Instagram story viewer> @azewatersportsfed> Posts
24.6K
followers
61
following
Azərbaycan Su İdmanı Federasiyasının rəsmi instaqram səhifəsi
POSTS STORIES REELS TAGGED
Bakı Avarçəkmə və Kanoe İdman klubunda həftənin hər günü məşqlərimiz davam edir

#AWSF #avarçəkmə #kayak #kanoe @badamli1947 by @azewatersportsfed
0
2 days ago
Download
Kayak və kanoeçilərimiz beynəlxalq yarışda 4 medal qazanıblar

Gürcüstanın Mtsxeta şəhərində təşkil olunan kayak və kanoe üzrə beynəlxalq reqata başa çatıb. “Mtsxeta Şəhəri Günü” münasibətilə keçirilən yarışda Azərbaycan Su İdmanı Federasiyasının idmançıları 4 medala sahib olublar.

Rüstəm Əsgərov və Fəxri Sadıqlı ikinəfərlik kanoe qayığında 200 metr məsafədə üçüncü yer tutublar.

Kayak növündə Yunus Əhmədov təknəfərlik qayıqda, eləcə də gürcüstanlı həmkarı ilə birgə ikinəfərlik qayıqda 200 metr məsafədə gümüş medala layiq görülüb. Eyni kateqoriyada, müxtəlif yaş qrupları üzrə Sənan Cəfərzadə – Tahir Mövsümov cütü də fəxri kürsünün ikinci pilləsinə qalxıb

#AWSF #kayak #kanoe #yarış @badamli1947 

@gencleridmannazirliyi by @azewatersportsfed
2
4 days ago
Download
Suya dəyən hər zərbə idmançılarımızı daha irəli aparır.
Mingəçevirdə məşqlər davam edir.

#AWSF #avarçəkmə #kayak #kanoe #məşq @badamli1947 by @azewatersportsfed
0
5 days ago
Download
Kayak və kanoeçilərimiz Gürcüstanda beynəlxalq yarışda iştirak edəcəklər 🚣‍♂️

🗓 14 oktyabr 2026-cı il tarixində Gürcüstanın Mtsxeta şəhərində kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunacaq. “Mtsxeta Şəhəri Günü” münasibətilə keçiriləcək turnirdə Azərbaycan Su İdmanı Federasiyası (AZSİF) 6 nəfərlik idmançı heyəti ilə təmsil olunacaq. 

Kanoe növündə Fəxri Sadıqlı və Rüstəm Əsgərov mübarizə aparacaq. Kayak qayığında Sənan Cəfərzadə, Nizami Kərimov, Tahir Mövsümov və Yunis Əhmədov medallar uğrunda yarışacaq. Komandaya məşqçi İsbəndiyar Cəfərov başçılıq edəcək.

#AWSF #kayak #kanoe #yarış @badamli1947 

@gencleridmannazirliyi by @azewatersportsfed
6
7 days ago
Download
Avropa Avarçəkmə Federasiyasının prezidenti Su İdmanı Federasiyasında olub

Avropa Avarçəkmə Federasiyasının (European Rowing) prezidenti Asunsion Loriyente Bakıya səfər edib. Səfər çərçivəsində qonaq Azərbaycan Su İdmanı Federasiyasının inzibati binasında olub. Ona federasiyanın fəaliyyəti ilə bağlı məlumat verilib. Son illərdə beynəlxalq yarışlarda qazanılmış uğurlar, Azərbaycanda təşkil edilmiş avarçəkmə və kanoe üzrə “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirləri diqqətə çatdırılıb. Su idmanı ilə əlaqəli inkişaf etdirilən növlər qeyd olunub. Daha sonra Asunsion Loriyenteyə Azərbaycan Su İdmanı Federasiyası adından xatirə hədiyyəsi təqdim edilib.

Səfər zamanı Avropa Avarçəkmə Federasiyasının rəhbəri Bakı Avarçəkmə və Kanoe İdmanı Klubunun məşq bazasına baxış keçirib. İdmançıların açıq havada və trenajor alətlərində məşq prosesi ilə tanış olub.

#AWSF #rowing #europen  @badamli1947 

@gencleridmannazirliyi 
@paddle.europe by @azewatersportsfed
0
9 days ago
Download
AZSİF-in idmançıları gənclər və idman naziri ilə görüşdə iştirak ediblər

Oktyabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov sentyabr ayında ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüş keçirib. Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində medal qazanmış idmançıları da tədbirə qatılıblar.

Gənclər və idman naziri çıxışında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, idmançıları və onların məşqçilərini təbrik edib. Bildirib ki, ötən ay ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himni 16 ölkədə səsləndirilib. İdmançılarımız ümumilikdə 72 qızıl, 48 gümüş və 71 bürünc medal qazanıblar.

Tədbirdə beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Görüş zamanı bir sıra idman növlərinin, həmçinin Azərbaycan Su İdmanı Federasiyasının idmançılarının iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat verilib.

Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.

Xatırladaq ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycan komandası 7 qızıl, 5 gümüş və 10 bürünc olmaqla, ümumilikdə 22 medal qazanıb.

#AWSF #görüş #medal #mükafat 

@gencleridmannazirliyi by @azewatersportsfed
2
11 days ago
Download
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar

Türkiyənin Mersin şəhərində keçirilən 9-cu "Uluslararası Altın Kanca Surfkastinq Turnuvası" başa çatıb.

🗓​02–04 oktyabr tarixlərini əhatə edən çempionatda Azərbaycan bayrağını yüksəklərə qaldıran Bakı Balıqçılar Klubunun idmançıları Çingiz Qəniyev və Nəcəf Qurbanov ölkələr arası yarışda birinci yerə layiq görülüblər.

