Instagram story viewer> @muradasado> Posts
1.6K
followers
870
following
20 ildir dizayn edirəm, 2019-dan öyrədirəm
Korporativ treninq + onlayn təlim
👉 @marka.education
Ətraflı linkdə ⬇️
POSTS STORIES REELS TAGGED
Download All
İnternetdə qarşına çıxan, beyin yandıran brendinq işlərini görüb "bu ideya haradan çıxıb, görəsən necə gəliblər bura?" deyə düşünürsən? 
Sualın cavabı əslində sadədir: O yaddaqalan işlərin arxasında çox vaxt uğurlu tapılmış metafora və onun vahid stildə istifadəsi dayanır. Niyə məhz bu şrift, bu rəng və ya bu xüsusi foto? Çünki hər birinin arxasında konseptual bir fikir var.
20 illik təcrübəyə malik qrafik dizayner və art-direktor Murad Əsədov 14 sentyabrda başlayacaq 2 aylıq onlayn “Loqotip və brend dizaynı” təlimimizdə məhz ideyanı konseptə çevirməyin yollarını göstərir! 🎓
Mənimlə dərslərdə nələr edəcəyik?
* Loqotip və korporativ kimlik dizaynında vizual metaforalardan düzgün istifadə etməyi öyrənəcəyik;
* Seçdiyimiz metaforanı forma, kompozisiya və rənglə vahid vizual dilə çevirməyi mənimsəyəcəyik;
* Dizaynlarımıza sadəcə güzəllik yox, dərin məna və peşəkarlıq qatacağıq.
İşlərində fərq yaratmaq və portfoliona sanballı brendinq keysləri əlavə etmək istəyirsənsə, vaxt azdır — qeydiyyatı 11 sentyabrda bağlayırıq. 🚀
Təlimin proqramı və ödəniş şərtləri haqqında danışmaq üçün rəylərdə "brend" yazmağın kifayətdir. Bütün detalları dərhal DM-ə göndərək, söhbətə oradan davam edək! by @muradasado
13
2 months ago
Download
Marka Education-da yeni və fərqli bir layihəyə start veririk: Loqotip və brend dizaynı təlimi!
İki ay ərzində böyük bir brendinq layihəsi yığacağıq. Brend strategiyası ilə işləmək, arxetipləri təyin etmək, loqo dizaynı prinsiplərindən tutmuş vizual kimlik və brendbuk yığılmasına qədər real bazarın tələblərinə uyğun, bol nəzəriyyəli, bol praktikalı  intensiv dərslər keçəcəyik. Ən əsası isə, bu yolda Sizə loqotip və brendinq sahəsində illərin təcrübəsinə malik üç fərqli müəllim mentorluq edəcək! 🎓
📅 Başlama tarixi: 14 Sentyabr
⏳ Müddət: 2 ay (Onlayn formatda, həftədə 2 dəfə)
Dizayn karyeranızda yeni və peşəkar bir səhifə açmaq, portfolionuzu maraqlı və iddialı layihələrlə gücləndirmək üçün yerinizi bron edin.
Ödəniş şərtləri, qeydiyyat detalları və sizi maraqlandıran digər suallar üçün şərhlərdə "brend" yazmağınız kifayətdir. Bütün məlumatları dərhal mesaj qutunuza (DM) göndərəcəyik

Tıxac yoxdur, Bakıya gəlmək məcburiyyəti yoxdur. Evdə divanda və ya kafedə əyləşib real layihələr üzərində praktika ilə inkişaf edirik. Sonda CV və portfoliona tamam fərqli gözlə baxacaqsan.

Sənə dərsi bu sahədə böyük agentlik təcrübəsi olan 3 mentor keçəcək. Hər səhvinə, hər xırda detalına birgə baxacağıq.

Brend platformasından başlayıb arxetipləri tapırıq, sonra loqo konstruksiyasını qurub brendbuka çeviririk. Quru nəzəriyyəni yox, dizayner kimi düşünməyi öyrənəcəksən.

Tələsin, qruplarda yerlər məhduddur! 14 sentyabrda dərslərə başlayırıq. Detalları qaçırmamaq üçün rəyə 'brend' yaz, mesaj qutuna gələk. 👇" by @muradasado
105
2 months ago
Download
Azərbaycan xalça ornamentindən lakonik simvol dizaynı.
Ənənəvi ornament elementlərini  daha sadə və müasir bir işarəyə çevirmək
Loqonun forması Azərbaycan xalçalarında rast gəlinən həndəsi elementlərdən götürülüb. Azərbaycan mədəniyyətini əks etdirən səhnələrdə canlandırılıb.
A Laconic symbol inspired by zzerbaijani carpet ornaments
Transforming traditional ornamental elements into a simpler, more contemporary symbol.
The logo is inspired by geometric elements found in Azerbaijani carpets and brought to life in scenes reflecting Azerbaijani culture.

