Instagram story viewer> @aigallry> Tagged
12.7K
followers
2566
following
Visual storyteller | Azerbaijan & International
Urban • Culture • Travel
Tourism photo & video
📸Photographer
🌿Nature • Calm • Details
✨Quiet beauty 🇦🇿
POSTS STORIES REELS TAGGED
1874-cü ilin iyununda Rusiya Dövlət Bankının Bakı filialının yaradılması ilə şəhərdə bank sisteminin təməli qoyuldu. Neft bumunun ilk illərində banklar əsasən yaşayış evlərinin bir hissəsində fəaliyyət göstərirdi. Lakin Bakıya axan kapitalın sürətlə artması, maliyyə institutları üçün daha geniş və müstəqil binalara ehtiyac yaratdı.

XX əsrin əvvəllərində bu tələbat nəticəsində inşa edilən ilk binalardan biri Şimal Bankının binası oldu. 1903–1905-ci illərdə memar Nikolay Bayevin layihəsi əsasında tikilən bu bina Art Nouveau üslubunun incə xüsusiyyətlərini özündə daşıyır.

Binanın qülləsində yerləşən “S-B” — yəni Şimal Bankının abreviaturası olan venzel bu günə qədər qorunub saxlanılıb. Eksteryerdə istifadə olunan zərif yarpaq və bitki motivləri, dekorativ naxışlar və maskaronlar tikilini Bakının ən unikal memarlıq nümunələrindən birinə çevirir.

Bu gün isə həmin tarixi bina ABBnin mərkəzi filialı kimi fəaliyyət göstərərək həm keçmişin izlərini, həm də müasir maliyyə həyatını bir arada yaşadır...

#artnouveau #azərbaycan #baku #bank #memarlıq
27
back to up