Instagram story viewer> @hamamtimestv> Posts
393.8K
followers
9
following
Satirik xəbər kanalı
🛁 Təmiz qalın!
Teleqramda izləyin 🔻 Patreonda dəstək olun
POSTS STORIES REELS TAGGED
Download All
💕 Siz də çıxa bilərsiniz dedi, Azərbaycan çıxmadı

🇮🇱 İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı bəzi ölkələrin etirazı ilə qarşılaşıb.

🚫 Netanyahu çıxışına başlayarkən 77 ölkənin nümayəndə heyəti zalı tərk edib.

🤬 Netanyahu zalı tərk edənləri “mənəvi qorxaqlar” adlandırıb və qalanlara “siz də gedə bilərsiniz” deyib.

🇦🇿🇦🇪 Müsəlman ölkələrdən təkcə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri zalı tərk etməyiblər.

🇹🇷 Netanyahu çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tiran adlandırıb və Türkiyəni HƏMAS-a dəstək verməkdə ittiham edib.

Sizcə, Azərbaycan qalmaqla doğru edib, yoxsa zalı tərk edən 77 ölkə? by @hamamtimestv
6k
3 days ago
Download
🇦🇿 Azərbaycanda bank kartları ilə bağlı yeni qadağa gəlir

✍️ Bununla bağlı hökumətyönlü mediada xəbərlər paylaşılır.

💳 Məlumata görə, bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır.

🤑 Bəzi banklar artıq bu məhdudiyyəti tətbiq etməyə başlayıb, bəziləri isə oktyabrın 1-dən başlayacaq.

🚫 Məsələn, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra eyni valyutada ikinci kartı sifariş edə bilməyəcək.

Sizcə, bu qərar nə dərəcədə doğrudur? by @hamamtimestv
393
4 days ago
Download
11 il həbsdə qalan hicab məhbusu yenidən saxlanılıb

Bu dəfə də səbəb olaraq məktəblərdə hicab qadağasına etiraz etməsi göstərilir.

Məlumata görə, ruhani Abgül Süleymanov dünən axşam saatlarında evinin qarşısında saxlanılıb.

Onun hansı qurum tərəfindən saxlanılması və hazırda harada olması ilə bağlı məlumat verilməyib.

Bildirilir ki, Süleymanov son günlərdə yenidən təsdiqlənən hicab qadağasına qarşı çıxış etdiyi üçün saxlanılıb.

Abgül Süleymanov 2011-ci ildə Təhsil Nazirliyi qarşısında hicab qadağasına qarşı keçirilən etirazlardan sonra MTN tərəfindən saxlanılmışdı. O, 11 il həbsə məhkum edilmiş, 2022-ci ildə həbs müddətini başa vuraraq azadlığa çıxmışdı.

Qeyd edək ki, son günlərdə yayılan məlumatlara əsasən, Təhsil Nazirliyi məktəblərdə hicab qadağasını bir daha təsdiqləyib.

Azərbaycanda orta məktəblərdə hicab qadağası 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunla irəli sürülmüş, rəsmi səviyyədə kütləvi qadağa isə 2010-cu ildən etibarən Təhsil Nazirliyinin geyim təlimatları ilə qüvvəyə minmişdi.

Buna etiraz olaraq Təhsil Nazirliyi qarşısında aksiyalar keçirilmiş, hicab qadağasına qarşı şüarlar səsləndirilmişdi. Lakin etirazçıların tələbləri dinlənilməmiş, etiraz edənlərin bir çoxu isə həbs edilmişdi. by @hamamtimestv
726
5 days ago
Download
🇦🇿 ⛽️ 🇮🇹 Azərbaycan İtaliyada benzini ucuzlaşdırıb

🙏 İtaliyanın Baş naziri Corcia Meloni bu addıma görə Prezident İlham Əliyevə və SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkür edib.

🇮🇹 Meloni bu qərarın italyan ailələrinin yanacaq xərclərinin azalmasına töhfə verəcəyini vurğulayıb və bunu italyan ailələrinə diqqətin mühüm siqnalı adlandırıb.

🚘 Azərbaycanın dövlət neft şirkəti “İtaliana Petroli” şirkətinin 99,82 faiz səhminə sahibdir. Şirkətin İtaliyada iki neft emalı zavodu, logistika infrastrukturu və 4500-dən çox satış nöqtəsi var. by @hamamtimestv
14
an hour ago
Download
🔥 SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək

🇦🇿 İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR ilə İtaliya Futbol Federasiyası arasında müqavilə imzalanıb.

🇮🇹 Azərbaycanın neft şirkəti 1 yanvar 2027-ci il tarixindən etibarən 4 il müddətinə İtaliyanın milli futbol komandalarının “Baş Qlobal Enerji Sponsoru” olacaq.

🤝 Uğurlu olacağı təqdirdə, tərəfdaşlıq 2032-ci ilədək əlavə 2 il uzadılacaq.

😵 Sponsorluq müqaviləsinin maliyyə şərtləri və konkret məbləği ictimaiyyətə açıqlanmayıb. taken in Italy by @hamamtimestv
36
4 hours ago
Download
⚽ 17 yaşlılar 16 qol buraxdı

🇦🇿 17 yaşadək qadınlardan ibarət Azərbaycanın futbol millisi Avropa Çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

🇮🇪 Albaniyada keçirilən qarşılaşmada Azərbaycan İrlandiya millisinə 16:0 hesabı ilə məğlub olub.

