Instagram story viewer> @azergarib> Post
2 days ago
49
Posted On: October 18th 2026, 05:40 pm
İnsan yaşa dolduğca kövrək olur. Amma kövrəkliyində sən demə növləri var imiş.

Nəvəm dünyaya gələndə gözlərim yaşarmışdı, onu birinci sinifə yola salanda yaşarmışdı, uşaqlıq şəkillərimdə məni tərk etmiş Anam və Atamı xatırlayanda yaşarır gözlərim.

O gün isə hisslər tam başqa idi, xalqımızın namusunu, qeyrətini qoruyanların əfsanəsini görəndə yaşarmışdı gözlərim.

Həmin gün yazmaq istədim, lakin yazmadım, iki daş arası tələsik etmək istəmədim bunu, bu gün yazıram.

Elə filmlər olur ki, onları sadəcə izləmirsən, onların içində yaşayırsan.

“44” filmi mənim üçün məhz belə bir film oldu. Ümumiyətlə müharibə haqqında film çəkmək, sadəcə hadisələri ard-arda göstərmək deyil.

Bu, bir xalqın taleyini, ağrısını, qürurunu və sarsılmaz iradəsini lentə köçürməkdir.

Filmin təqdimatı zamanı zaldakı o sükut, ekranda görünən hər kadr hamıda eyni anda eyni hissi oyadırdı.

Filmin təqdimatı sanki bir filmin nümayişi yox, xalqımızın tarixinə, qəhrəmanlarına ehtiramı idi.

Tam əminliklə deyə bilərəm ki, “44” filmi Azərbaycan kinosunun tarixində xüsusi yeri olan, miqyası və təsir qüvvəsi ilə seçilən bir filmdir.

Bu filmi ərsəyə gətirənlərə dərin təşəkkür edirəm. Onlar sadəcə bir film yaratmayıblar, xalqımızın yaşadığı tarixi, qəhrəmanlarımızın fədakarlığını və qələbəmizin arxasında dayanan mənəvi gücü ekran vasitəsilə gələcək nəsillərə çatdırıblar.

Və bəlkə də bu filmin ən böyük uğuru elə budur: ona baxarkən gözlərimizin dolması, ürəyimizin qürurla döyünməsi və bir daha anlamamız ki, vətən tarixini təkcə qəhrəmanlar yox, onu yaşayan, unutmayan və gələcək nəsillərə ötürən hər kəs yazır.

Təqdimatın ən təsirli anları isə sonda oldu, şəhid anaların səhnəyə çıxması ilə.

Allah Vətən uğrunda övladlarını itirən bütün Analara səbr versin...

#44film
Comments (49)
saraxatunn 4 hours ago

saraxatunn

Allah bütün şəhidlərə rəhmət eləsin

agaeva.inara 5 hours ago

agaeva.inara

😢😢😢😢😢😢😢😢

konulaslan87 14 hours ago

konulaslan87

Nə yazsam, yenə az qalacaqdır. Ekrandan belə o anaların gözlərinə baxa bilmirəm. Necə baxasan?! Allahdan bütün Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa, cansağlığı, ailələrinə dözüm, qüvvət, səbir diləyirəm. Ömürlük haqları var boynumuzda !

haqinsesi 16 hours ago

haqinsesi

Allah Şəhidlərimizə rəhmət eləsin Amin

natta.25 19 hours ago

natta.25

👏

seyyare.23 21 hours ago

seyyare.23

Allah şəhidlərimizə rəhmət eləsin

translator_ulya a day ago

translator_ulya

💔💔💔💔💔💔💔

translator_ulya a day ago

translator_ulya

😢😢😢😢😢😢

vfaquluzad a day ago

vfaquluzad

Duyğulanmamaq mümkün deyil👏👏👏👏

rehmanmeherrem a day ago

rehmanmeherrem

Bu şəhid anaları niyə hicablıdı. Axı dünyəviliyə ziddi. Ölkənin adını batırırlar. Nazirlər kabineti niyə icazə verir ki şəhid anası başı hicablı olsun? ( necə ki şəhidin qızının zorla başını açmağa çalışıblar, necə ki müəllim işləyən şəhid yoldaşlarının başını açmağa çalışıblar, həmin adamlar bu qadınların başına niyə əl uzatmayıblar bəs? )

bayramova.00000 a day ago

bayramova.00000

Nə etsələrdə haqqı ödənilməz,şəhidlərin

zarifaaliyeva1962 a day ago

zarifaaliyeva1962

Analar ğöz ýaşıňıža qürban belə ğöžəl oğlanlar vətənə qurban kəsib allâholara rəhmət eləsin .nur içində yatşınlar❤️❤️❤️❤️😂😂😂😂😂

svlt55 a day ago

svlt55

Allah butun sehidlerimize rehmet elesin .

aisa_ibragimzade a day ago

aisa_ibragimzade

Bütün şəhid anaları bir-birinə bənzəyir. Saçları ağarmış, qəlbləri qırıq, gözlərində nisgil.Haqqınız ödənməz. Ruhunuz şad olsun🥺

zuleyxaadigezalova a day ago

zuleyxaadigezalova

Низкий поклон вам, Великие женщины!!! 🙏 Allah rəhmət eləsin şəhidlərimizə🙏🙏🙏

Load More

More posts

back to up