Posted On: October 21st 2026, 02:09 pm
Bu, adi yemək deyil, dəhşəti-müsibətdir😍🤌🏻
Resept:
600-700 qr. dana əti
2 əd soğan
3 x.q suxari
Duz, istiot, 1/2 ç.q sarımsaq tozu,
1 ç.q paprika, 1 ç.q xmeli-suneli
1 əd yumurta
5-6 əd soğan
600 qr pomidor konservi (qabığı soyulmuş və doğranmış)
1 x.q acika
1,5 x.q tomat pastası
1ç.q paprika, 1 ç.q xmeli-suneli
1/2 ç.q şəkər tozu
Kərə yağı, duru yağ
2-3 x.q su
2 diş sarımsaq
Keşniş, şüyüd, cəfəri, ağ reyhan
Hazırlanma qaydası:
Çəkilmiş dana əti, çəkilmiş və suyu sıxılmış soğan, suxari, yumurta və ədviyyatları birlikdə yaxşıca yoğurun. Əlinizi yağladıqdan sonra küftələr düzəldib 35-40 dq soyuducuda dinləndirin.
Küftələri qızardıb kənarda saxlayın.
Soğanı qızğın yağda qovurub, üzərinə ədviyyatları, acika və tomat pastası əlavə edib 2-3 dq qovurun. Ardıyca üzərinə pomidoru əlavə edib yenidən 3-4 dq bişirin.
Daha sonra küftələri düzüb üzərinə su əlavə edib təxminən 20 dq bişirin.
Son olaraq üzərinə sarımsaq və göyləri əlavə edib 1-2 dq qarışıdırıb ocaqdan alın.
#easyandtastyph #resept #yemek #food #tarif Load More