🏆 U-17 millisi növbəti matçlarını oktyabrın 1-də Kosova, oktyabrın 4-də isə Albaniya yığmasına qarşı keçirəcək. by @hamamtimestv
39
6 hours ago
Download
🎭 Deniz Göktaş azadlığa buraxıldı.

🇹🇷 Bu barədə Türkiyə mediası məlumat yayıb.

🚔 “Ölü Dəniz” adlı stendap şousu ilə ölkə gündəmində səs-küy yaradan məşhur türkiyəli komediya ustası Dəniz Göktaş 88 gün həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.

👮‍♀️ Göktaş “Youtube”da yayımladığı “Ölü Dəniz” adlı tamaşaya görə “dini dəyərləri təhqir etmə” və “Prezidenti təhqir etmə” maddələri ilə ittiham olunurdu.

✈️ Deniz Göktaş 2 iyulda xarici ölkədən qayıdarkən hava limanında saxlanılmış və barəsində həbs-qətimkan tədbiri seçilmişdi. by @hamamtimestv
14
8 hours ago
Download
🖤 Əvəz Zeynallı vəfat edib

🇦🇿 Tanınmış jurnalist, “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı vəfat edib.

✍️ Bu barədə onun yaxınları məlumat yayıb.

🚔 O, 2022-ci il sentyabrın 9-da həbs edilib. 2024-cü il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilib.

🚑 Həbsdə olduğu müddətdə ona xərçəng diaqnozu qoyulub. Həkimlər müalicəsinin həbsxana şəraitində mümkün olmadığını bildiriblər.

⚖️ Əvəz Zeynallı 25 aprel 2025-ci ildə səhhəti ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılıb. by @hamamtimestv
313
10 hours ago
Download
🇹🇷 🗣️ 🇦🇿 Türkiyə etiraz edir!

🇮🇱 İsrailin baş naziri Benyamin Netanyahunun BMT-də çıxışı zamanı 77 ölkənin nümayəndəsi zalı tərk edib.

🤔 Azərbaycan nümayəndəsi isə zalda qalmağı seçib və bu hadisə etirazlara səbəb olub.

🇹🇷 Sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycanın qərarı sərt tənqid edilir.

 🇺🇳 Bəs sizin Azərbaycan nümayəndəsinin zalı tərk etməməsinə münasibətiniz necədir? by @hamamtimestv
3k
3 days ago
Download
🇦🇿 ✈️ 🇮🇷 Azərbaycan İrana uçuşları dayandırdı, Türkiyə və Ermənistan davam etdirir 
 
❌ Azərbaycan ABŞ-ın İranın aviasiya sektoruna tətbiq etdiyi yeni sanksiyalar səbəbindən İran aviaşirkətlərinin ölkəyə uçuşlarını 22 sentyabr 2026-cı ildən dayandırıb. 

☎️ AZAL və Dövlət Mülki Aviasiya Agentliyi bu qərarın ABŞ sanksiyaları ilə bağlı olduğunu bildirib. Sərnişinlərə biletlərini aldıqları şirkətlərə müraciət etmək məsləhət görülür. 

🇹🇷 Türkiyə və Ermənistan isə İran aviaşirkətlərinin uçuşlarını davam etdirir. İranın İmam Xomeyni hava limanının rəhbərliyi bildirib ki, Çin, Rusiya, Ermənistan və Türkiyə istiqamətində reyslər (bəzi məhdudiyyətlərlə) hələ də həyata keçirilir.

🇬🇪 Gürcüstan, BƏƏ, İraq və Oman da İran aviaşirkətlərinin uçuşlarını dayandırıb. taken in Baku, Azerbaijan by @hamamtimestv
1k
3 days ago
Download
Priqojinin biznesi İlham Rəhimova verildi

Rusiyada elan olunan 39 tenderin hamısını azərbaycanlı iş adamı İlham Rəhimovla əlaqəli şirkətlər qazanıb.

Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı olan biznesmen 2 il ərzində Moskvadakı məktəblərə yemək xidməti göstərəcək.

Əvvəllər bu işi “Vaqner” silahlı dəstəsinin qurucusu Yevgeni Priqojin həyata keçirirdi. by @hamamtimestv
218
3 days ago
Download
🌊 Böyükşor gölü niyə bu rəngdədir?

📹 Sosial şəbəkədə yayılan videoda sakin Böyükşor gölünün rəngindən və sahildə yığılan zibildən şikayət edir. O, suyun vəziyyətini boya tullantıları ilə əlaqələndirir.

🦠 Dövlət Su Ehtiyatları Agentliyi avqustda göldən götürülən nümunələrdə göy-yaşıl yosunların - sianobakteriyaların həddindən artıq çoxaldığını bildirmişdi. Qurum bunu temperaturun yüksəlməsi, suda azot və fosforun artması ilə izah edib.

🚰 Agentlik fevralda isə ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması səbəbindən məişət və istehsalat tullantı sularının bir hissəsinin gölə axıdıldığını açıqlamışdı. Bununla bağlı 30 fakt üzrə inzibati protokol tərtib edildiyi bildirilirdi.

🏭 “Sobsan”ın adı da daha əvvəl - 2020-ci ildə fabrikin yanğını zamanı çəkilmişdi. Dövlət qurumları kimyəvi maddələrlə qarışmış söndürmə suyunun gölə axdığını bildirmiş, şirkət isə bunu təkzib etmişdi.

❓ Böyükşor gölünə məişət və istehsalat tullantılarının axıdılması nə vaxt dayandırılacaq? by @hamamtimestv
19
3 days ago
Download
×

Download all media on this page

Photos Videos
back to up