Instagram story viewer> @sweetlifeseva> Posts
37.6K
followers
5028
following
Sevinc Həsənova
Gözəl təamlari bişirməyi,kəşf etməyi və bölüşməyi sevirəm,Səyahət etməyə ,də bayiliram🫠
🇦🇿
artist🎨 👩‍🎨
cook👩‍🍳 👩‍🌾
mother🤱
POSTS STORIES REELS TAGGED
Burda qalsin🥰 taken in Budva, Adriatic Sea, Montenegro by @sweetlifeseva
65
2 years ago
Download
А я мальчик из Баку… ой, девочка 😂
Мальчик по песне, девочка по жизни😁🇦🇿 taken in Bakü Azerbeycan by @sweetlifeseva
7
6 hours ago
Download
✨ A little taste of home, made with love. 🤍
Sağlam qidalanmaq mənim üçün sadəcə yemək seçimi deyil, həm də özünə qayğı göstərməkdir. 🌿 Mətbəximdə hazırladığım hər yeməkdə həm dadı, həm sadəliyi, həm də gözəlliyi bir araya gətirməyi sevirəm.

Bu günün süfrəsində:
🥣 İpək kimi yumşaq balqabaq şorbası
🥒 Macarıstan üslubunda sirkəli xiyar salatı
🥔 Parmesanlı, sobada qızarmış kartof
🥯 Küncütlü, proteinlə zəngin fit çörəklər

Hamısı evdə, öz əllərimlə və sevgi ilə hazırlanıb. Çünki məncə, sağlam yemək də həm gözə, həm də damağa xitab etməlidir. ✨
🥣 1. KREM DADINDA BALQABAQ ŞORBASI

* Balqabaq
* Kök
* Soğan
* Zeytun yağı
* Duz və sevdiyin ədviyyatlar
* Bulyon ve ya su 
* Üzəri üçün qaymaq 

🥯 2. KÜNÇÜTLÜ PROTEİNLİ FİT ÇÖRƏKLƏR

* 3 yumurta ağı( tam şişənə qədər çirp)
* 1 xörək qaşığı pissilium tozu
* Sarımsaq tozu
* Şirin qırmızı bibər tozu
* Duz
* Üzəri üçün küncüt
🥒 3. MACAR ÜSLUBUNDA SİRKƏLİ XİYAR SALATI — UBORKASALÁTA

Bu salatın sirri nazik doğranmış xiyar, yüngül turşməzə sous və üzərindəki qaymaqlı əlavədədir. 🇭🇺

* 2 orta ölçülü xiyar
* 2–3 xörək qaşığı sirkə .Şərab sirkəsi olmalidir ancaq men balzamik sirkə və alma sirkəsi etdim
* 100 ml su
* 1 çay qaşığı şəkər( mən atmadim) 
* Duz
* 1 kiçik diş sarımsaq (istəyə görə)
* Qara istiot və şirin paprika
* Üzəri üçün xama 

🥔 4. PARMESANLI SOBADA KARTOF

* Kartof
* Zeytun yağı ( çox az) 
* Rəndələnmiş Parmesan
* Duz və qara istiot
* Çox az doğranmış yaşıl soğan

🤍 Mənim mətbəximdən sizin mətbəxinizə…

Hər şeyin ən gözəli evdə, sevgi ilə hazırlanan yeməklərdə gizlidir. Mənim üçün gözəl süfrə yalnız yeməklərdən ibarət deyil — o, qayğı, zövq və paylaşmaq sevincidir. 🌿✨

Sən bu süfrədə ilk hansını dadardın: balqabaq şorbasını, Parmesanlı kartofu, fit çörəkləri, yoxsa Macar xiyar salatını?

#evyeməkləri #sağlamqidalanma #fitreseptlər #balqabaqşorbası #parmesanlıkartof by @sweetlifeseva
9
3 days ago
Download
Sabahiniz xeyir🤗 
🍎✨ Bəzən günə gözəllik qatmaq üçün sadəcə bir az yaradıcılıq kifayətdir…

Kəsmik ,yumurta ,düyü unundan hazirlanmiş yumşaq waffle üzərində yunan yoğurtu, Darçin və kakos şəkəri ilə tavada karamelizə olunmuş alma dilimləri və bir neçə parça qoz🤍

Həm sadə, həm zərif, həm də dadı ilə insanı xoşbəxt edən kiçik bir səhər ritualı. 🧇🍎

Healthy, cozy & made with love. 🤎

#BreakfastInspiration #HealthyBreakfast #WaffleLove #FoodStyling #SweetMorning by @sweetlifeseva
11
4 days ago
Download
🥪✨ Xırt-xırt, pendirli və inanılmaz dadlı səhər yeməyim!