​Gərgin və rəqabətli şəraitdə keçən turnirdə Azərbaycana qələbə qazandıran idmançılarımız Şimali Kipr Türk Respublikası, Tunis, Yunanıstan və Mərakeşdən gələn güclü rəqibləri geridə qoymağı bacarıblar.

​Qeyd edək ki, Azərbaycan idmançıları bu mötəbər beynəlxalq çempinonata Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Su İdmanı Federasiyasının dəstəyi ilə qatılıblar. Ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən nümayəndə heyətimizin bu uğuru milli idman tariximizə növbəti parlaq qələbə kimi yazılıb.

#AWSF #balıq #çempion @badamli1947 
@gencleridmannazirliyi by @azewatersportsfed
1
14 days ago
Download
“Mingəçevir Reqatası-2026”: Fərqli anlar, maraqlı görüntülər

#AWSF #avarçəkmə #rowing #kayak #reqata @badamli1947 

@worldrowingofficial 
@paddle.europe by @azewatersportsfed
1
15 days ago
Download
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin son yarış günündən hazırlanmış videoçarx

#AWSF #avarçəkmə #kayak #rowing @badamli1947 

@gencleridmannazirliyi 
@worldrowingofficial 
@paddle.europe by @azewatersportsfed
0
16 days ago
Download
12 ölkə, 100-dən çox idmançı, fərqli yanaşma.  İdmançılar “Mingəçevir Reqatası- 2026” beynəlxalq turnirini bir sözlə ifadə etdilər.

#AWSF #qələbə #reqata @badamli1947 by @azewatersportsfed
3
17 days ago
Download
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı təşkil olunub

Azərbaycan Su İdmanı Federasiyasının təşkilatçılığı ilə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe marafonu üzrə təqdimat mərasimi keçirilib. Tədbirdə Federasiyanın məşqçi və hakimləri, eləcə də "Mingəçevir reqatası 2026" beynəlxalq yarışında təmsil olunan ölkələrin komandalarının məşqçiləri iştirak edib. 

Federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev və Kanoe Marafonu Komitəsinin sədri Ruud Heijselaarın iştirak etdiyi tədbirdə kayak və kanoe marafonu idman növləri haqqında hazırlanmış videoçarx izlənilib. Daha sonra bu idman növü barədə geniş təqdimat monitorda nümayiş olunub. 

Təqdimat zamanı bildirilib ki, kanoe və kayak marafon növündə sprintdən fərqli olaraq yürüşlər daha uzun məsafəyə keçirilir və burada daha çox dözümlülük tələb olunur.  Həmçinin yarışın gedişində marşrutlarda maneələr, dönmələr və portajlar (qayığın sudan çıxarılaraq müəyyən məsafədə daşınması və təkrar suya salınması) ola bilər. 

Marafon yarışları böyüklər üçün çox vaxt təxminən 2 saat davam edir. Buna görə yarış öncəsi hazırlıq məşqləri zamanı idmançıların dözümlülük və texniki hazırlığı yoxlanılır. Portajları simulyasiya etmək üçün quruda qayıqdan düşmə, qayığın daşınması və minimum vaxt itkisi ilə yenidən qayığa minmə keçidləri məşq edilir. Həmçinin şamandıra ətrafında dönmə texnikası, draftinq (qarşıdakı qayığın yaratdığı su axınından və dalğa formasından faydalanaraq daha az müqavimətlə irəliləmə) və qrup daxilində səmərəli naviqasiya məşqləri həyata keçirilir. 

Tədbirin sonunda bildirilib ki, kanoe və kayak marafon idman növünün Azərbaycanda inkişaf etdirilməsi və qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə gələcəkdə də tədbirlər təşkil olunacaq.

#AWSF #kayak #kanoe #marafon @badamli1947 

@worldrowingofficial 
@paddle.europe by @azewatersportsfed
3
17 days ago
Download
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini Azərbaycan komandası 22 medalla başa vurub

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri başa çatıb. Reqatanın son günündə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idmançılar 11 dəst medal uğrunda mübarizə aparıblar.

Azərbaycan komandasında qızıl medalları 2 nəfərlik kayak qayığında 200 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov, 1 nəfərlik kayak qayığında 500 metr məsafədə (2010-2011) Mustafa Vəlizadə və 1 nəfərlik kayakda 500 metr məsafədə (2008-2009) Əlimurad Hacızadə qazanıblar.

Gümüş medala akademik avarçəkmə üzrə 2 nəfərlik qayıqda 1500 metr məsafədə (2008-2009) Azər İlyasov – İsabala Dadaşzadə layiq görülüblər. Qiyas Əhmədov (2008-2009) 1 nəfərlik kayak qayığında 500 metr məsafədə ikinci olub. Elmir Tarverdiyev – Mustafa Vəlizadə (2010-2011) 2 nəfərlik kayak qayığında 500 metr məsafədə fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

2 nəfərlik kayak qayığında 200 metr məsafədə (2010-2011) Maqsud Mantaşev – Nizami Kərimov, eyni növdə fərqli yaş kateqoriyasında (2008-2009) Mikayıl Vəliyev – Sabir Ağayev, 1 nəfərlik kanoe qayığında 500 metr məsafədə (2008-2009) Hüseyn Səmədli, akademik növdə 2 nəfərlik qayıqda 1500 metr məsafədə (2008-2009) İsmayıl Şirinov – Tunar Məmmədzadə, 1 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze bürünc medal qazanıblar.

Davamı⬇️

#AWSF #Mingəçevir #reqata #yarış #kayak @badamli1947 

@gencleridmannazirliyi 
@worldrowingofficial 
@paddle.europe by @azewatersportsfed
1
17 days ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up