Instagram story viewer> @bysaade> Posts
10.2K
followers
1196
following
⚖️ Advocate
✈️ Travel • Lifestyle • Aesthetics
Collecting places, moments & memories
POSTS STORIES REELS TAGGED
“Belki inanmasan da gerçek olur masallar” taken in Istanbul, Turkey by @bysaade
9
4 days ago
Download
Konu gezme olunca … 😃 by @bysaade
16
6 days ago
Download
Avropadakı bütün kilsələrə tapşırmışam, Baliyə gedim orda da tapşıracam 🤣 by @bysaade
21
9 days ago
Download
Yarı zarafat, yarı ciddi 😀 səyahətin instagram tərəfindən başqa arxa fonda yorğun düşmək, yollarda yatmaq, çamadan daşımaq, qaça-qaç, daha səyahət etməyəcəm demək var, amma qayıdandan 1 həftə sonra hamısı unudulur 😀 təki tək yorulduğumuz yer səyahət olsun 🧳 by @bysaade
19
12 days ago
Download
 by @bysaade
20
20 days ago
Download
Azərbaycanın Avropa ruhlu şəhəri - Göygöl. Başqa sözlə ifadə etməli olsaq özünəməxsus, tayı-bərabəri olmayan şəhər də deyə bilərik. Niyə? Çünki bura Kiçik Qafqazın təbiəti ilə XIX əsr alman memarlıq irsinin qovuşduğu nağılvari bir şəhərdir. Əslində buranı çoxdan görmək istəyirdim, lakin, belə bir gözəl, səliqəli və hüzurlu yerlə qarşılaşacağımı düşünməmişdim. Bura mənə ölkəmizdə bəlkə də xəbərimiz olmayan görülməli necə füsunkar yerlərin olduğunu xatırlatdı. 

Tarixi Helenendorf (mənası Helenanın kəndi) 1819-cu ildə Almaniyanın Vyutenberq knyazlığından gəlmiş alman kolonistlər tərəfindən salınıb. Onlar burada alman memarlığında daşdan evlər tikərək küçələr salmışlar. Lakin onların taleyi faciəvi sonluqla bitir, 1941-ci ildə Qazaxıstana sürgün olunurlar. Rayonun adı isə bir müddət Xanlar adlanır, 2008-ci ildən Göygöl adına qovuşur.

Alman izləri şəhərin hər yerindədir:
⛪️Lüteran kilsəsi - Azərbaycanda tikilən ilk lüteran kilsəsi. Kilsənin qülləsində vaxtilə Almaniyadan gətirilmiş saat və zəng quraşdırılmışdı. Hazırda Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.
🏠Viktor Klaynın evi - Viktor Klaynın atası polşalı olduğu üçün onu və anasını sürgün etmirlər və o 2007-ci ilə qədər burada yaşamağa davam edir. O evini Almaniyanın Azərbaycandakı səfirliyinə vəsiyyət edir və vəfatından sonra ev muzeyə çevrilir. Burada XIX-XX əsr alman ailəsinin gündəlik həyatını, mebellərini və məişət əşyalarını canlı görmək olar. Ev Azərbaycanda hər şeyi ilə qorunub saxlanmış yeganə alman evidir.
🍇 Göygöl şərab zavodu - təməli 1860-cı ildə alman sahibkarları Xristofor Forer və Anton Hummel tərəfindən qoyulmuşdur. Azərbaycanın ən köklü şərabçılıq müəssisələrindən biridir. Zavodun altındakı tarixi şərab zirzəmiləri ziyarət etmək və şərab dequstasiyası etmək mümkündür.
🏘️ Alman memarlıq üslubunda evlər. Hazırda burda 300-dən artıq alman evi qorunub saxlanır. Bu evlərin olduğu sakit və hüzurlu küçələri gəzərkən özünüzü Avropada hiss edəcəksiz.

#goygol #helenendorf #azərbaycan #azerbai̇jan #germanazerbaijanis taken in Göygöl, Azərbaycan by @bysaade
20
15 days ago
Download
Gəncə mənimçün “ən”lər şəhəridir. Şəhərdə gəzərkən “ən sevdiyim”, “ən gözəl” ifadələrini tez-tez işlətdiyimi hiss etdim. Buna görə də bu postda həmən o “ən”ləri toplamışam.

Məsələn ilk şəkildə ən sevdiyim divarlar var. Şəhərin kənarında yerləşən bu divarlarda Məhsəti Gəncəvi, Nizami Gəncəvi və Xəmsə, Gəncənin digər tanınmış şəxsiyyətlərinin mozaik rəsmləri var. Düşünürəm ki, nəhəngliyi və ideyası ilə möhtəşəm sənət əsəridir.

#gəncə #azərbaycan #ganja #azerbai̇jan

Ən gözəl teatr binası 🎭 Bina 1885-ci ildə alman icması tərəfindən ibadət üçün tikilib, 1915-ci ildə isə kirxanın binası pravoslavların ixtiyarına verilib. Sonradan 1986-cı ildə Gəncə Dövlət Kukla Teatrının istifadəsinə verilib. Məhz ilkin olaraq kilsə binası olması, qırmızı kərpicli üslubu onu digər teatrlardan fərqləndirir və mənim ən bəyəndiyim binalardan biridir.

Ən gözəl fontan ⛲️ Gəncənin mərkəzində Filarmoniya binasının önündə ucalan qoşa fəvvarələr “Nereidalar” və dəniz mifologiyası mövzusundadır. Fəvvarədəki heykəllər antik yunan dəniz mifologiyasından ilhamlanaraq yaradılıb. Nereidalar dənizin sakitliyini, gözəlliyini, eləcə də musiqinin və incəsənətin ahəngini simvolizə edir.

