Instagram story viewer> @fromtural> Posts
10.9K
followers
227
following
Travel Blogger 🌍 Actor 🎭 Event Organizer
Member of @atba_az 🇦🇿🇹🇷🇯🇴🇪🇬🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🇮🇷🇨🇳🇦🇪 🇲🇻 🇮🇹 🇦🇹🇨🇿🇭🇺🇸🇰🇻🇳🇮🇩
📩 collaboration
POSTS STORIES REELS TAGGED
Xocalının Ballıca kəndində də Böyük Qayıdışdan sonra həyat öz axarı ilə davam edir. 🌿

Kəndi gəzərkən tanış olduğum Teymur müəllim mənə Damcılı bulağına getməyi məsləhət gördü. İllər sonra doğma kəndinə, öz evinə qayıdan Xocalı sakini ilə söhbət etmək çox xoş oldu. 🇦🇿 #xocali #khojali #azerbai̇jan by @fromtural
68
4 days ago
Download
Frans Kafkanın dünyaca məşhur “Çevrilmə” əsərini “İnstinkt” Teatrında premyera etdik. 🎭

10 ildən sonra yenidən səhnəyə qayıtmaq mənə sözlə ifadə edə bilməyəcəyim qədər xoşbəxtlik verdi. Film və serial çox gözəldir, amma teatrın hissi tamam başqadır. ❤️

Belə gözəl bir işin parçası olduğum üçün çox sevinirəm.

Bir şeyi də deyim: Məncə, pis və ya istedadsız aktyor yoxdur. Sadəcə, bəzən doğru yerdə dəyərləndirilməyən aktyorlar var.

Sevgi ilə qalın, bizi izləyin. Qarşıda yeni tamaşalarımız olacaq. ❤️🎭 #teatr #actor #theatre taken in Baku, Azerbaijan by @fromtural
63
8 days ago
Download
Videomuz yumor xarakterlidir 😃 Allah heç kəsi kiminsə ümidinə qoymasın. Xüsusən də Bali-də oturub “pulum yoxdur” deyənlərin ümidinə 😂🇮🇩🌴 taken in Canggu, Bali by @fromtural
50
a month ago
Download
Gözəl təbiəti, dadlı yeməkləri və ən əsası mehriban insanları ilə hər zaman seçilən cənub bölgəmiz istirahət və səyahət üçün əla seçimdir. 🌿

2 günlük Lənkəran və Lerik info turumuz zamanı buradakı möhtəşəm şəlalələr, maraqlı muzeylər, dağlar, meşələr, təmiz su, ləziz yeməklər və səmimi insanlar sanki ruhumuzu oxşadı. ❤️

Bəzən insan şəhərin səs-küyündən uzaqlaşmaq, bir az nəfəs almaq və təbiətlə baş-başa qalmaq istəyir. Bax, elə həmin an üçün Lənkəran və Lerik əla seçimdir.

Üstəlik, burada həm gözəl, həm də münasib qiymətlərlə istirahət etmək mümkündür. 🌿✨ #travel #atba #lerik #lenkeran  Gözəl info tur üçün minətdaram @azerbaijan_sta @lankaran.rti taken in Lerik, Taliş Dağları by @fromtural
22
a month ago
Download
Galeriyamdakı bu gözəl mənzərələrdə çəkdirdiyim şəkilləri paylaşım, həm də sizə bir az da özümdən danışım. 🌺✈️🎭 
Mən Tural Ələkbərov. 19 fevral 1992-ci ildə soyuq bir qış günündə İmişli rayonunda anadan olmuşam. Orta təhsilimi İmişlidə aldıqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq və aktyorluq fakültəsini bitirmişəm.

İllər ərzində teatrda, seriallarda və televiziya kanallarında çalışmışam və bu sahələrdə fəaliyyətimi bu gün də davam etdirirəm. Eyni zamanda Caspian Events Group şirkətinin təsisçisi və direktoruyam. Beynəlxalq layihələrin və müxtəlif tədbirlərin təşkilatçılığı ilə də məşğulam.