Bəzən səhər yeməyi həm sağlam, həm də çox ləzzətli ola bilər. 😍 Bu gün özümə qril tost aparatında belə bir gözəllik hazırladım:

🤍 Ərzaqlar:
• 1 yumurta
• 2 x.q. yunan yoqurdu
• 2 x.q. qarğıdalı unu
• Bir çimdik duz
• Bir az qabartma tozu

Bütün ərzaqları qarışdırıb xəmir halına gətirdim və qril tost aparatında bişirdim.

Sonra üzərinə pesto çəkdim, mozzarella və qurudulmuş pomidor əlavə edib qatladım və yenidən tost aparatında pendir əriyənə qədər qızartdım. 🧀🌿🍅

Nəticə? Çöldən qızılı və xırtıldayan, içəridən isə isti, yumşaq və bol pendirli möhtəşəm bir səhər yeməyi. 🤤

Yanında isə, hər zamanki kimi, mənim sevimli şəkərsiz Americano ☕️🤎

Sadə, doyumlu və günə başlamaq üçün çox ləzzətli seçim. ✨

#sağlamqida #səhəryeməyi #sağlamsəhəryeməyi #resept #asanresept proteinlisəhəryeməyi by @sweetlifeseva
15
7 days ago
Download
Bəs siz greçkanı bu formada sınamısınız? 😋😍🌿

Greçka, üzərində zərif poşe yumurta, parmesan və pul bibərin yüngül acılığı… 🍳🧀🌶️

Sadə, balanslı və ləzzətli! Sağlam qidalanmaq həm də süfrədən zövq almaqdır. 🤍✨

#Greçka #SağlamQidalanma #DietikReseptlər #HealthyFood by @sweetlifeseva
11
8 days ago
Download
Çoxdandır sırnik hazırlamırdım… 🤍 Bu gün yenidən mətbəximdə bu ləzzəti yaratmaq istədim. ✨

Çölü qızılı-qəhvəyi, içi yumşaq və zərif… Üzərində bal, yanında yunan yoqurtu və bir neçə dənə mavigilə. İçində və çölündə🫐🍯

Bəzən ən gözəl səhər yeməyi elə sadə, evdə hazırlanmış və sevgi ilə süfrəyə qoyulmuş yeməklərdir. ☕️🌿
😍

 #sırnik #breakfastideas #homemade #sweetbreakfast by @sweetlifeseva
7
10 days ago
Download
Lobyalı çuğundur salatı — Gürcü üslubunda

Ərzaqlar:

* 2 ədəd orta ölçülü bişmiş çuğundur
* 200 q bişmiş qırmızı lobya
* ½ ədəd qırmızı soğan
* 40–50 q qoz
* 1 x.q. nar şərabı
* 1 x.q. zoğal turşusu
* 2 x.q. zeytun yağı
* ½ ç.q. xmeli-suneli
* ½ ç.q. zirə (cira)
* ½ ç.q. sumax
* Qara istiot — zövqə görə
* Pul bibər — zövqə görə
* Duz — zövqə görə
* İstəyə görə digər gürcü ədviyyatlarından çox az miqdarda

Hazırlanması:

1. Bişmiş çuğunduru kiçik kub formasında doğra.
2. Qırmızı soğanı çox nazik doğra. Soğanın dadını bir qədər yumşaltmaq istəyirsənsə, üzərinə azca zoğal turşusu və ya nar şərabı və bütün ədvalari əlavə edib ovuşdur 5 dəqiqə saxla.
3. Çuğundur və qırmızı lobyanı böyük qaba əlavə et.
4. Qozları iri-iri doğrayıb salata qat.
5. Zeytun yaginida salatın üzərinə töküb çox əzmədən qarışdır.
6 Ən azı 20–30 dəqiqə soyuducuda saxla ki, çuğundur, lobya və ədviyyatların dadı bir-birinə keçsin.