Ən kreativ yaşayış evi 🏠 “Butulkalı ev” haqqında eşitməyən yoxdur yəqin ki. 1967-ci ildə İbrahim Cəfərov tərəfindən təxminən 48000 şüşə butulkadan istifadə olunmaqla
İkinci Dünya müharibəsində itkin düşmüş qardaşı Yusif Cəfərovun xatirəsinə tikilib.

Ən gözəl bağ 🌲 El arasında “Xan bağı” kimi tanınan “Sərdar bağı” Gəncənin əsas simvollarından biridir. Çoxəsrlik ağacları və gözəlliyi, qədimiliyi və hüzurverən atmosferi ilə ən ikonik məkanlardan biridir.

Ən sevdiyim bina🏫 İndiki Aqrar Universitetin və bir zamanlar Xalq Cumhuriyyətinin fəaliyyət göstərdiyi bina. 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və hökuməti burada fəaliyyət göstərib və bir sıra qərarlar burda qəbul olunub. O dövrün mühüm hadisələrinə şahidlik etmiş binaya bəlkə bu səbəbdəndir ki, xüsusi doğmalıq hiss edirəm 🇦🇿

Ən qəşəng küçə 🤎 Tarixi Cavadxan küçəsini qırmızı kərpicli tarixi binalar elə bəzəyir ki, küçəni bəyənməmək mümkün deyil. Tək bəyənmədiyim bu tarixi fona yaraşmayan yekə plakatlardır. taken in Gəncə by @bysaade
35
a month ago
Download
Gəncədə musiqili fontan olduğunu bu səfərimdə təsadüfən oradan keçəndə öyrənən mən. 20 ildir Gəncə şəhər İcra Hakimiyyətinin önündə quraşdırılan bu fontan haqda indiyə qədər niyə eşitməmişəm bilmirəm 😕 mən də bir musiqili fontan sevdalısı olaraq saatlarla oturub izləyə bilərəm bu görüntünü, amma, təbii ki canlı. Musiqisevərsizsə sizə də gedib canlı izləməyi çox-çox məsləhət görürəm ❤️

#gəncə #azərbaycan #ganja #azerbai̇jan #dancingfountain taken in Gəncə • Ganja • Гянджа by @bysaade
25
25 days ago
Download
Bir muzey düşünün sadəcə eksponatların sərgiləndiyi bina deyil, mühüm tarixi hadisələrin baş verdiyi əsas mərkəzdir, daşı, divarı özü canlı tarixdir. Bura Gəncədə yerləşən Azərbaycan Xalq Cumhuriyyəti muzeyidir.

#gəncə #xalqcümhuriyyətimuzeyi #azərbaycan taken in Gəncə • Ganja • Гянджа by @bysaade
16
23 days ago
Download
Bütün Avropa əhalisinin yığışıb çəkdiyi o reels, burdan hamısına təşəkkürlər 😆

#holidayoutfits #summeroutfits #girlstravel #spainoutfit taken in Spain by @bysaade
26
a month ago
Download
Sevilyada sıradan bir gün 💃🏼 Flamenkonun doğulduğu əsas mərkəzlərdən biri kimi bu gün də şəhəri flamenkosuz təsəvvür etmək mümkün deyil. Bununçün şəhərdə xüsusi flamenko şoular təşkil olunur, bəzi kafelərdə rəqslər edilir. Və ya sadəcə Plaza de Espana meydanında və Santa Cruz məhəlləsi ətrafında belə küçə rəqqaslarını izləyə bilərsiz. 

#sevilla #españa #spain #flamenco #sevilya taken in Seville, Spain by @bysaade
11
a month ago
Download
Al əlvan mozaika plitələri, oymalar və daxili həyət mədəniyyəti İspaniya yaşayış tərzinin ayrılmaz hissəsinə çevrildi.

Ərəb işğalından sonra İslam memarlığı ilə xristian elementlərinin qovuşması Mudexar adlanan üslub yaratdı

Bir zamanlar tarix dərsində keçdiklərimizi yalnız xəyal gücüylə canlandırarkən real olaraq da görə biləcəyimi heç düşünməmişdim - ən azından Əndəlüs adlanan, İspaniyanın ərəblər tərəfindən işğal edilmiş torpaqlarını. O zaman “ərəblər burada öz mədəniyyətlərini yaydılar” məlumatını öyrənərkən 2 bir-birindən fərqli mədəniyyətin necə qarışdığı, necə göründüyü çox maraqlı gəlmişdi, buna görə Əndəlüs adını xüsusi olaraq xatırlayıram. Və bu gün İslam və Xristian memarlığının qarışığını özündə əks etdirən Alkazarda düz bu mədəniyyətlərin mərkəzində durmağın verdiyi doğma hissləri sözlə ifadə edə bilməsəm də, gözəlliyini göstərə bilərəm.

#sevilla #realalcázar #andalucia #sevilya

Xilafət dövründə tikilən Sevilya Krallıq Alkazarı — Avropada fəaliyyətini davam etdirən ən qədim kral sarayıdır. İspaniya kral ailəsi Sevilyaya səfər edərkən hələ də bu sarayın yuxarı mərtəbələrindən rəsmi iqamətgah kimi istifadə edir.

Game of Thrones serialında Dorn səltənətinin Su Bağları səhnələri Alkazarın bağlarında çəkilib. taken in Real Alcázar de Sevilla by @bysaade
15
a month ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up