Instagram story viewer> @dimgovaz> Posts
162.8K
followers
4
following
Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsi / Official page of the State Examination Center
📞1653
POSTS STORIES REELS TAGGED
Download All
Ətraflı məlumat saytımıza yerləşdirilib. taken in Dövlət İmtahan Mərkəzi by @dimgovaz
0
20 hours ago
Download
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini təqdim edib. 

“Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı və ixtisaslar üzrə minimal keçid balları dərc edilib.

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

#DövlətİmtahanMərkəzi #AbituriyentJurnalı by @dimgovaz
6
2 days ago
Download
Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1818 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın elektron versiyası (pdf formatında) günün sonunadək www.abiturient.az saytında yerləşdiriləcək və www.abiturient.az saytında ödəniş etməklə əldə etmək mümkün olacaq.

Qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı 30 sentyabr saat 15:00-dan 5 oktyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali və ya orta ixtisas müəssisəsinə göndərilməyəcək. taken in Dövlət İmtahan Mərkəzi by @dimgovaz
28
3 days ago
Download
Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi şəhidlərimizin xatirəsini yad etmək üçün Zəfər abidəsini ziyarət edib.

27 Sentyabr – Anım Günü Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi şəhidlərimizin xatirəsini yad etmək üçün Zəfər Parkını ziyarət edib və parkın girişindəki Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.

Dövlət İmtahan Mərkəzinin əməkdaşları şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! taken in Dövlət İmtahan Mərkəzi by @dimgovaz
2
4 days ago
Download
taken in Dövlət İmtahan Mərkəzi by @dimgovaz
4
4 days ago
Download
25 sentyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdən öncə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra anım gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan parlaq qələbədən bəhs edib. Sədr xalqın və dövlətin sarsılmaz birliyi, milli həmrəylik və Vətən sevgisinin qələbənin əldə olunmasında mühüm rol oynadığını qeyd edib. Sədr həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyini vurğulayıb, şəhidlərin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olduğunu bildirib. M.Abbaszadə çıxışında şəhidlərin qəhrəmanlığının yalnız tarixi hadisə kimi deyil, hər birimizin mənəvi məsuliyyəti kimi dərk edilməsinin vacibliyini vurğulayıb.

O, qeyd edib ki, Dövlət İmtahan Mərkəzi şəhid ailələri və övladlarına, həmçinin qazilərə dəstəyi fəaliyyətinin ayrılmaz hissəsi hesab edir. Bu məqsədlə mütəmadi olaraq şəhid övladlarının təhsilinə kömək göstərilir, o cümlədən buraxılış və qəbul imtahanlarına hazırlaşmaq üçün onlara test topluları, qiymətləndirmə tapşırıqları və digər dərs vəsaitləri təqdim olunur. Həmçinin 6–10 yaşlı şəhid övladlarına yaş və maraqlarına uyğun kitablar və müxtəlif vəsaitlər hədiyyə edilir. Bu təşəbbüslər çərçivəsində indiyədək regionlarda 518, Bakıda isə 128 şəhid övladına müxtəlif vəsaitlər çatdırılıb.

Sədr həmçinin qazilərimizin təhsilalma imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verib.

 Ətraflı məlumat saytımıza yerləşdirilib. taken in Dövlət İmtahan Mərkəzi by @dimgovaz
9
6 days ago
Download
Qəbul imtahanında 600 və daha çox bal toplayan gəncləri “Bilik yarışının öncülləri” internet layihəsində fəal iştirak etməyə, öz təcrübələrini paylaşmağa dəvət edirik.

Layihənin missiyası yüksək ballı gənclərin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir.

Layihədə iştirak etmək üçün şəxsi kabinetinizin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə www.abiturient.az saytında (600.abiturient.az/600anket2/) təqdim edilən anket-sorğunu doldurmalısınız. Anket-sorğu yalnız bir dəfə və bütün bəndləri doldurulur.

Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket-sorğunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin www.abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat təqdim ediləcək.

#DövlətİmtahanMərkəzi #AbituriyentJurnalı #BilikYarışınınÖncülləri by @dimgovaz
9
6 days ago
Download
Orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan­larından “məqbul” alan abituriyentlər buraxılırlar.

İxtisas seçimi 27 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. taken in Dövlət İmtahan Mərkəzi by @dimgovaz
64
8 days ago
Download
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Jurnal barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə edə bilərsiniz.

#DövlətİmtahanMərkəzi #AbituriyentJurnalı by @dimgovaz
96
8 days ago
Download
“Abituriyent” jurnalı redaksiyasının və “OTK” MMC-nin birgə layihəsi əsasında “20 variant sınaq imtahanı” kitablarının təkmilləşdirilmiş 2-ci nəşrləri çap edilib. 

Kitablar qüvvədə olan imtahan proqramları və biliklərin qiymətləndirilməsinə dair ən son tələblər nəzərə alınmaqla hazırlanıb. Bu, sizə biliklərinizi sistemləşdirməyə, hazırlığınızı məqsədyönlü şəkildə davam etməyə və imtahanda özünüzə inamınızı artırmağa kömək edəcək.

Vəsaitdə təqdim edilən ilk 10 variantla hazırlığınızın mərhələləri üzrə hər öyrəndiyiniz mövzunu hissə-hissə yoxlaya bilərsiniz. Sonrakı 10 variant isə hazırlığın sonuna doğru özünüzü yekun proqramla yoxlamağa, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi tələblərə uyğun imtahan modeli ilə işləyərək nə qədər bal topladığınızı müəyyən etməyə imkan verəcək.

Kitablarda həmçinin 2026-cı ildə keçirilən qəbul və buraxılış imtahanlarında zəif cavablandırılan tapşırıqlar, onların cavabları və qiymətləndirmə meyarları da dərc edilib.

Tapşırıqların düzgün cavabları və qiymətləndirmə meyarları hər bir sınaq imtahanı variantının əvvəlində yerləşdirilmiş QR-kod vasitəsilə təqdim olunub.

Kitabları “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

#AbituriyentJurnalı #otkaz #20VariantSınaqİmtahanı #Buraxılışİmtahanı #Qəbulİmtahanı by @dimgovaz
13
10 days ago
Download
taken in Dövlət İmtahan Mərkəzi by @dimgovaz
13
11 days ago
Download
Xankəndi şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin “İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar” mövzusunda V Görüşü keçirilib. taken in Dövlət İmtahan Mərkəzi by @dimgovaz
0
12 days ago
Download
×

Download all media on this page

Photos Videos
back to up