsas fiqurlarından biri olmağa namizəddir. by @azeleagueballer
9
a month ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up