Instagram story viewer> @monartifact> Posts
31K
followers
0
following
Film dəlisisənsə, doğru yerdəsən. 🎬🍿
POSTS STORIES REELS TAGGED
Çarlz Terona Oskar qazandıran performans.

Film, Eylin Vournos adlı silsilə qatilin həyatı, törətdiyi cinayətlər və onu bu cinayətlərə sövq edən motivasiyası haqqındadır. S*ks işçisi olaraq həyatını qazanan Eylin, bilinən 7 cinayət törətmiş və bu cinayətlərə görə özünü günahkar görməmişdir. Belə ki o, öldürdüyü şəxslərin ona t*cavüz etdiyini deyərək özünü müdafiyə edir. Buna baxmayaraq məhkəmə tərəfindən günahkar hesab edilmiş və həbsindən 11 il sonra edam edilmişdir.

Film/Monster

Janr/Gerçək Cinayət, Bioqrafiya, Dram

IMDB/7.3

Metascore/74

Musiqi/Lustmord/Black Star

#monster #charlizetheron #aileenwournos #lustmord #blackstar #film #serial #sənədlifilm #cinayət #kriminal #dram #bioqrafiya #tərcümə #azərbaycan #monartifact by @monartifact
535
a year ago
Download
Yeni filmlər üçün səhifəni izləyin. ❤️

Bir gün Jamie və həyat yoldaşının evinə sirli bir qutu gəlir. Qutunu açdıqdan sonra qutunun içərisində bir oyuncaq kukla olduğunu görürlər. Jamie, yemək üçün bir şeylər almaq məqsədilə evi tərk edir. Evə qayıtdıqdan sonra isə həyat yoldaşının sirli şəkildə öldüyünü görür. Bu sirli ölümün ardınca Jamie, kukla ilə birlikdə qutunun göndərildiyi ünvana yəni atasının yaşadığı qəsəbəyə gedir. Hadisənin kim tərəfindən və necə törədildiyini aşkarlamaq üçün qəsəbəyə qayıdan Jamie, burada əvvəllər Mary Shaw adlı qadının yaşadığını və bu kuklanın onun 99 kuklasından sadəcə biri olduğunu öyrənir.

Film/Dead Silence

Janr/Sirr, Qorxu, Triller

IMDB/6.1

Metascore/34

J.Cole ft.Amber Coffman, Cults/She Knows

#film #deadsilence #ölümsessizliği #qorxu #mistika #sirr #musiqi #mahnı #kino #filmler #filmlər #movies #horror #scary #tərcümə #saw #jigsaw #testere #ölüm #korku #azərbaycan #azerbaijan #azerbaycan by @monartifact
95
2 years ago
Download
Film gerçək hadisələrə əsasən lentə alınıb. Beləki bir gün, Los-Angelesdə telefon operatoru olaraq işləyən Christine Collins, evə gələrkən oğlunun evdə olmadığını görür. Övladı ilə tək yaşayan qadın, oğlunun evdə olmamasının normal olmadığını və itkin düşdüyünü polisə xəbər verir. 24 saat sonra axtarışları başladan polislər, onun oğlunu tapa bilmirlər. Lakin aylar sonra, ümidlərin tükəndiyi bir vaxtda polisdən şad xəbər gəlir. Ancaq Christine, qovuşduğu uşağın öz övladı olmadığını, bunun başqa uşaq olduğunu iddia edir. Polislər isə öz növbəsində hadisədən aylar keçdiyini və belə düşünməsinin normal olmasını, çünki uşağın bu aylar ərzində böyüyərək, dəyişdiyini deyir. Ancaq bu açıqlama ilə qane olmayan Christine, polis departamentinə baş qaldırır.

