Instagram story viewer> @bakustatechamberorchestra> Posts
2.1K
followers
62
following
Artistic director - Farhad Badalbeyli
Chief Conductor - Fuad Ibrahimov
Executive director - Yegana Akhundova
POSTS STORIES REELS TAGGED
Bakı Kamera Orkestrində YENİ DÖVR!

Böyük sevinc və qürur hissi ilə bildiririk ki, Bakı Kamera Orkestri rəsmi olaraq  M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tərkib hissəsinə çevrildi!
Bununla yanaşı, orkestrə yeni status verildi. Artıq bu yaradıcı heyət - Bakı Dövlət Kamera Orkestri adlanır.
Bu, kollektivin inkişafında mühüm bir mərhələdir, peşəkarlıq və musiqi mədəniyyətinə verdikləri töhfənin rəsmi tanınmasıdır. 
Orkestrin M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərməsi - yeni üfüqlər, yeni səhnələr, yeni sənət əsərlərinin təfsiri və daha geniş yaradıcılıq imkanlarının açılması deməkdir.
Bu - sadəcə başlanğıcdır!
Eyni zamanda sizə orkestrin yenilənmiş loqosunu da təqdim edirik.Qeyd olunanların hər biri yaradıcı yolumuzun çağdaş mərhələsinin rəmzidir. by @bakustatechamberorchestra
18
a year ago
Download
🇦🇿 Orkestrimizin baş dirijoru Maestro Fuad İbrahimovu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrının bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edirik və uğurlar arzu edirik! 

🇬🇧 We congratulate the chief conductor of our orchestra, Maestro Fuad Ibrahimov, on his appointment as the artistic director and chief conductor of the Azerbaijan State Symphony Orchestra named after Uzeyir Hajibeyli and wish him success!

•
#baku #chamber #orchestra #bakuchamberorchestra #symphony #symphonyorchestra taken in Baku, Azerbaijan by @bakustatechamberorchestra
16
3 years ago
Download
🇦🇿 Tezliklə Qəbələdə hərkəsi gozleyirik!

🗓️ 09.02
🕓 16:00
📍 Qəbələ Heydər Əliyev  Konqres Mərkəzi

Dirijor: Fuad İbrahimov 

Solistlər:
Fərhad Bədəlbəyli (piano)
Murad Adıgözəlzadə (piano)
Dmitri Sitkovetski (violin)
Yeganə Axundova (piano)
Nəzrin Aslanlı (violin)
Nigar Cəfərova (soprano)

🇬🇧 We are waiting for everyone in Gabala soon!

🗓️ 09.02
🕓 16:00
📍 Gabala Heydar Aliyev Congress Center

Soloists:
Farhad Badalbeyli (piano)
Murad Adigozelzadeh (piano)
Dmitry Sitkovetsky (violin)
Yegana Akhundova (piano)
Nazrin Aslanli (violin)
Nigar Jafarova (soprano) taken in Heydər Əliyev Mərkəzi Qəbələ by @bakustatechamberorchestra
1
2 years ago
Download
 by @bakustatechamberorchestra
0
17 days ago
Download
28 sentyabr Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bilgəh Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsində “Bizi yaşadan musiqi” adlı xeyriyyə konserti keçirilib. by @bakustatechamberorchestra
1
19 days ago
Download
28 sentyabr Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bilgəh Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsində “Bizi yaşadan musiqi” adlı xeyriyyə konserti keçirilib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi ilə keçirilən konsertdə dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Bakı Dövlət Kamera Orkestri çıxış edib. Musiqi proqramında Ü.Hacıbəyli, M.Maqomayev, Niyazi, Q.Qarayev, F.Əmirov, T.Quliyev, H.Rzayev,  A.Məlikov və V.Adıgözəlovun əsərləri təqdim olunub. Konsertdə Yeganə Axundova (piano), Mahir Tağızadə (bariton), Nəzrin Aslanlı (violin), Aysun Mahmudzadə (soprano) və Səxavət Məmmədov (tar) solist qismində çıxış ediblər.
Xeyriyyə xarakterli konsertin keçirilməsində əsas məqsəd musiqinin insan həyatındakı mənəvi əhəmiyyətini vurğulamaq, ahıl şəxslərə 
xoş ovqat bəxş etmək və onlarla həmrəylik nümayiş etdirmək olub.
“Bizi yaşadan musiqi” adlı konsert Üzeyir Hacıbəylinin zəngin musiqi irsinin yaşadılması və musiqi sənətinin cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqəsinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyıb. by @bakustatechamberorchestra
2
19 days ago
Download
 by @bakustatechamberorchestra
2
22 days ago
Download
 by @bakustatechamberorchestra
1
23 days ago
Download
🇦🇿🎶 “Qarabağ Gecəsi - Laçın”
Laçında xeyriyyə konserti keçirilib 