Təxminən 2 il əvvəl Azərbaycan Turizm Blogerləri Assosiasiyasının @atba_az (ATBA) üzvü olmuşam. Səyahət etməyi çox sevirəm. Getdiyim yerlərdə mümkün qədər münasib qiymətləri və real təcrübələrimi sizinlə bölüşürəm. Çünki düşünürəm ki, səyahət etmək ruhun ehtiyacıdır.

Bəzən səyahəti insanların gözündə əlçatmaz bir şey kimi göstərirlər. Mən isə istəyirəm ki, indiyə qədər səyahət etməyənlər də getsin, gəzməyənlər də gəzməyə başlasın, dünyanı kəşf etsin. 🌍✈️

Müezza adında çox gözəl bir pişiyim var. 🐈‍⬛ Heyvanları çox sevirəm və onların həyatımızda xüsusi bir yeri olduğuna inanıram.

Həyat stresli, çətin və yorğunluqlarla dolu ola bilər. Amma bütün bunların içində özünüzə, zamanınıza və sizi xoşbəxt edən şeylərə dəyər verməyi unutmayın.

Hər zaman sevgi ilə, rəngarəng və özünüz olaraq qalın. ❤️

Məni də sosial mediada izləsəniz, çox sevinərəm. 😀🙏🏼🤍 taken in Baku, Azerbaijan by @fromtural
30
2 months ago
Download
📍 Tirta Empul məbədini ziyarət edəcək şəxslər üçün faydalı məlumatlar:

• Olduğunuz yerdən Grab vasitəsilə avtomobil və ya motosiklet sifariş edərək rahatlıqla gedə bilərsiniz. Səhər saatlarında ziyarət etmək daha uyğundur.

• Özünüzlə mütləq nəğd pul götürün. Bəzi yerlərdə kart ödənişi qəbul edilmir.

• Məbəddəki bələdçilərə kiçik məbləğdə ödəniş etsəniz, mərasimin qaydalarını və ardıcıllığını sizə izah edəcəklər.

• Məbəd ərazisində qaydalara riayət etmək vacibdir. Girişdə verilən ənənəvi geyimi geyinmək məcburidir.

• Çıxış hissəsində suvenir ala biləcəyiniz çoxlu mağaza var.

Əlavə sualınız olarsa, şərhlərdə və ya mesajla yaza bilərsiniz. 🙏 @atba_az 

🇮🇩

#Bali #Indonesia #TirtaEmpul #Temple #Travel taken in Bali, Indonesia by @fromtural
13
3 months ago
Download
🇮🇩Bali-də ən önəmli məsələlərdən biri qalacağınız yeri düzgün seçməkdir. Çünki bəzən getmək istədiyiniz məkan qaldığınız yerdən 3-4 saatlıq məsafədə ola bilər.

Biz Canggu-dan Ubudda yerləşən Alas Harum-a təxminən 2 saat yol getdik. 🚗

Hovuza giriş üçün sadəcə 20 AZN ödəyirsiniz. Əgər hovuzun ətrafında ayaqüstə qalmaq istəmirsinizsə və mənzərəyə qarşı masa arxasında oturub yemək yemək istəyirsinizsə, masa depoziti adambaşı 50 AZN təşkil edir.

Amma menyu qiymətləri kifayət qədər münasibdir. Yəni həmin 50 AZN depozitlə günorta və axşam yeməyinizi yeyə, içkilərinizi də sifariş edə bilərsiniz. 🍽️🍹

Taksi qiymətləri də onsuz da Bali-də çox ucuzdur. Orta hesabla bir günlük istirahət sizə hər şey daxil təxminən 100 AZN-ə başa gələ bilər.

Bəs dəyərmi? Əlbəttə! 😍

Möhtəşəm mənzərə, sonsuzluq hovuzu, təbiət, yeməklər və xidmət — hər şey mükəmməldir. Bali-yə gedirsinizsə, bir gününüzü rahatlıqla burada keçirə bilərsiniz. 🌴💦✨ #bali #ubud #travel #atba  @atba_az taken in Ubud, Bali, Indonesia by @fromtural
15
3 months ago
Download
Tək və səssiz qalmaq istəyirsinizsə, Tanah Lota gəlib gün batımını izləyin. Bəzən insana ən çox lazım olan da elə belə anlardır. 🌅

📍 Tanah Lot, Bali 🇮🇩

#TanahLot #Bali #BaliIndonesia #Indonesia #VisitBali @atba_az taken in Tanah Lot Bali by @fromtural
25
3 months ago
Download
🐒 Ubud Monkey Forest-ə getməzdən əvvəl bunları mütləq bil!🇮🇩

⚠️ Meymunlara kənardan yemək gətirmək və vermək qadağandır.