Film/Changeling

Janr/Bioqrafiya, Cinayət, Dram

IMDB/7.7

Metascore/63

Musiqi/J.Cole/She Knows

#film #filmler #filmlər #kino #kinolar #serial #seriallar #musiqi #mahnı #mahni #mahnılar #azərbaycan #monartifact #bioqrafiya #cinayət #kriminal #dram #tərcümə by @monartifact
131
2 years ago
Download
Məlumat üçün rəyi oxuyun!

Film, 1980-ci illərdə yaranmış dünyaca məşhur qrupun hekayəsindən bəhs edir.

Film/Straight Outta Compton (2015)

Janr/Bioqrafiya, Tarix, Dram

IMDB/7.8

Metascore/72

Musiqi/Mobb Deep/Shook Ones Pt.2

#straightouttacompton #icecube by @monartifact
10
2 days ago
Download
İzləməyi qətiyyətlə tövsiyə edirəm! 

Film dünyanın ilk uğurlu smartfonlarından birinə çevrilən "BlackBerry" telefonlarının yaradılması tarixini, şirkətin yüksəlişini və mobil telefon bazarından necə silindiyini göstərir. Mayk Lazaridis və Cim Balsilli rəhbərliyindəki şirkət qısa müddətdə böyük uğur qazanır. Lakin şirkət böyüdükcə daxili mübarizələr, yanlış qərarlar və rəqabətin artması onun zəifləməsinə səbəb olur. "iPhone"un ortaya çıxması isə "BlackBerry"nin bazardakı üstünlüyünü ciddi şəkildə sarsıdır və bir müddət sonra şirkəti telefon bazarından tamamilə silir.

Film/BlackBerry (2023)

Janr/Sənədli Dram, Komediya, Tarix

IMDB/7.3

Metascore/78

Musiqi/KREZUS/Skins

#blackberry #krezus #apple #iphone by @monartifact
2
a month ago
Download
Filmi çox bəyəndim. İzləməyi tövsiyə edirəm!

Kapitalist sistemə qarşı çıxan 2 gənc Yan və Piter, bir sıra aksiyalarda iştirak edir, varlıların evlərinə girərək əşyaların yerlərini dəyişdirir və ya zərər verirlər. Bir gün Piter ölkəni tərk edir və sevgilisi Yule, Yan ilə qalır. Yan, bir gün Yulenin diqqətsizlik səbəbi ilə varlı birinin maşınını vurduğunu və ona 100 min borcu olduğunu öyrənir. Beləliklə onlar, həmin adamın evinə girərək əşyaların yerini dəyişdirir və onlara zərər vururlar. Evi tərk etdiklərinin səhəri Yule həmin evdə telefonunu unutduğunu anlayır və həmin evə yenidən girməyə məcbur qalırlar. Məhz bundan çıxılmaz bir vəziyyətin içinə düşürlər.

Film/Die Fetten Jahre Sind Vorbei (2004)

Janr/Siyasi, Dram, Romantik

IMDB/7.4

Metascore/68

Musiqi/Slick Killa/Ur Final Message

#diefettenjahresindvorbei #theedukators #urfinalmessage by @monartifact
10
a month ago
Download
Film, Koreya müharibəsi zamanı Türkiyənin, Cənubi Koreyaya hərbi dəstək göndərməsi ilə başlayır. Bu dəstəkdə xidmət göstərəcək 2 dost, Süleyman və Əli, ordu sıralarında müharibəyə yollanır. Bir gün Süleyman, meşədə ailəsi q*tlə yetirilmiş balaca bir qız tapır. Zaman keçdikcə qıza öyrəşən Süleyman, qızı buraxmaq istəmir. Eyni zamanda qız da Süleymanı ata olaraq görür. Lakin bir müddət sonra onu yanında saxlaya bilməyəcəyini başa düşən Süleyman, indi həmin qızı özü ilə Türkiyəyə aparmalıdır.

Film/Ayla (2017)

Janr/Tarix, Bioqrafiya, Dram

IMDB/8.2

Musiqi/No.1 ft.Melek Mosso/Yarım Kalan Sigara

#ayla #no1 #melekmosso by @monartifact
5
a month ago
Download
Filmi çox bəyəndim! Maraqlı məlumat üçün rəyə baxın!