@bakustatechamberorchestra

#QarabağGecəsi #Laçın #konsert #xeyriyyə by @bakustatechamberorchestra
1
23 days ago
Download
14.06.2026 
#Xankəndi taken in Xankəndi by @bakustatechamberorchestra
0
4 months ago
Download
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera Orkestrinin Xankəndi Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli konserti keçirilib.

Bayram konserti Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində gerçəkləşib.

Əvvəlcə Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verilib. Bu əlamətdar tarixlə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müasir müstəqil Azərbaycanın işıqlı gələcəyinin möhkəm təməllərinin qoyulduğu diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin liderliyində sərhədləri bütöv, suverenliyi tam olan qalib Azərbaycan Ulu Öndərin yaratdığı təməlin üzərindən bərqərardır.

Sonra bayram konserti başlanıb.

Orkestr Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Arazbarı”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi” və “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, həmçinin “Azərbaycan elləri” və “Mən səni araram” mahnılarını səsləndirib.

Konsertdə həmçinin Niyazinin “Arzu”, “Qaytağı”, Cahangir Cahangirovun “Alagöz”, Arif Məlikovun “Sehrli xalat” filminə yazdığı “Qızların rəqsi” və “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, Vasif Adıgözəlovun “Qərənfil”, Süleyman Ələsgərovun “Vətənimdir”, Müslüm Maqomayevin “Azərbaycan”, Fərhad Bədəlbəylinin “Dəniz”, Antonio Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, Həsən Rzayevin “Çahargah rapsodiyası” və xalq mahnılarımız səsləndirilib.

Solistlər Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Anar Şuşalı, Səbinə Ərəbli, Səxavət Məmmədov, Nəzrin Aslanlı, Talıb İsgəndərli, Nicat Mənsimov və Rəfiqə Quluzadə orkestrin müşayiəti ilə tamaşaçılara əsl bayram ab-havası yaşadıblar.

Xatırladaq ki, Xankəndi Mədəniyyət Mərkəzi əsaslı yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə mayın 28-də istifadəyə verilib. taken in Xankəndi by @bakustatechamberorchestra
0
4 months ago
Download
11 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Nəzakət Teymurovanın solo konserti baş tutdu.

Konsertdə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Bakı Dövlət Kamera Orkestri iştirak edib. Gecədə həmçinin “Xarıbülbül” muğam qrupu (bədii rəhbər Əməkdar artist Əliağa Sədiyev) - Azərbaycan Respublikasının Əməkdar artistləri Xəyyam Məmmədov (kamança), Şirzad Fətəliyev (nəfəs alətləri), Çinarə Heydərova (qanun), Kamran Kərimov (nağara), Qalib Həşimov (ud), Eyvaz Həşimov (qoşa nağara), Hüsaməddin Əzizov (bəm nağara) və Prezident təqaüdçüsü Cəmil Sədizadə (piano) çıxış ediblər.
Musiqi proqramında Azərbaycan xalq mahnıları və təsnifləri səsləndirilib. Əsərlərin orkestr üçün işləmələri görkəmli bəstəkarlar Fikrət Əmirov, Cahangir Cahangirov və Ceyhun Allahverdiyev tərəfindən hazırlanıb.
Nəzakət Teymurovanın yüksək sənətkarlıqla təqdim etdiyi muğamlar, xalq mahnıları və təsniflər musiqisevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Milli musiqi ənənələrinin zənginliyini nümayiş etdirən konsert dinləyicilərə unudulmaz musiqi axşamı bəxş edib. by @bakustatechamberorchestra
0
4 months ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up