Kiçik peşəkar toxunuş: qozu əvvəlcə quru tavada 2–3 dəqiqə yüngül qovursan, salatın ətri və dadı daha zəngin olacaq. 🌰

Bu salatda nar şərabı + zoğal turşusu + sumax birlikdə çox gözəl balans yaradır: çuğundurun şirinliyini turşuluq kəsir, lobya isə salatı daha doyumlu edir. 💜🩷

#çugundursalatı #fitsalat#salat#foodblog by @sweetlifeseva
27
10 days ago
Download
🇮🇹 İtaliyadan qayıtdım… amma deyəsən İtaliya məndən qayıtmayıb. 😂💚

Evə gələn kimi ilk işim nə oldu?
Əlbəttə ki, pestolu pasta!
Çünki bəzi sevgilər məsafə tanımır… xüsusilə də söhbət pesto və parmesandan gedirsə. 😄

Pestonun resepti səhifəmdə var. 🌿

Əsl İtalyan pastasi  bişirdim, üstünə bol-bol ev pestosu, daha da bol Parmesan və bir az da püstə səpdim. 🇮🇹✨

Nəticə?
Bir boşqabda Roma küçələri, İtalyan yay günəşi və “mən daha bir boşqab yeyə bilərəm” hissi. 😂

🍝 Evdə pestolu pasta

Lazım olanlar:
• Pasta — 200 q
• Evdə hazırladığım pesto — 3–4 x.q.
• Parmesan — bol-bol 🧀
• Püstə — 1 ovuc
• Zeytun yağı — 1 x.q.
• Qara istiot
• Pastanın suyundan — 2–3 x.q.

Hazırlanması:
Pastanı duzlu suda al dente bişirin. Suyundan bir az ayırın.
Ayrı qabda pestonu zeytun yağı və bir neçə qaşıq pasta suyu ilə qarışdırın. Pastanı əlavə edib yaxşıca qarışdırın.

Sonra əsas hissə başlayır… 😍
Üzərinə bol Parmesan, doğranmış püstə və bir az qara istiot əlavə edin.

Vəssalam! 🇮🇹💚

Pestonun resepti isə artıq səhifəmdədir — çünki yaxşı pesto gizlədiləsi sirr deyil. 😄

Bu boşqabın adı: “Romaya qayıtmaq üçün bəhanə №1”.
Çünki deyəsən mən Romadan qayıdıram, amma pasta məni hələ də orada saxlayır. 😂🇮🇹

#pesto #pestopasta #pastalover #italianfood #italy by @sweetlifeseva
15
17 days ago
Download
Səhərimin ən sevdiyim halı… 🤍☕️

İtaliyadan aldığım kremli Camembert pendiri, sevdiyim şirin əncirlər və toxumlu çörəyin birlikdə yaratdığı o möhtəşəm dad… 🧀🍂

Sadə, amma zövqlü.
Az məhsul, çox ləzzət. ✨

Yanında bir fincan qəhvə və sakit bir səhər… Mənim üçün səhər yeməyinin ən gözəl forması məhz budur. 🇮🇹🤍

#breakfast #breakfastideas #camembert #figs #italianfood by @sweetlifeseva
32
19 days ago
Download
Roma mənim üçün artıq sadəcə sevdiyim şəhər deyil.
Hər gəlişimdə bir az daha doğmalaşan, qayıdanda içimdə qəribə bir rahatlıq yaradan bir yerdir.

Altıncı dəfə… və deyəsən, hər dəfə bir az daha çox Roma oluram. 🇮🇹✨ Sanki yenidən bir şəhərə yox, öz evimə qayıtdım.
Artıq küçələr mənə yad deyil, yollar tanış, kiçik kafelər doğma, səslər belə başqa cür rahatlıq verir. taken in Rome, Italy by @sweetlifeseva
16
22 days ago
Download
Romada ən çox sevdiyim şeylərdən biri turistlərin getdiyi yerlərdən uzaqlaşıb, adi küçələrdə gəzməkdir. 🤍
Burada nə Kolizey var, nə izdiham, nə də hər addımda suvenir dükanı… Sadəcə sakit küçələr, eyvanlardan asılan paltarlar, yerli insanların gündəlik həyatı və Romanın özünəməxsus ab-havası. 🇮🇹
Məncə, bir şəhəri həqiqətən tanımaq istəyirsənsə, onun turistlər üçün hazırlanmış tərəfinə yox, insanların yaşadığı küçələrinə getmək lazımdır.
Roma mənə məhz belə küçələrdə daha doğma gəlir. ✨” taken in Rome, Italy by @sweetlifeseva
19
23 days ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up