Instagram story viewer> @digitello> Posts
515
followers
2
following
Tel.: +99412 480 10 87
Mob.: +99455 221 62 81
[email protected]
POSTS STORIES REELS TAGGED
İki bayram, bir sevinc! 🌸🌙

Bu il sistemlərimiz həm baharın təravəti, həm də Ramazanın hüzuru ilə yenilənir. Novruzun gəlişi ilə təbiət canlandığı kimi, müqəddəs Ramazan ayı da qəlblərimizə ruzi və bərəkət gətirir.

Digitello ailəsi olaraq, hər kəsi bu qoşa bayram münasibətilə ürəkdən təbrik edirik! Süfrələrinizdən xonça dadı, qəlbinizdən isə duaların səmimiyyəti əskik olmasın.

Gəlin, bu il həm rəqəmsal dünyada, həm də real həyatda ən yüksək "yükləməmiz" (download) sevgi və mehribanlıq olsun! 

Bayramınız mübarək!

#Digitello #NovruzBayramı #Ramazan by @digitello
0
7 months ago
Download
Hər bir uğurlu layihənin arxasında düzgün qurulmuş infrastruktur, hər bir oyanışın arxasında isə münbit torpaq durur.

Torpaq Çərşənbəsi münasibətilə sizi təbrik edir, fəaliyyətinizdə sabitlik və bol ruzi-bərəkət arzulayırıq. Qoy bu bahar rəqəmsal dünyanızda yeni uğurların, real həyatınızda isə səmimi sevinclərin başlanğıcı olsun.

Bayramınız mübarək!
Digitello - Gələcəyi birlikdə böyüdürük.

#TorpaqÇərşənbəsi #Digitello #Novruz by @digitello
0
7 months ago
Download
Təbiətin oyanışını müjdələyən Yel çərşənbəsi gəlib çatdı. Küləyin enerjisi torpağı oyatdığı kimi, rəqəmsal dünyada da hər bir böyük uğurun arxasında düzgün istiqamətdə əsən innovasiya mehi dayanır.

Digitello olaraq, ənənələrimizi texnologiyanın gücü ilə birləşdiririk. "Rəqəmsal Səməni"miz yeni ideyalar və kodların harmoniyası ilə cücərir. Bu çərşənbənin enerjisi biznesinizə yeni sürət, layihələrinizə isə uğurlu "küləklər" gətirsin!

Yel çərşənbəniz mübarək!

#Digitello #YelÇərşənbəsi #Novruz by @digitello
0
7 months ago
Download
🌸 8 Mart – Beynəlxalq Qadınlar Günüdür!
Digitello komandası olaraq hər gün ilham mənbəyimiz, gücümüz və yaradıcılığımızın yarısı olan bütün xanımları ürəkdən təbrik edir!
Sizə hər addımınızda uğur arzulayırıq.
Qadınlar gününüz mübarək! 💜

#8Mart #QadınlarGünü #Digitello #RəqəmsalDünya by @digitello
0
7 months ago
Download
Bu gün Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olan Xocalı faciəsini dərin hüzn və ehtiramla anırıq. 1992-ci ilin 26 fevralında Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayət insanlığa qarşı yönəlmiş vəhşiliyin acı nümunəsidir.

Xocalı qurbanlarının xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Bu faciəni unutmaq olmaz, çünki yaddaş ədalətin, həqiqətin və gələcəkdə belə hadisələrin təkrarlanmamasının əsas şərtidir.

Qurbanların ruhu qarşısında baş əyirik.
Allah şəhidlərimizə rəhmət eləsin.

#Xocalı #XocalıSoyqırımı #Unutmadıq #Ədalət by @digitello
0
8 months ago
Download
Su həyatın, təmizliyin və yenilənmənin rəmzidir. Bu mübarək gündə bütün evlərə aydınlıq, qəlblərə rahatlıq, həyatınıza bolluq və bərəkət arzulayırıq.

Qoy Su Çərşənbəsi ilə birlikdə bütün çətinliklər axıb getsin, yerini yeni ümidlərə, saf niyyətlərə və gözəl başlanğıclara versin.

Digitello olaraq sizə sağlamlıq, uğur və daim axarda olan xoş xəbərlər diləyirik.

Bayramınız mübarək!

#suçərşənbəsi #digitello by @digitello
0
8 months ago
Download
Bu gün Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik. 36 il öncə baş vermiş Qanlı Yanvar hadisələri xalqımızın əyilməz iradəsinin və azadlıq eşqinin rəmzinə çevrildi.

