Instagram story viewer> @endo__doc> Posts
2.1K
followers
803
following
Dünyanı hormonlar idarə edir!🧬
POSTS STORIES REELS TAGGED
🥖 Niyə Market Çörəklərindən imtina edirik?
Mağazada satılan ağ çörəklərin və "yalançı" tam buğda çörəklərinin əsas problemləri aşağıdakılardır:
1. Yüksək Qlikemik İndeks (Qİ)
Ağ un dərhal qlükozaya çevrilir. Bu da qanda şəkərin sürətlə yüksəlməsinə və nəticədə insulinin kəskin artmasına səbəb olur. Tez-tez təkrarlanan bu proses zaman keçdikcə insulin dirənci, piylənmə və Şəkərli diabet riskini artırır.
2. Lif Çatışmazlığı Market çörəklərinin çoxu "əla" növ undan hazırlanır. Bu prosesdə taxılın qabığı və rüşeymi kənarlaşdırılır və bu da liflərin itirilməsinə səbəb olur.
3. Gizli Şəkərlər və Qatqı Maddələri
Çörəyin dadını artırmaq və rəf ömrünü uzatmaq üçün tərkibinə çox vaxt yüksək fruktozalı qarğıdalı şərbəti, şəkər, marqarin və emulqatorlar əlavə edilir. Bu maddələr orqanizmdə iltihaba (inflammation) yol açır.
4. Maya və "Şişkinlik" Faktoru
Sənaye üsulu ilə hazırlanan sürətli mayalar həzm sistemində qaz və şişkinliyə səbəb ola bilər. Əsl turş xəmir (sourdough) mayasından fərqli olaraq, bu mayalar fitin turşusunu parçalamır, bu da mineral (sink, maqnezium, dəmir) sorulmasını azaldır.
📢 Qeyd:
! The Lancet və BMJ (British Medical Journal) kimi nüfuzlu tibbi jurnallarda dərc olunan genişmiqyaslı tədqiqatlar göstərir ki, qluten həssaslığı yoxdursa qluteni rasiondan çıxartmaq mənasızdır. Əsas problem qlütenin özü deyil, "ultra-işlənmiş" məhsullardır by @endo__doc
5
8 months ago
Download
📚 DİABET MƏKTƏBİ – 1
🗓 15 Fevral 2026

Diabetin stasionar, perioperativ və ambulator menecmenti mövzusuna həsr olunmuş təhsil proqramının
III sessiyası baş tutur:

🔹 Diabet ağırlaşmalarının idarə olunması

Bu sessiyada klinik praktikada ən çox qarşılaşdığımız ağırlaşmaların düzgün yanaşma, vaxtında müdaxilə və multidissiplinar idarəetmə prinsipləri müzakirə olunacaq.

Peşəkar biliklərin yenilənməsi, real klinik situasiyalara əsaslanan müzakirələr və praktik yanaşmalar üçün bu sessiyanı qaçırmayın.

#aecictimaibirliyi @aec.ictimaibirliyi by @endo__doc
8
9 months ago
Download
🌙 Gecə yuxusunu gecikdirirsiniz? Tez-tez oyanırsınız?
Bu, təkcə yorğunluq deyil — endokrin sistem üçün siqnaldır!
Xroniki yuxusuzluq zamanı:
🔬 Kortizol yüksəlir → orqanizm "daimi stress” rejiminə keçir
🔬 Leptin ↓, qrelin ↑ → iştah artır, çəki artımına səbəb olur
🔬 İnsulinə həssaslıq azalır → metabolik risk yüksəlir
🔬 Tiroid hormonlarına təsir göstərir
🔬 Reproduktiv hormonların balansı pozulur → menstrual dəyişiklik

Nəticə təkcə yorğunluq deyil:
⚠️ Artıq çəki
⚠️ Əsəbilik 
⚠️ Hormonal disbalans
⚠️ Menstrual problemlər

❗️❗️❗️Yuxu — ən güclü və təbii hormonal terapiyadır.
7–8 saat keyfiyyətli gecə yuxusu — sağlam metabolizm və stabil hormonların əsas şərtidir.

#HormonalSağlamlıq #yuxugigiyenası #metabolizmahızlandırma by @endo__doc
5
9 months ago
Download
Yağ alarkən nələrə diqqət etməliyik? 🛒🫒

Marketdə yağ seçmək düşündüyünüzdən daha vacibdir! Sağlamlığınız üçün bu məqamlara fikir verin:

✅ Soyuq sıxım (cold-pressed) — vitaminlər və faydalı maddələr qorunur
✅ Rəngi şəffaf və təbii olmalıdır
✅ Qablaşdırma: tünd rəngli şüşə qab ideal seçimdir (plastikdə günəşdə zərərli maddələr ayrılır)
✅ Etiketi oxuyun: tərkibində trans yağ olmamalıdır!
✅ Rafinə olunmamış yağlara üstünlük verin – daha az emaldan keçmiş olur

🚫 "Qoxusuz", "dad vermir" yazılanlara aldanmayın – bu, çox vaxt kimyəvi emaldan keçmiş məhsuldur.

