Instagram story viewer> @azergarib> Posts
189.1K
followers
211
following
Traveling in style from Baku, Azerbaijan.
Chairman @azerbaijan_travel_bloggers
TV presenter
POSTS STORIES REELS TAGGED
İnsan yaşa dolduğca kövrək olur. Amma kövrəkliyində sən demə növləri var imiş. 

Nəvəm dünyaya gələndə gözlərim yaşarmışdı, onu birinci sinifə yola salanda yaşarmışdı, uşaqlıq şəkillərimdə məni tərk etmiş Anam və Atamı xatırlayanda yaşarır gözlərim.

O gün isə hisslər tam başqa idi, xalqımızın namusunu, qeyrətini qoruyanların əfsanəsini görəndə yaşarmışdı gözlərim. 

Həmin gün yazmaq istədim, lakin yazmadım, iki daş arası tələsik etmək istəmədim bunu, bu gün yazıram. 

Elə filmlər olur ki, onları sadəcə izləmirsən, onların içində yaşayırsan. 

“44” filmi mənim üçün məhz belə bir film oldu. Ümumiyətlə müharibə haqqında film çəkmək, sadəcə hadisələri ard-arda göstərmək deyil. 

Bu, bir xalqın taleyini, ağrısını, qürurunu və sarsılmaz iradəsini lentə köçürməkdir. 

Filmin təqdimatı zamanı zaldakı o sükut, ekranda görünən hər kadr hamıda eyni anda eyni hissi oyadırdı. 

Filmin təqdimatı sanki bir filmin nümayişi yox, xalqımızın tarixinə, qəhrəmanlarına ehtiramı idi. 

Tam əminliklə deyə bilərəm ki, “44” filmi Azərbaycan kinosunun tarixində xüsusi yeri olan, miqyası və təsir qüvvəsi ilə seçilən bir filmdir. 

Bu filmi ərsəyə gətirənlərə dərin təşəkkür edirəm. Onlar sadəcə bir film yaratmayıblar, xalqımızın yaşadığı tarixi, qəhrəmanlarımızın fədakarlığını və qələbəmizin arxasında dayanan mənəvi gücü ekran vasitəsilə gələcək nəsillərə çatdırıblar. 

Və bəlkə də bu filmin ən böyük uğuru elə budur: ona baxarkən gözlərimizin dolması, ürəyimizin qürurla döyünməsi və bir daha anlamamız ki, vətən tarixini təkcə qəhrəmanlar yox, onu yaşayan, unutmayan və gələcək nəsillərə ötürən hər kəs yazır.

Təqdimatın ən təsirli anları isə sonda oldu, şəhid anaların səhnəyə çıxması ilə. 

Allah Vətən uğrunda övladlarını itirən bütün Analara səbr versin...

#44film by @azergarib
49
a day ago
Download
Bilən varsa mənə də desin…

#travel #travelgram #oralar #reels #reelsinstagram taken in Вена, Австрия by @azergarib
89
11 days ago
Download
Yaşın nə fərqi…

#travel #oralar #reels #reelsinstagram #traveling by @azergarib
3k
17 days ago
Download
Bəs siz necə qocalmaq istərdiniz?

#travel #travelgram #oralar #reels #reelsinstagram taken in Tajikistan, Dushanbe by @azergarib
130
21 days ago
Download
Dərsə gedən bir uşaq…

@atba_az @dushanbe.travel @traveltajikistan @tajembbaku @azerbaijanairlines #travel #travelgram #oralar #reels #reelsinstagram taken in Dushanbe, Tajikistan by @azergarib
69
24 days ago
Download
Dostumla söhbət edirik, gələcəkdə ola biləcək texnoloji və rəqəmsal fəlakətlərdən danışır, süni intellekt belə dağıdacaq, robotlar belə hücum edəcək, 

2050-ci ildə filan şey olacaq, 2060-də filan şey baş verəcək, nə düşünürsən bu haqda?

Dedim, sənə iki xəbərim var, biri yaxşı xəbərdir, biri pis xəbər, hansından başlayım?

Dedi, yaxşı xəbərdən başla. Dedim, yaxşı xəbər odur ki, nə sən, nə mən bunları görməyəcəyik. 

Pis xəbər isə odur ki, uşaqlarımız həmin dövrün şahidləri olacaqlar.

Bəs siz gələcəyə necə baxırsınız, nikbin, yoxsa…?

#travel #travelgram #oralar #reels #reelsinstagram taken in Tajikistan, Dushanbe by @azergarib
10
24 days ago
Download
Bir çikkan qaldı 110-a…

@atba_az @azerbaijanairlines #oralar #reels #reelsinstagram #travelgram taken in Heydar Aliyev International Airport by @azergarib
71
25 days ago
Download
Bədən quruluşu və xasiyyət- varmı əlaqə?

#reels #reelsinstagram #zətizzekveşn by @azergarib
92
a month ago
Download
İnsanın ən böyük var-dövləti bəlkə də sahib olduqları yox, gördükləridir.
Yeni ölkələrə getdikcə sadəcə xəritədə yeni bir nöqtə kəşf etmirik. Hər səfər bizdə nəyisə dəyişir — düşüncəmizi, baxışımızı, dünyaya münasibətimizi.
Bəzən bir şəhər bizə bir kitabdan daha çox şey öyrədir, bir küçə yaddaşımızda illərlə qalır, tanımadığımız bir insan isə dünyaya baxışımızı dəyişir.
Çünki səyahət insanın dünyanı deyil, əvvəlcə özünü kəşf etməsidir.
Və insan nə qədər çox yol gedirsə, özünü bir o qədər yaxşı tanıyır.

@baku.tv -də bugün #qapqara -da qonağımız @azergarib -dir. Gözünüz üstümüzdə olsun. by @azergarib
62
a month ago
Download
 by @azergarib
42
a month ago
Download
Yassıadadan Burgazadaya 15 dəqiqəlik yoldur dəniz taksisi ilə və həyat tam fərqlidir. 

Birində çəki azaldırsan detoks proqramı ilə, digərisində isə məhv edilən çəkinin hayıfını çıxırsan))

#travel #travelgram #reels #reelsinstagram #oralar taken in Burgazada, Istanbul, Turkey by @azergarib
37
a month ago
Download
Gətirim özümlə, yoxsa qalsın? taken in Birun by @azergarib
270
a month ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up