Digitello komandası olaraq, vətənimizin azadlığı naminə fədakarlıq göstərən bütün qəhrəmanlarımıza borclu olduğumuzu unutmur, onlara Allahdan rəhmət diləyirik.

Unutmadıq, unutdurmarıq!

#20yanvar #digitello by @digitello
0
9 months ago
Download
✨ 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İliniz Mübarək! ✨🎄

Bu əlamətdar gündə dünyanın harasında yaşamağımızdan asılı olmayaraq bizi birləşdirən dəyərləri birlik, həmrəylik və milli kimliyimizi bir daha xatırlayırıq.

Yeni ilin hər bir azərbaycanlıya sağlamlıq, rifah, uğur və yeni imkanlar gətirməsini arzulayırıq.
Qoy 2026-cı il həm şəxsi, həm də peşəkar həyatınız üçün pozitiv, güclü ideyalar və böyük nailiyyətlər ilə dolu bir il olsun.

Digitello olaraq biz inanırıq ki, birlikdə daha güclüyük və birlikdə daha böyük dəyərlər yarada bilərik.

💙❤️💚
Həmrəylik Gününüz və Yeni İliniz mübarək!
Sizin Digitello by @digitello
0
10 months ago
Download
8 Noyabr – Zəfər Günümüz mübarək!

Bu gün biz tarixin ən şanlı səhifələrindən birini qürurla yad edirik.
Qəhrəman əsgər və zabitlərimizin qanı, xalqımızın birliyi və ordumuzun sarsılmaz iradəsi sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Odrumuzun gücü xalqımızın gücüdür.
Bu zəfər yalnız döyüş meydanında deyil, həm də sülh və sabitlik naminə qazanılmış qələbədir.
Biz bu günü təkcə keçmişin qələbəsi kimi deyil, gələcəyin sülh dolu sabahına inam kimi qeyd edirik.

🕊️ Qoy Zəfərimizin oduna sülhün işığı yansın.
💪 Qarabağ Azərbaycandır!

#ZəfərGünü #Digitello by @digitello
0
a year ago
Download
🚀 Biznesinizi Gələcəyə Daşıyın!

Digitello ilə AI dəstəyi ilə işləyən veb saytlar quraraq müştərilərinizə daha ağıllı, daha sürətli və fərdiləşdirilmiş təcrübə təqdim edin!

🤖 AI inteqrasiyası:
✅ Avtomatlaşdırılmış xidmətlər
✅ Fərdi istifadəçi təcrübəsi
✅ Məlumatlara əsaslanan qərar dəstəyi
✅ 24/7 müştəri cavablandırma imkanları

Yeni nəsil veb saytlar sadəcə görünüşlə kifayətlənmir – intellektual funksiyalarla satışınızı və xidmət keyfiyyətinizi artırır!

📲 Gəlin birgə işləyək və sizi rəqəmsal dönüşümün öncüllərindən edək!

📩 Bizimlə əlaqə: info@digitello.az

#digitello #YourKeywordinDigitalWorld #saytlarınhazırlanması #webdevelopment by @digitello
0
a year ago
Download
Ramazan Bayramınız Mübarək! 🌙✨

Bu müqəddəs bayram günündə Digitello komandası olaraq sizə bolluq, bərəkət və sevgi dolu anlar arzulayırıq. Qoy dualarınız qəbul olsun, süfrəniz ruzili, qəlbiniz isə daim nurla dolsun.

Bayramınız mübarək! 💛🎉

#RamazanBayramı #Digitello #YourKeywordinDigitalWorld by @digitello
0
2 years ago
Download
20 Yanvar – Unutmadıq, Unutmayacağıq!

Bu gün Azərbaycan xalqının şərəf və qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsinin ildönümüdür. 1990-cı ildə Sovet ordusunun Bakıda törətdiyi qanlı cinayətlər xalqımızın azadlıq və müstəqillik mübarizəsini boğmağa çalışdı. Lakin bu vəhşilik xalqımızın iradəsini qıra bilmədi, əksinə, milli birlik və azadlıq ruhunu daha da gücləndirdi.

20 Yanvar şəhidlərimiz Vətən uğrunda canlarından keçərək azadlığımızın əsasını qoydular. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq, əziz xatirələri isə hər zaman qəlbimizdə yaşayacaq.

Bu müqəddəs gündə şəhidlərimizi böyük ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

#20Yanvar #Şəhidlər #Azərbaycan by @digitello
0
2 years ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up