📌 Unutmayın: düzgün seçilmiş yağ – hormonlar, dəri, ürək və beyin sağlamlığı üçün vacibdir. by @endo__doc
13
a year ago
Download
BÖYRƏKÜSTÜ VƏZİNİZ SİZİ SEVİR!

Bəli, bu kiçik vəzlər sizi qorumaq üçün 24/7 çalışır:
- Kortizol
- Adrenalin
- Aldosteron

— hamısı böyrəküstü vəzlər tərəfindən ifraz olunur.

🧠 Stressə reaksiya
🩺 Qan təzyiqinin tənzimlənməsi
💧 Su-duz balansı
⚡ Enerji səviyyəsi — bunlar onlardan asılıdır!

Amma:
❗ Uzunmüddətli stress
❗ Yuxusuzluq
❗ Kofeindən sui-istifadə
böyrəküstü vəzləri yorur və hormonal balansı poza bilər.

📌 Onları qoruyun:
– Yuxu rejiminə riayət edin 
– Düzgün qidalanın
– Bədəni dinləyin

🔔 Hormonal balans haqqında daha çox məlumat üçün bizi izləyin! by @endo__doc
15
a year ago
Download
🍭 Şirin – düşmən deyil, balans olmadıqda problem yaranır!

⠀
❗ Zərərli olan şəkərin özü deyil. Onun həddindən artıq istifadəsidir.
😮‍💨 Stress zamanı kortizol artır və bədən şirin istəyir.
⠀
📉 Kortizol uzun müddət yüksək qalarsa:
— Metabolizmanı zəiflədir
— Yuxusuzluq yaradır
— Hormon balansını pozur
⠀
🧠 Həll yolu? Balanslı qidalanma, normal yuxu, hərəkətli həyat və bir az şokolad — vicdan əzabsız 🍫😉
⠀ by @endo__doc
60
a year ago
Download
🩺 İlk Endokrinoloq Qəbuluna Necə Hazırlaşmaq Olar?

1. Şikayətlərinizi yazın (yuxusuzluq, çəki dəyişiklikləri və s.).
2. Əvvəlki xəstəliklər və müalicələr haqqında məlumat verin.
3. İstifadə etdiyiniz dərmanlar və vitaminləri qeyd edin.
4. Əvvəlki test nəticələrini götürün.
5. Açıq və dürüst olun – bütün simptomlarınızı paylaşın.
6. Sual hazırlayın – müalicə, həyat tərzi dəyişiklikləri barədə suallar verin.

Hazırlıqlı olmaq, daha doğru və effektiv müalicə üçün vacibdir.

#endokrinologiya #sağlamlıq #ilkqəbul #hormonalbalans #sağlamhəyat by @endo__doc
11
a year ago
Download
Hormonlar barədə nə bilməlisiniz?
Hormonal balans — sağlamlığınızın açarıdır!
🧠 Əhvalınız, 💤 yuxu rejiminiz, ⚖️ çəki artımı və ya azalması, 🩸 şəkər səviyyəniz — bunların hamısı hormonlarla sıx bağlıdır.

Əgər:
🔹 Tez yorulursunuz
🔹 Artıq çəkiyə nəzarət edə bilmirsiniz
🔹 Dərinizdə dəyişikliklər hiss edirsiniz
🔹 Menstrual pozğunluqlarınız var

Bu, hormonal disbalansın əlaməti ola bilər.
Vaxtında müayinədən keçmək – gələcək sağlamlığınızı qorumaq deməkdir.
🔔 Hormonal balans haqqında daha çox məlumat üçün bizi izləyin! by @endo__doc
11
a year ago
Download
🥼 –6 kq və cəmi 2 ayda normal şəkər səviyyəsi!

Real bir pasiyentimin hekayəsin paylasmaq istəyirəm. İlk dəfə qəbula gələndə dedi ki:

💬 “Şəkərim yüksəkdir, daim yorğun hiss edirəm. Nə qədər çalışsam da arıqlaya bilmirəm, üstəlik şirniyyata qarşı istəyi saxlaya bilmirəm…”

🆘Bu orqanizmin sakit, lakin israrlı bir şəkildə kömək istəyi idi…

Sadəcə 2 ay ərzində fərdi yanaşma ilə:
✅ Yemək vərdişlərini düzəltdik
✅ Hərəkəti həyatına yavaş-yavaş əlavə etdik
✅ Stress və yuxunu balanslaşdırdıq
✅ Və ən önəmlisi – əvvəl dərmanlar belə yetərli olmurdu, lakin sağlam vərdişləri müalicəyə əlavə edəndə bədən sanki yenidən güc tapdı və nəticələr daha sürətli dəyişdi

⸻

📉 Nəticə: –6 kq və qanda şəkər normaya düşdü. Enerji, yüngüllük və özünə inam geri qayıtdı.

Bu möcüzə deyil...
Sadəcə doğru istiqamət və davamlılıqdır.