Film iki gənc seneqallı əmioğlunun Seydu və Musanın Avropaya çatmaq ümidi ilə çıxdıqları təhlükəli və dramatik səyahətdən bəhs edir. Kasıb məhəllədə böyüyən iki gənc, bir gün bir miqdar pul yığdıqdan sonra evdən gizlincə arzularının arxası ilə yola çıxırlar. Lakin onların səyahəti, yalnız coğrafi bir səyahətə deyil, həm də insan qəddarlığına qarşı sağ qalma mübarizəsinə çevrilir.

Film/Lo Capitano (2023)

Janr/Macəra, Dram, Tragediya

IMDB/7.6

Metascore/79

Musiqi/Ludovico Einaudi/Experience

#thecaptain #locapitano #ludovicoeinaudi #expérience by @monartifact
13
a month ago
Download
Əlavə məlumat üçün rəyi oxuyun!

Noah Qordonun eyniadlı bestseller romanı əsasında çəkilmiş tarixi-macəra filmində hadisələr anasını müalicəsi olmayan xəstəlikdən itirən Rob Kolun ətrafında cərəyan edir. Bu hadisədən sonra Rob, müasir təbabəti öyrənməyə qərar verir və xristianların buraxılmadığı İsfahana özünü yəhudi kimi təqdim edərək gedir və böyük alim İbn Sinanın şagirdi olur.

Film/The Physician (2013)

Janr/Macəra, Dram, Tarix

IMDB/7.2

Musiqi/NERVE/Voidblood

#thephysician #tarix by @monartifact
97
a month ago
Download
Maraqlı məlumat üçün rəyi oxuyun!

Film Georgi Demidovun eyniadlı avtobioqrafik povesti əsasında çəkilib və bir prokurorun, "XDİK"in qanunsuz həbs etdiyinə inandığı şəxsi azadlığa çıxarmaq və "XDİK" qanunsuzluqlarını ifşa etmək mübarizəsindən bəhs edir.

Film/Two Prosecutors (2025)

Janr/Bioqrafiya, Sirr, Dram

IMDB/7.1

Metascore/85

Musiqi/My Head Is Empty/I Was Only Temporary

#twoprosecutors #iwasonlytemporary by @monartifact
20
a month ago
Download
Məlumat üçün rəyi oxuyun!

Film Əlcəzair "Milli Azadlıq Cəbhəsinin" (FLN) Fransız müstəmləkə hakimiyyətinə qarşı mübarizəsinin 1956–1957-ci illərdə Əlcəzair şəhərindəki mərhələsindən bəhs edir.

Film/The Battle Of Algiers (1966)

Janr/Siyasi, Müharibə, Dram

IMDB/8.1

Metascore/96

Musiqi/Mos Def ft.Slick Rick/Auditorium

#thebattleofalgiers #auditorium #mosdef by @monartifact
19
a month ago
Download
Film məşhur iranlı aktrisa Behnaz Cəfərinin internetdə yayılan bir videodan sonra narahat olması ilə başlayır. Videoda gənc bir qız Marziyə aktrisa olmaq istəyir, lakin ailəsi onun sənət təhsilinə qarşı çıxır. Qız videoda *ntihar etdiyini göstərir və kömək istəyir. Behnaz Cəfəri rejissor Cəfər Pəhnami ilə birlikdə qızın yaşadığı kəndi tapmaq üçün İranın türklərin yaşadığı bölgəyə gedir. Onlar kənddə qızın həqiqətən *ntihar edib-etmədiyini və başına nə gəldiyini araşdırırlar.

Film/3 Faces (2018)

Janr/Dram

IMDB/7.0

Metascore/78

Musiqi/Kənan Bayramlı/Bayatı-Şiraz

#3faces #bayatışiraz #iran #azerbaijan by @monartifact
14
a month ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up