Instagram story viewer> @baharmammadova_> Posts
1.1K
followers
346
following
🎓Xəzər Universiteti
⚓Adler Graduated Coach_ICF
⚓Mentor at @addim.at @kreshendo.az
⚓Potensialını kəşf et!Bəlkə hərəkətə keçməyin zamanıdır!
1️⃣1️⃣
POSTS STORIES REELS TAGGED
Uşaqlıqda ad günümüzdə nə istəyirdik? 

Oyuncaq 🎡
Velosiped 🚲 
Top ⚽ 
Bəlkə gözəl bir paltar 👗
Ya da böyük bir tort 🎂

Böyüdükcə istəklərimiz də dəyişir...

Bəs görəsən hisslərimiz də dəyişib?

İndi bəlkə də ən çox istədiklərimiz:
✨ sakitlik
✨ azadlıq
✨ sevilmək
✨ özünə qayğı
✨ bir az cəsarət
✨ yeni bir başlanğıc…

Bəlkə də böyüdükcə hədiyyələrin forması dəyişdi, amma içimizdəki “məni xoşbəxt edəcək nədir?” sualı hələ də qalır.

Bu il özünə hansı hədiyyəni vermisən? 🎁

Bəlkə çoxdan arzuladığın bir diləyini gerçəkləşdirmisən?
Bəlkə özünə zaman ayırmısan?
Bəlkə də öz məqsədin üçün bir addım atmısan?

Bəs sənin bu il özünə hədiyyən nə olub? 💜 by @baharmammadova_
3
25 days ago
Download
Bu günkü tarix də başlanğıclardan biridir📑📝

Balacalar bağçaya, şagirdlər məktəbə, tələbələr universitetə, işləyənlər də sanki yenidən ofisə qayıdır.
İlk olaraq, xüsusilə də yeni tədris ilində olan hər kəsi təbrik edirəm, zehin açıqlığı, xoş enerji diləyirəm, valideynlərinə isə səbr, güc və bütün müsbət emosiyalardan🤭

Bəzən başlamaq üçün xüsusi tarixlər seçirik, yeni il, yeni ay, yeni həftə, yeni gün və ya sadəcə o məşhur bazar ertəsi 😉

Bu dəfə başlamaq üçün xüsusi bir tarixə ehtiyac yoxdur, əgər həqiqətən davam etmək istəyirsənsə bu dəqiqə də başlaya bilərsən. Davamlı olub-olmamağı sonra danışarıq, ancaq bu gün ağlına ilk gələn istəyin, ehtiyacın nədirsə ona başla😊 Bəlkə də uşaqlıq arzumdur🌱

Sən nəyə başlayırsan? 🪷 by @baharmammadova_
3
a month ago
Download
Mentor, kouç, psixoloq fərqi 🌱

Təəssüf ki, bənzər kimi görünən situasiyalarda fərqini bilmədiyimiz üçün müraciət edəcəyimiz mütəxəssisi təyin etmək asan olmur.

Maraqlıdır ki, siz bu fərqi bilirdinizmi?

#mentor #kouç #psixoloq by @baharmammadova_
15
2 months ago
Download
It doesn't start with you kitabını oxuyuram. Bir dəfə başlayanda dayanmışdım, bu dəfə isə davam edirəm. Kitablar sanki öz oxunmaq vaxtını bilir, sizə deyir, xüsusilə də bədii əsər deyilsə 📙

Bu cümlə məni çox düşündürdüyü üçün xatırlatma kimi burda qalmasını istədim.

Qeyd: Bəli, Zeytin ağacı serialı ailə dizimini əks etdirir. Kitab isə onun haqqında detallı məlumat verir. Marağı olanlar oxuya bilər🪷

#ailedizimi #seninlebaşlamadı by @baharmammadova_
0
2 months ago
Download
Bəzən planlanmayan hadisələr planlılardan daha gözəl, daha xoş ola bilir 🥰😍

Bu da o səyahətdən bir xatirə 🪷 by @baharmammadova_
20
2 months ago
Download
Mentor kimdir? Nə edir? Necə bir faydası var? son zamanlar ən çox eşitdiyim suallardandır. Təbii ki, məlumatı olanlar qədər, bu haqqda eşitməyənlər də var. Elə məhz buna görə də bu barədə kiçik videolar paylaşmağı qərara aldım 😊🪷

Bəs siz nə vaxtsa mentor dəstəyi almısınız?

Dəstək üçün @humay.gasimli -ya çox təşəkkür 💜

#mentor #kouç #inkişaf by @baharmammadova_
27
2 months ago
Download
Unuduruq, tez unuduruq, halbuki şükr edəcəyimiz məqamlar çoxdur🪷

Həqiqətən həyatını dəyişmək istəyən bir insanın atacağı ilk addımdır. Elə bu gün... Bu saniyə... Harda olmağından asılı olmayaraq

Yediyin, içdiyin, toxunub hiss etdiyin, eşitdiyin, gördüyün, daddığın hər an sadəcə səbəblərdən biridir

İnanıram ki, daha da nələrsə var💜

#inkişaf #dəyişim #praying by @baharmammadova_
0
2 months ago
Download
Necə hiss edirsən?! 😌

Bilirsənmi əslində elə o cür də göründüyünü... Bilirəm, bəlkə də gözəl(yaraşıqlı)-çirkin oyunu oynamaq istəyəcəksən. Ancaq hiss etdiyin səni elə göründüyünə inandıra bilir bəzən, insanıq

Halbuki bəzən də özgüvənli görünürük, bəzən əksinə, hərdən sevincli görünürük, hərdən isə kədərli...

