Posted On: October 28th 2026, 01:46 pm
🍋 LİMON QABIĞI MÜRƏBBƏSİ
🍋 Təxminən 40 ədəd balaca limonun qabığı
🍬 7 stəkan şəkər
💧 7 stəkan su
🍋 1 limonun suyu
🥄 1 x/q soda + 1 litr su
🔪 Limonların qabığını ağ hissəsini çıxarmadan soyuruq.
✂️ Qabıqları doğrayıb sodalı suya qoyuruq və 1 gecə saxlayırıq. Sonra yaxşıca yuyub təmiz suya qoyuruq.
💧 Suyunu gündə 2 dəfə dəyişərək 3 gün saxlayırıq.
♨️ Acısını çıxarmaq üçün:
💧 4 dəfə qaynar suda qaynadırıq.
🧊 Hər dəfə çıxarıb buzlu soyuq suya salırıq.
🍲 Qazana qoyub üzərinə 7 stəkan şəkər və 7 stəkan su əlavə edirik.
🔥 Qatılaşana qədər bişiririk.
🍋 Sonda limon suyunu əlavə edirik.
🫙 Qaynar-qaynar bankalara yığırıq.
#kesfet #keşfet #fyp #fyp
Load More