#logodesign #brandidentity #graphicdesign #azerbaijancarpet #baku by @muradasado
22
5 days ago
Download
Gözəl görünən hər reklam posteri işləyir deməkdir?😉

Dizaynda məsələ yalnız elementləri bir araya gətirmək deyil. İzləyicinin ilk nəyi görəcəyindən, diqqətinin vizualda necə hərəkət edəcəyinə qədər hər detalın bir səbəbi var.

Yaxşı dizayn təsadüfi deyil, doğru qərarların nəticəsidir.

Sən də qərarını elə bu gün ver, dizayn dərslərinə qoşul 🔥 taken in Azerbaijan by @muradasado
37
12 days ago
Download
Finally jumped on the grid trend, but made it all about Baku, Flame Towers 🇦🇿
Honestly, Baku is ridiculously photogenic. The Flame Towers architecture at golden hour is just insane in person. Slapping a grid on these really made me appreciate the composition all over again.
Crazy how adding simple composition lines changes the whole vibe of a photo. If Baku isn't on your travel radar yet, it should be!
Photo credit: @lyokin_com 
#gridtrend #baku #azerbaijan #flametowers #travelreels by @muradasado
20
a month ago
Download
Bəzi dünya brendlərinin köhnə loqoları məktəb vaxtı elədə gözə girmir, sonradan gözəlləşən sinif yoldaşlarımıza oxşayır 😅
Nike-ın 1971-ci ildə cəmi 35 dollara çəkilən ilk "Swoosh" simvolu, Apple-ın Nyuton illüstrasiyası və ya Starbucks-ın ilk çılpaq su pərisi... İlk baxışdan heç biri bugünkü kimi mükəmməl görünmürdü.
Amma bu nümunələr bir şeyi tam aydın görsədir: Yaxşı loqo və ya brendinq sadəcə ilk gündən "qəşəng" görünən bir şəkil deyil. Onu ikonaya çevirən şey arxasına qoyulan güclü vizual ideya və zamana dözümlülüyüdür.
Yəni qrafik dizayn edəndə rəngi və şrifti təsadüfən seçmirsən, ideyanın özülünü düzgün qoyursan. by @muradasado
36
2 months ago
Download
"Loqotip və brend dizaynı" mövzusunda  qrafik dizaynerlər və bu sahəyə marağı olanlar üçün ödənişsiz onlayn webinar keçiririk!
Webinarda nə öyrənəcəksiniz?
• Brend strateqiyası və arxetipləri təyin etməyi
• Dizaynda vizual metafora və konseptual ideyanı
• Peşəkar loqo yaradılmasının əsas mərhələlərini