⸻

💭 Sən də təsəvvür et, bir neçə ay sonra özünü daha enerjili və sağlam hiss edə bilərsən. Bəzən bədənə kiçik dəyişiklər kifayət edir.

Sizcə, sağlam vərdişlər həyatınızı necə dəyişə bilər? 💙
Fikirlərinizi şərhlərdə bölüşün ⬇️ by @endo__doc
8
a year ago
Download
🧠 Stress hormonları bizi qoruyur… amma nə vaxta qədər?

Kortizol və adrenalin – bədənimizin “fövqəladə vəziyyət” siqnallarıdır. Qısa müddətli təsirdə bizi qoruyurlar. Lakin bu siqnal uzun müddət davam edərsə nə baş verir?

🔻 Xroniki stressin hormonlara və orqanizmə təsiri:
🔸 Kortizol ritmi pozulur – səhər oyana bilmirsiz, gecə yata bilmirsiz
🔸 Adrenalin yorur – həddindən artıq oyanıqlıq, əsəb, panik
🔸 Hormon balansı pozulur – menstruasiya pozğunluqları, maddələr mübadiləsində ləngimə
🔸 İmmunitet zəifləyir – tez-tez xəstələnmə, sağalmada gecikmə
🔸 Yuxu, enerji və emosional sabitlik itir

📌 Nəticə: Stress hormonları sizi qorumaq əvəzinə yavaş-yavaş tükəndirə bilər.

💡 Hər şey balansdan başlayır — həm hormonlarınızda, həm də həyat ritminizdə.

⸻

💬 Siz gündəlik stresinizi necə tənzimləyirsiniz?
👇 Təcrübənizi şərhdə paylaşın — bəlkə kiməsə faydalı olar 

 #cortisol #hormonebalance #Stresshormone #Kortisol #стресс #кортизол #Schlafstörung #healthylifestyle #GesunderLebensstil #здоровыйобразжизни taken in Aschaffenburg, Germany by @endo__doc
3
a year ago
Download
✨ Xoşbəxtlik hormonları: Necə işləyirlər və nə üçün bizə lazımdırlar?
Hər dəfə özünü xoşbəxt, motivasiyalı və rahat hiss edəndə bil ki, bu hisslərin arxasında “xoşbəxtlik hormonları” dayanır! 🧠💫

Gəlin onları birlikdə tanıyaq:

🔹 Serotonin – Əhval-ruhiyyəmizin əsas “tənzimləyicisi”. Təbiətə çıxmaq, günəş vannası qəbul etmək və minnətdarlıq hissini yaşamaq serotonin səviyyəsini artırır.

🔹 Dopamin – “Mükafat hormonu”. Hədəflərə çatanda, uğur qazandıqda və ya sevdiyin işlə məşğul olanda dopamin ifraz olunur. Motivasiyanın və məhsuldarlığın əsas sirri budur!

🔹 Endorfin – Təbii ağrıkəsici. İdman, gülmək və ya sevdiyin musiqiyə qulaq asmaq endorfin ifrazını artırır. Həm fiziki, həm də emosional ağrıları azaldır.

🔹 Oksitosin – “Sevgi hormonu”. Sarılmaq, güvəndiyin insanla vaxt keçirmək, ev heyvanına qucaq açmaq… Bütün bunlar oksitosini artırır və bağlılıq hissini gücləndirir.

Niyə vacibdirlər?

Bu hormonlar bizə stresslə mübarizə aparmağa, sağlam münasibətlər qurmağa, motivasiyalı və balanslı bir həyat sürməyə kömək edir.

📌 Bəs sən gündəlik həyatında bu hormonları necə aktivləşdirirsən?

👇 Şərhlərdə paylaş, bəlkə kiməsə ilham olarsan!

#xoşbəxtlik #sağlamhəyat #dopamin #serotonin #oksitosin #endorfin #hormonalbalans #psixologiya #özünüinkişaf #motivasiya by @endo__doc
25
a year ago
Download
👩‍⚕️ 25+ yaşlı qadınlara tövsiyə etdiyim TOP-3 analiz: 
1️⃣ TSH (Tiroid Stimullaşdırıcı Hormon)

— Qalxanabənzər vəzin fəaliyyəti, maddələr mübadiləsi, enerji və əhval halınız üçün vacibdir.

2️⃣ Vitamin D

— İmmunitet, sümük sağlamlığı, əzələ gücü və ümumi hormonal balans üçün əsas vitamindir.

3️⃣ Ferritin

— Dəmir deposun göstərir. Yorğunluq, saç tökülməsi, halsızlıq hallarında çox faydalıdır.

💡 Bu analizlər sadə və əlçatandır, amma nəticələri sizin hormonal sağlamlığınız haqqında çox şey deyə bilər.

Profilaktika – hər zaman müalicədən daha dəyərlidir.

💬 Siz bu analizləri nə vaxt vermisiniz?

#qadinsaglamligi #endokrinoloq #hormonalbalans #saglamqadin #vitaminD #ferritin #TSH #baku #tibb by @endo__doc
11
a year ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up