Instagram story viewer> @casesbymedina> Posts
35K
followers
120
following
Vəkil
AR Vəkillər Kollegiyasının üzvü
Hüquqi konsultasiya ↓
Direct | WhatsApp
+994 (50) 227 00 58
POSTS STORIES REELS TAGGED
 by @casesbymedina
13
5 months ago
Download
European Young Bar Association(EYBA) 
Autumn Conference 2026 🇦🇿 ⚖️

Azərbaycan Vəkillər Kollegiyasının European Young Bar Association ilə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən bu mötəbər tədbir süni intellekt, məlumatların qorunması və rəqəmsal hüquqların gələcəyi kimi müasir hüququn ən aktual məsələlərinin müzakirəsinə həsr olunub.
Konfrans yeni bilik və peşəkar təcrübə qazanmaqla yanaşı, müxtəlif ölkələrdən olan həmkarlarla fikir və təcrübə mübadiləsi aparmaq, beynəlxalq peşəkar əlaqələr qurmaq və hüququn gələcəyini formalaşdıran müzakirələrin bir hissəsi olmaq üçün dəyərli platformadır. 

Azərbaycan hüquq ictimaiyyətinin bir üzvü kimi belə nüfuzlu beynəlxalq tədbirin iştirakçısı olmaq mənim üçün olduqca yaddaqalan və xüsusi bir təcrübə idi✨ taken in Hilton Baku by @casesbymedina
36
7 days ago
Download
Mantiya check ✔️
@vekil_israfil_alili 😉 by @casesbymedina
152
3 months ago
Download
⚖️ XVII Azərbaycan–Türkiyə–Almaniya Tibb Hüququ Simpoziumu

16 oktyabr 2026-cı il tarixində Bakıda keçirilən bu beynəlxalq tədbir tibb hüququ sahəsində aktual məsələlərin müzakirəsi, beynəlxalq təcrübə mübadiləsi və müasir hüquqi yanaşmaların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Belə elmi-praktik tədbirlərdə iştirak biliklərin yenilənməsi, peşəkar dünyagörüşünün genişləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və hüquqi praktikanın təkmilləşdirilməsi baxımından çox dəyərli imkandır.

Təşəkkür edirik, @injuria.az✨ taken in FLY INN BAKU by @casesbymedina
28
5 hours ago
Download
Əslində isə…⚖️
Məhkəmə iclasında qaydanı pozan şəxs əvvəlcə xəbərdarlıq alır. Amma qayda yenidən pozularsa, hakim həmin şəxsi məhkəmə zalından çıxara bilər.
Daha ciddi haldırsa, yəni qayda kobud şəkildə pozulursa və ya məhkəməyə açıq hörmətsizlik edilirsə - hakim 500 manatadək cərimə və ya 3 saatdan 24 saata kimi müddətdə tutmağa haqlıdır.
Bəs işdə iştirak edən şəxs qaydanı təkrar-təkrar pozursa?
Bu halda o, məhkəmə baxışının bütün müddətində və ya müəyyən hissəsində zaldan çıxarıla bilər.
Bir sözlə, məhkəmə zalı mübahisə etmək, emosiyalara qapılmaq və qaydaları pozmaq üçün yer deyil.
Məhkəmədə davranışınız da hüquqi prosesin bir hissəsidir✨ by @casesbymedina
9
3 days ago
Download
@azerbaijanibarassociation✨
@theeyba✨ taken in Hilton Baku by @casesbymedina
31
6 days ago
Download
⚖️ Əmək müqaviləsinin müddətli bağlanmasının qanuni əsası olmalıdır. Xüsusilə də işçi uzun müddət eyni və daimi xarakterli işi yerinə yetirirsə, müqavilənin sonradan müddətli müqavilə ilə əvəzlənməsi ayrıca hüquqi qiymətləndirmə tələb edir. by @casesbymedina
29
11 days ago
Download
İnsan içində yaşadığı sistemi həqiqətin özü hesab edir. Onu kənardan görməyənə qədər sistemin onu necə formalaşdırdığını da anlamır. İnsanlar burada o qədər formalaşırlar ki, artıq onu sorğulamır, hətta özləri də onun bir hissəsinə çevrilirlər.
Neo isə insanları bu düşüncədən “oyatmağa” çalışırdı. Amma onlar hələ Matrisin fərqində olmadıqları üçün, onları idarə edən sistemdən də imtina etməyə hazır deyildilər… by @casesbymedina
33
16 days ago
Download
Məni də öz kontentinə qarışdırdı… by @casesbymedina
50
25 days ago
Download
Əslində isə söhbət qadın olmaqdan yox, insan olmaqdan gedir☝🏽

Bir cəmiyyətin inkişaf səviyyəsini bəzən yollarına, binalarına, iqtisadi göstəricilərinə baxaraq qiymətləndirirlər.

Məncə isə daha sadə bir meyar var:

O cəmiyyətdə qadın öz hüquqlarını nə qədər sərbəst həyata keçirə bilir?

Təhsil almaq.
İşləmək.
Əmlaka sahib olmaq.
Öz həyatı ilə bağlı qərarlar vermək.
Zorakılıqdan qorunmaq.
“Xeyr” demək.

Bunlar qadınlara verilən imtiyazlar deyil.

Bunlar insan hüquqlarıdır✨

Qanunda əks olunan hüquq yalnız o zaman həqiqi hüquqa çevrilir ki, insan onu qorxmadan və maneəsiz həyata keçirə bilsin.

Hüquqların dəyəri isə onların yalnız mövcud olmasında deyil, məhz hamı üçün əlçatan olmasındadır💫

Sizcə, bu gün qadınların hansı hüququ qanunda kifayət qədər qorunur, amma praktikada həyata keçirilməsi hələ də çətindir? by @casesbymedina
78
a month ago
Download
Sentyabr mənə görə yenidən başlamaq deyil, qaldığın yerdən davam etməkdir.

Böyük dəyişikliklərin arxasınca qaçmaqdansa, hər gün təkrarladığımız kiçik addımlara daha çox inanıram. Eyni rutinlər, kiçik seçimlər, bir az daha çox intizam və ən əsası - DAVAMLILIQ✨

Çünki böyük nəticələr çox vaxt böyük addımlardan deyil, kiçik şeyləri davamlı etməkdən yaranır.

Hər gün bir az.
Və bir müddət sonra baxırsan ki, çox şey dəyişib 💫 by @casesbymedina
13
a month ago
Download
Avqust postu✨ by @casesbymedina
28
2 months ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up