️ Təlimçilər: Rizvan Bağırlı, Fərid Rzazadə və Murad Əsədov
🗓 Tarix: 2 sentyabr
⏰ Saat: 19:00
📍 Format: Online (Ödənişsiz)
Canlı yayıma qoşulmaq və keçid linkini almaq üçün rəylərdə "brend" yaz, məlumatları dərhal DM-ə göndərək! by @muradasado
137
2 months ago
Download
Qrafik dizayn dərslərimiz davam edir. Möhtəşəm qruplarımız tədrisi bitirir, 4 ay müddətində biliklərini tamam fərqli mövqelərə çatdırırlar. Pozitiv, mehriban, səmimi və bol elmli dərslərimizə qoşulmaq istəyənləri düşündürən suallara cavab kimi bu postu hazırladıq. Növbəti Professional qrafik dizayn kursumuz 21 sentyabrda start verir. Qoşulun, birgə öyrənək, inkişaf edək. Suallarınız varsa, şərhə yazın, məmnuniyyətlə cavab verək. #qrafikdizayndərsləri #qrafikdizayner #qrafikdizaynkursu by @muradasado
47
2 months ago
Download
Qrafik dizayner yaddaşın  silinməsini  necə göstərə bilər?
Niderlandın məşhur Studio Dumbar studiyası Alzheimer cəmiyyəti üçün hazırladığı rebrendinq layihəsində sadəcə estetik bir loqo çəkmədi — xəstəliyin mahiyyətini vizual metaforaya çevirdi.
Yazılar və qrafik formalar gözümüzün önündə tədricən silinir, itir və yenidən bərpa olunur. Bu yanaşma təkcə loqotipdə yox, poster, sosial media və bütün brendinq sistemində eyni prinsiplə işləyir.
Çünki həqiqətən təsir edici dizayn belə yaranır: Şrifti və rəngi təsadüfən seçmirsən, ideyanın arxasına dərin bir vizual metafora qoyursan.
Sən də dizaynlarına sadəcə "gözəllik" yox, belə konseptual dərinlik qatmaq və peşəkar brend kimlikləri qurmaq istəyirsənsə, 14 sentyabrda başlayacaq 2 aylıq onlayn Loqotip və brend dizaynı təlimimizə qoşul! (Qeydiyyat 11 sentyabrda bağlanır). 🚀
Təlimin proqramı, ödəniş şərtləri və qeydiyyat detalları üçün rəylərdə "BREND" yaz, bütün məlumatları dərhal DM-ə göndərim✌️ by @muradasado
40
2 months ago
Download
Böyük brendlərin dəyişməsi həmişə maraq doğurur. Qrafik dizayner olaraq bu prosesdən dərslər alırıq. İnstaqramın rebranding-ini analiz edən postum qulluğunuzda. Həm dizayndakı yenilikləri, həm də bu dəyişikliyin arxasında duran məntiqi müzakirə işıqlandırdım. Bəzi hörmətli dizaynerlər bəyənməyiblər yeni loqonu, sizcə necə alınıb? by @muradasado
15
2 months ago
Download
Düzgün şrift seçimi təkcə "gözəl görünmək və zövq" məsələsi deyil. İllüstrasiyadakı və qrafik elementdə xətlərin qalınlığı, kənarların itiliyi və ya yumşaqlığı, hətta neqativ boşluqlar belə şriftin xarakteri ilə eyni dili danışmalıdır. Bu postda bir kirpinin illüstrasiyasının fərqli xətt anatomiyalarına uyğun olaraq şriftlərin necə dəyişdiyini praktiki nümunələrlə görə bilərsiniz! ➡️
Məşhur PT Sans, Circe, Golos şriftlərinin və tipoqrafika dünyasının əsas kitablarından olan “Canlı tipoqrafika" kitabının müəllifi Aleksandra Korolkova bu seçimi etmək üçün çox sadə və anlaşılan prinsip təklif edir: Şriftlə illüstrasiyanın plastikasının və anatomiyasının uyğunluğu.

Müasir qrafik dizayn dərslərimizdə biz tələbələrimizə sadəcə proqramları öyrətmirik, məhz bu cür incə dizayn gözünü və vizual duyğunu formalaşdırırıq.
Sıfırdan başlamaq, tipoqrafikanın sirlərini mənimsəmək və dizayn kursu proqramlarımız haqqında ətraflı bilgi almaq üçün rəydə "DİZAYN" yazmağınız kifayətdir. Detalları dərhal mesaj qutunuza göndərəcəyik! 📩
#tipoqrafika #qrafikdizayn #şriftseçimi #aleksandrakorolkova #dizaynkursu markaeducation designbaku fontpairing grafikdizayn dizaynəsasları by @muradasado
17
2 months ago
Download
Sizinlə loqo və brendinq layihələrində peşəkar qrafik dizaynerlərin faydalandığı 6 resursu paylaşıram. Loqo dizaynına başlamazdan əvvəl hamımız araşdırma aparırq, ilham mənbəyi axtarırıq. Düzgün seçilmiş ilham mənbələri yalnız ideya vermir, həm də vizual zövqü formalaşdırır. 
Müasir brendinq tendensiyalarını, rebrendinq analizlərini və peşəkar dizayn keyslərini izləyə biləcəyiniz 6 platformanı bir araya gətirdim:
* World Brand Design Society — Beynəlxalq brendinq və qablaşdırma layihələri
* Brand Archive — 1950-ci illərdən bu günədək brend aktivləri və bələdçiləri
* Identity Designed — Dünyanın müxtəlif yerlərindən seçilmiş vizual kimlik keysləri
* Rebrand Gallery — Yenilənən brend sistemləri və rebrendinq videoları
* The Brand Identity — Müasir dizayn keysləri, şriftlər və peşəkar müsahibələr
* Brand New (UnderConsideration) — Məşhur loqo və rebrendinqlərin "köhnə vs yeni" müqayisəli analizləri
Sizin tez-tez istifadə etdiyiniz analoji platformalar hansılardır? Şərhlərdə bölüşün.
Postu saxlayın (Save) ki, növbəti layihənizdə ilham axtararkən əlinizin altında olsun. by @muradasado
12
2 months ago
Download
×

Download all media on this page

Photos Videos
back to up