Instagram story viewer> @sportpost.az> Posts
POSTS STORIES REELS TAGGED
Bu dəfə Hacı Əliyev ən yaxşılar arasından ən yaxşını seçdi. 

Siz kimi seçərdiniz? by @sportpost.az
155
2 years ago
Download
“Turan Tovuz”un futbolçusu Aleksa Yankoviç SportPost.az-a açıqlama verib.

Serbiyalı yarımmüdafiəçi qarşılaşmanın çətin hava şəraitində keçirildiyini və komandasının motivasiya baxımından rəqibdən geri qaldığını bildirib:

“Çox çətin meydança və hava şəraiti idi. Saat 3-də, 30 dərəcə istidə oynamaq həqiqətən çətindir. Amma bəhanə axtarmırıq. Rəqiblə müqayisədə motivasiyamız eyni səviyyədə deyildi. Düşünürəm ki, bu gün oyunun taleyini həll edən əsas amil də məhz bu oldu”.

@turantovuzpfk by @sportpost.az
0
3 hours ago
Download
“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl Azərbaycan İdman Akademiyası (ASA) ilə klubun akademiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş tədbirdə iştirak edib.

O, tədbirdən sonra proqramla bağlı fikirlərini bölüşüb:

“20-dən çox məşqçimiz proqramda iştirak etdi. Akademiyamızda çalışan bütün məşqçi heyətini cəlb etmişik. Biz tərəfdən müraciət olundu. Bunun çox da fərqi yoxdur. Əsas odur ki, müsbət cavab gəldi və mənəvi olaraq bizə böyük dəstək verdilər”.

@fkqarabagh @fkqarabagh__academy by @sportpost.az
0
4 hours ago
Download
U-11 Liqasında “Şəfa”nın futbolçusu Kamal Səfərov baxımlı cərimə zərbəsi ilə diqqət çəkib.

Azyaşlı oyunçu zərbəni böyük futbolçulara xas ustalıqla yerinə yetirib.

@shafafootballacademy @fcshafa by @sportpost.az
2
7 hours ago
Download
Şahruddin Məhəmmədəliyev:

“Bəzi azərbaycanlı futbolçular 100 faiz 
əcnəbi oyunçulardan daha güclüdürlər”

@fkqarabagh by @sportpost.az
4
a day ago
Download
Sizcə,ofsayd var idi? by @sportpost.az
3
2 days ago
Download
“Qarabağ”ın futbolçusu Zakaria Savo Sportpost.az-a açıqlamasında yaşıl meydanlara qayıdışı və bərpa prosesi barədə danışıb.

O, Azərbaycanda ilk çempionat oyununa çıxmasından məmnunluğunu ifadə edib:

“Özümü yaxşı hiss edirəm. Əlbəttə, geri qayıtmaq xoşdur. Bu, Azərbaycanda ilk çempionat oyunum idi”.

Futbolçu bərpa prosesində klubun, komandanın və tibbi heyətin ona dəstək olduğunu bildirib: “Komanda, klub, fizioterapevtlər və bütün heyət mənə çox kömək etdilər. Özümü çox yaxşı hiss edirəm”.

@fkqarabagh @zsawo by @sportpost.az
2
6 days ago
Download
Ceyhun Nuriyev: 

“Tarixdə qaldı ki, biz Lixtenşteyn kimi komanda ilə 0:0 oynadıq”

@jeyhunnuriyev29 by @sportpost.az
5
14 days ago
Download
Mahir Emreli: 

“İllər keçəcək, bu oyun bizim ayıbımız kimi yadda qalacaq” by @sportpost.az
1
17 days ago
Download
Avropa Futbol Klubları (EFC) təşkilatının Kopenhagendə 33-cü Baş Assambleyası keçirilir.

Tədbirdə “Şəfa” klubunu prezident Kənan Sadıqlı və “MyGroup” holdinqin rəhbəri Emil İsgəndərov təmsil edir.

Onlar Danimarkanın paytaxtında bir sıra görüşlər keçiriblər. Onlardan biri “Barselona”nın Xuan Laporta ilə baş tutub. by @sportpost.az
2
19 days ago
Download
“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

28 sentyabr 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” PFK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Turan Tovuz” PFK İB-nin İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıb.

Sənədə əsasən, oktyabrın 3-də Bakıda “Turan Tovuz” PFK ilə Türkiyənin “Fənərbağça” klubu arasında keçiriləcək yoldaşlıq oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Toplanan vəsait işğaldan azad olunan ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

“Turan Tovuz” PFK İB-nin İdarə Heyətinin sədri Ehtiram Quliyev bildirib ki, belə bir oyunun keçirilməsi azarkeşlər üçün maraqlı futbol hadisəsi olmaqla yanaşı, xeyirxah məqsədə xidmət etməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qarşılaşmadan əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi həm klublara, həm də azarkeşlərə Qarabağın dirçəlişinə dəstək vermək imkanı yaradır.

Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” oyunu saat 20:00-da başlayacaq.

@turantovuzpfk by @sportpost.az
2
21 days ago
Download
Niyə film sektorunda bizim Qurban Qurbanovumuz yoxdur?

📹 @zarafatbiryanashow by @sportpost.az
10
23 days ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up