Instagram story viewer> @meydantv> Post
16 hours ago
Bakıda ictimai fəal İlkin Hüseynovdan bir neçə saatdır xəbər almaq mümkün deyil.

Bu barədə ictimai fəal Cavid Ağa məlumat yayıb. Onun sözlərinə görə, oktyabrın 14-də saat 16:00 radələrində İzzət Nəbiyev küçəsində yaşayan İlkin Hüseynovun evinə naməlum şəxslər gəlib.

Hüseynov həmin şəxslərlə birlikdə evdən çıxıb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb, telefonu isə sönülü olub.

O, İlkin Hüseynovun saxlanılmış ola biləcəyini ehtimal edir.

Cavid Ağanın sözlərinə görə, fəal son günlər məktəblərdə hicabla bağlı yaranmış mübahisələrdən sonra yaradılan “Leylini qoy məktəbə getsin” təşəbbüsü ilə əlaqəlidir.

Təşəbbüs hicab səbəbindən məktəbə buraxılmayan və təhsildən kənarda qalmaq təhlükəsi ilə üzləşən şagirdlərə müəllimlərin dərs keçməsinə şərait yaratmaq məqsədi daşıyır.

Platforma sosial şəbəkələrdə “qoy_mektebe_getsin” adı ilə fəaliyyət göstərir.

Cavid Ağa İlkin Hüseynovun məhz bu təşəbbüslə əlaqədar saxlanılmış ola biləcəyini düşünür.

Hələlik İlkin Hüseynovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb-saxlanılmadığı rəsmi şəkildə təsdiqlənməyib. Onun harada olduğu və evinə gələn şəxslərin kimliyi barədə də rəsmi məlumat yoxdur.

Hadisə Azərbaycanda məktəblərdə hicabla bağlı məhdudiyyətlər və buna qarşı etirazların davam etdiyi bir vaxta təsadüf edir.
90
Posted On: October 14th 2026, 07:25 pm

Comments (90)
ali_xato an hour ago

ali_xato

Davam edir 37

ellada.es an hour ago

ellada.es

Sanki simali koreyada yasayırıq, dunyavi dövletlerde her kesin öz fikrini bildirmə haqqı var

aquila_362 2 hours ago

aquila_362

Leyli qoy başına zorla bağladı o parçanı açsın gəlib dərsini oxusun. Hamımız bilirik ki, uşaqlar valideynlərinin təsiri altında başını bağlayır. Özünüzü gic yerinə qoymayın. Məktəblərdə dini simvollara, dini təbliğatlar yer yoxdur. Yaşasın sekulyarizm!!!

ressamceyhun999 2 hours ago

ressamceyhun999

Mənə kömək edin motorlu əlil arabam olsun istəyirəm

ressamceyhun999 2 hours ago

ressamceyhun999

MƏN BİRİNCİ QRUP ƏLİL rəssamam xahiş Edirəm zəhmət olmasa səhifəmə daxil olun mənə dəstək olun

aysharustamova 4 hours ago

aysharustamova

Xalqda birlik yoxdu,hamı qorxur,ama demirki bunların gözü doyan deyil

quliyev_783 5 hours ago
vafa9323 7 hours ago

vafa9323

Yawasin Winali Koreya 2 👏

hun999999999999 7 hours ago

hun999999999999

Sənin leylin iranda siğədə😄

zarima_421 7 hours ago

zarima_421

Mecnuna deyin onu hebsden cixarsin🙂

relper111 7 hours ago

relper111

🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

relper111 7 hours ago

relper111

🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

relper111 7 hours ago

relper111

🧿 🧿 🧿 🧿 🧿 🧿 🧿 🧿 🧿 🧿 🧿 🧿 🧿 🧿 🧿 🧿 🧿 🧿

relper111 7 hours ago

relper111

💔 💔 💔 💔 💔 💔 💔 💔 💔 💔 💔 💔 💔 💔 💔 💔 💔

back to up