🎒 Eynək, papaq, telefon və digər qiymətli əşyalarını möhkəm saxla. Meymunlar onları bir anda götürə bilər.

🙅‍♂️ Meymunlara toxunmağa, onları qucaqlamağa və ya qıcıqlandırmağa çalışma. Unutma ki, özlərini təhlükədə hiss etsələr, hətta dişləyə də bilərlər.

😌 Meymun üstünə çıxsa, panikaya düşmə. Sakit qal və park əməkdaşlarının köməyini gözlə.

📸 Onlarla şəkil çəkdirə bilərsən, amma hər zaman məsafəni qoru və qaydalara əməl et.

Bu sadə qaydalara əməl etsən, Ubud Monkey Forest təcrübən həm təhlükəsiz, həm də unudulmaz olacaq. 🌿🐵

Əlavə sualın varsa, şərhlərdə yaz.  @atba_az 

#Ubud #MonkeyForest #Bali #Indonesia #BaliTravel taken in Ubud, Bali, Indonesia by @fromtural
21
3 months ago
Download
Baliyə niyə getməlisən? 🌴🇮🇩

🌿 Ən önəmlisi – möhtəşəm təbiəti. Bali hər küncündə fərqli bir gözəllik təqdim edir.

🌊 Okean hər çimərlikdə üzmək üçün əlverişli deyil. Dənizdən rahat həzz almaq üçün yaxın adalara getməyi tövsiyə edərdim.

🚖 Taksilər çox əlçatandır və münasib qiymətlidir. Üstəlik, Grab tətbiqi ilə 24 saat taksi, yemək və market sifarişi vermək çox rahatdır.

🍜 Restoranlar, marketlər və xüsusilə tropik meyvələr olduqca münasib qiymətədir.

🛕 Məbədlərə giriş biletləri də kifayət qədər ucuzdur.

💵 Vacib məsləhət: Balidə mütləq üzərində nəğd pul saxla. Çünki məbədlərdə və bir çox yerli məkanlarda ödənişlərin böyük hissəsi yalnız nəğd qəbul edilir.

🎉 Həm gündüz, həm də gecə üçün çoxlu əyləncə və istirahət məkanları var.

☀️ İstər sakit və dinc, istərsə də aktiv macəra dolu bir tətil planlaşdırırsansa, Bali bunun üçün ideal seçimdir.

Balilə bağlı sualın varsa və ya əlavə etmək istədiyin hər hansı məlumat varsa, şərhlərdə yaza bilərsən. 🇮🇩🌴✈️ @atba_az 

#Bali #Indonesia #VisitBali #Travel #TravelBlogger taken in Bali, Indonesia by @fromtural
11
3 months ago
Download
Vyetnamda bazarlara gedəndə qiymətlər sizə ilk anda baha görünə bilər. Amma narahat olmayın — çox vaxt bu, turistlər üçün deyilən başlanğıc qiymətdir. Bir az gülümsəyib yaxşı bazarlıq etsəniz, qiyməti hətta 80%-ə qədər endirmək mümkündür. 😉

#Vietnam #TravelTips #Bazarliq #TravelGuide #AsiaTravel  @atba_az by @fromtural
24
4 months ago
Download
A State of Trance dünyanın ən məşhur trance festivallarından biridir. Bu il Ho Chi Minh City şəhərində keçirilən festival 15 mindən çox insanı bir araya gətirdi.

Armin van Buuren-in möhtəşəm performansı, yağış, musiqi və işıqlar unudulmaz atmosfer yaratdı. 🎶✨

#AStateOfTrance #ASOT #ArminVanBuuren #Vietnam #TranceMusic @atba_az by @fromtural
26
4 months ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up