Özünü bəyənmədiyin zamanlarda, bəzən güzgünün qarşısında, bəzən isə "onun, onların" yanında əslində necə göründüyündən daha çox necə hiss etdiyinin əhəmiyyətini...🦪

Burnun, qaşın, gözün, dodağın o təsvirdə sadəcə bir detaldır. Bunlar dəyişsə də, dəyişməsə də tamamlanmayan o hiss hansıdır?

Ardı olacaq....🪶 by @baharmammadova_
13
3 months ago
Download
Bəzən arzuları yazmaq üçün astroloji və ya numeroloji tarixlər qeyd olunur, mən də qoşuluram imkan olanda 🤗

Ancaq son illər fikir verirəm ki, bir insanın arzuları da dünyaya gəlir, sanki onların da doğum anı var və bu hər kəsə özəldir 😊

Yaşadıqca, öyrəndikcə bəzi arzuların dəyişir, bəziləri gerçəkləşir, bəziləri fərqli formada təzahür olunur. 

Onun üçün bir doğum günümdə, bir də həmin anın doğru an olduğunu hiss edəndə arzularımı kağızda əks etdirirəm💜

Arzularınızın ən gözəl formada gerçəkləşməsi diləyilə🪷

Arzunuzu paylaşmaq istəsəniz burda sizə aid bir yer var🥰 by @baharmammadova_
6
4 months ago
Download
İnsana insan lazımdır söhbət etmək üçün, o da olmasa bir çay içmək üçün 🍵

Çay bəhanə, söhbət şəhanə 👫

Bunun kimi bir çox ifadə insanın həyatında insanın, həmsöhbətin, yoldaşın əhəmiyyətini göstərir.

Bizə isə bəzən nəinki bir-birimizi, qarşımızdakını anlamaq, hətta özümüzü anlamaq da asan olmur. Bu məqamda bir çox dəstək formalarından istifadə edənlər olur. Bunlardan ən davamlısı kitablardır📚

Bəs sizin münasibətlə bağlı oxuyub bəyəndiyiniz ən maraqlı kitablar hansılardır?

#kitab #booksbooksbooks  #münasibət #relationshipgoals by @baharmammadova_
0
4 months ago
Download
İnancın nə olursa olsun var olana təşəkkür etmək, şükr etmək təəssüf ki, bəzən unudulur.

İnsanıq əlbəttə, ancaq bunu etmək qəlbi, zehni, beyni belə bir harmoniyaya gətirə bilər.

Bəzən məkan, bəzən situasiyalar bizə bununla bağlı təsir edir və ya vacibliyini xatırlada bilir. Bəzən o da təsir etmir, dibə vurmadan var olanları görmürük, asanlıqla öyrəşirik və sanki hər zaman qalmalıymış kimi onun bizdə olmağına görə şükr etmək ağlımıza gəlmir.

Halbuki bir şükür, bir dua, bir niyyətlə başlayır hər şey...

Bu dəfə isə şükr etməyi xatırlayaq dedim🤗
Bəs siz həyatınızda nəyin və ya kimin varlığı üçün hər gün şükr edə bilərsiniz? Həm də doya-doya💜

Bu elə bir şükür olsun ki, zamandan, məkandan, situasiyadan asılı olmasın. Bu şükür hər dilinizə gələndə qəlbinizi daha da xoş etsin. Bu şükür sizi var olanları da görməyə kömək etsin. 

#şükür #tobethankful #ağdam  #aghdam taken in Ağdam, Cümə Məscidi by @baharmammadova_
16
5 months ago
Download
💃 Rəqs - uşaqlıq arzum olub, hətta rəqsi öyrənməyi o qədər çox sevirdim ki, rəqsə gedə bilmədiyim üçün televiziyada peşəkar rəqs edənləri görüb kövrəlirdim🥹

Bunun nə demək olduğunu izah edə bilmərəm, çünki məktəbdə oxuyanda bu və ya digər səbəbdən 2 ay məktəb daxilində olan rəqs dərslərinə qoşulmuşdum, vəssalam. 

Bu istəyin atəşi güclü idi, universitetdə birinci kursda oxuyarkən əlavə incəsənət fənni veriləndə də rəqsi seçdim - Xəzər sağolsun

Sonra da ara-ara davam elədim rəqsə, indi yenidən başladım, təxminən 2 ay yarımdır milli və gürcü rəqslərini öyrənirik🥰
Bu bir eşqdir, həm zövq alır, həm stress atır, həm də hərəkət etmiş oluruq💜

Hətta bu mövzuda iki rol modelim var, keçid paylaşacam, ancaq əsas paylaşım niyyətim odur ki, yaş, məkan, status arzularınızı reallaşdırmağa mane deyil. 

Ən pisi bilirsiniz nədir?! Heç başlamamaq, heç yoxlamamaq, heç bu hissi yaşamamaq...

Bəs sizin uşaqlıq arzunuz nədir? Onu reallaşdırmağa cəhd etmisinizmi?

Keçid:

https://youtu.be/hjHnWz3EyHs?si=WR0It6FpMTDfW5hW

https://youtu.be/Tzu_44p-FI0?si=2aLBkuzXvWKLEGns

#dance #rəqs #arzular #childhoodwish #uşaqlıqarzum

@artcenter.sharifzade

Əməyi və səbri üçün müəlliməmiz Aygün xanıma sonsuz sevgilər 💜🥰💜 by @baharmammadova_
116
5 months ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up