Instagram story viewer> @bikesettar> Tagged
2.3K
followers
915
following
@hultbusinessschool 25 🇺🇸
#biziyollargözləyir | #ourroadsahead
I’m trying to see the world with my own eyes!
Subscribe my YouTube channel ↩️
POSTS STORIES REELS TAGGED
Bu şəklin adını Liftdə keçən tələbəliyim qoyuram. Ancaq burda şəkil çəkməyə vaxt tapıram 😂

Keçək əsas məsələyə. Dostlar, mən, siz axtarıram!. İnkişaf etmək istəyən, öz xəyalları olan və ona inanan, qarşısına məqsəd qoymuş amma haradan başlayacağını bilməyən. Hə, hə səni deyirəm. Komemtdə özünü, məqsədini, hədəflərini və çətinlik çəkdiyin hissələri qeyd et!. Səninlə yaxından tanış olmaq istəyirəm 😍

Çünki, hamımızın zövq alacağı, tamamiylə ödənişsiz bir inkişaf marafonu hazırlamışam!

Ətraflı məlumatı yaxın günlərdə verəcəm. Amma ilk öncə səni tanımaq istəyirəm 💛

Çünki,
#biziyollargözləyir
18
Qış semestrının son günlərini yaşayıram. Bu 6 ay mənə nələr öyrətdi, məndə nəyi dəyişdi? 💛

1. Öz dilindən, irqindən, dinindən olmayan insanlarla necə doğmalaşa biləcəyimi və bütün bu katogoriyaların sadəcə uydurma olduğunu, bütün insanları bir insan kimi daxilən qəbul etməyi öyrəndim. Belə dərin bir qəbullanış ilk dəfədir yaşayıram.

2. Birini səbəbsiz yerə sevmirsənsə, onunla kifayət qədər danışmamısan- bu sözü qulağımda sırğa eləmişəm. 

3. Böyümək istəyirsənsə çörəyi tək yeməməlisən. Çünki insan uğuru tək qazanmır. Tək qazandığını zənn edir.

4. Biri sənə salam vermirsə, ola bilsin ki sadəcə fikirlidir. Məsələnin səninlə əlaqəsi yoxdur. Hərkəsin savaşı öz içindədir.

5. Şükür yalnız xoş zamanlarda deyil, çətin zamanlarda da edilə biləndir- bu sözün əhəmiyyətinin nə olduğunu çox dərinləməsinə öyrəndim.

6. Özümü uşaq kimi əzizləməyi- özümlə yetişkin kimi danışırdım amma uşaq kimi əzizləmək başqa level imiş 💛

Bəs sən son 6 ayda nələr öyrənmisən? 😊

#biziyollargözləyir
23
Amerikada tələbə olmaq necə bir hissdir?

Bu suala cavab verməzdən əvvəl bu gün professorumuzun dərsdə bizə verdiyi bir sualı səninlə bölüşmək istəyirəm. Bizdən “Friction” sözünün bizim üçün nə ifadə etdiyini soruşdu və qrup yoldaşlarımdan biri çox gözəl bir cavab verdi:

“Friction varsa, deməli, hərəkətdəyəm.”

Nə dərin bir baxış bucağı idi! Yəni, əgər bizi nələrsə geriyə çəkirmiş kimi hiss etdirirsə, çətin gəlirsə, daxili və xarici maneələrlə mübarizə aparırıqsa, bu, hərəkətdə olduğumuzun sübutudur. Çünki yerində dayanan heç bir cismin üzərində onu geriyə çəkən qüvvə təsir etmir.

Bax, Amerikada tələbə olmaq bu sözün mənasını dərk etməkdir. Nə qədər çətin olsa da, nə qədər yorucu keçsə də bu proses insana zövq verir. Çünki hərəkət etdiyinə əminsən.

Fərqi yoxdur, indi haradasan, harada təhsil alır və inkişaf edirsən. İnan mənə, inkişaf və uğur hər yerdə var. Və harada olursan ol, bu yol bəzən sənə elə gələcək ki, nələrsə səni var gücü ilə geriyə çəkir. Bax, bu hiss gəldisə, sevin! Çünki hərəkətdəsən. 💛

Çünki #biziyollargözləyir
22
Yetər ki, sizi həqiqətən xoşbəxt edəcək qərarlar verdiyinizə əmin olun 💛

Vacib olan, tövsiyə almaqla təsdiq axtarmağı bir-birindən fərqləndirməkdir. Tövsiyə almaq, verdiyiniz qərarın müxtəlif perspektivlərini dəyərləndirməkdə sizə kömək edir. Lakin təsdiq axtarmaq, sadəcə başqalarının bəyəndiyinə əsasən hərəkət etməkdir. Unutmayın ki, kimsə sizinlə yalnız siz danışdığınız qədərini bilir. Çox vaxt təsdiq almaq istədiyimiz mövzuları məhz həmin təsdiqi almaq üçün istədiyimiz formada təqdim edirik.

Qərarlarımızdan əmin olmaq isə həmişə doğru qərarlar verəcəyimiz demək deyil. Əsas odur ki, hər iki nəticəyə hazır olduğumuz qərarlar verək və bu prosesdə kənardan təsdiq gözləməyək. Çünki başqalarının təsdiqi yalnız onların baxış bucağına əsaslanır, sizin isə bütün ssenarini anlamaqda üstünlüyünüz var.

Hər bir halda, bizi həmişə #biziyollargözləyir
16
Bu video sosial mesaj məqsədlidir. Paylaşaraq bu mesajın bir parçası ola bilərsən 😊

Çox gözəl bir söz eşitmişdim; “ Qız uşağını ata böyüdür” 💛

“Bir qız uşağının həyatda öz yolunu tapmasına, özünə güvənməsinə və cəsarətli olmasına ən böyük dəstəyi ata verir. Bu dəstək maddi imkanlardan daha çox, onun arxasında duran, ona güvənən bir atanın varlığını hiss etməkdir. ‘Sən bacaracaqsan, sənə inanıram’ sözləri, bir qızın qarşısında duran bütün maneələri aşmasına yardımçı olan sirli bir açardır.

Mən maddi çətinlikləri olan bir ailədə böyümüşəm. Atam təhsil yolunda mənə böyük maddi dəstək göstərə bilməsə də, gecə saat 4-də sahədən gəlməyinə baxmayaraq, səhər tezdən mənim dərslərimi yoxlamaq üçün oyanması, təhsili bizim öz gələcəyimiz üçün almalı olduğumuzu öyrətməsi ən böyük sərmayə deyildimi?

Əziz atalar, biz qızların ən böyük ehtiyacı, sadəcə arxamızda duran, bizə inanan bir atadır. Siz bizə dəstək olduğunuz müddətcə, tək Amerikada təhsil almağı da, hətta Marsa çatmağı da bacararıq. Yetər ki, gözlərinizdəki o inamı görə bilək.” 🌿💛

Ataları tag edin. Bəlkə, heç olmasa, bir qız uşağının həyatını dəyişə bilərik 😊

Axı 
#biziyollargözləyir
201
Balaca masada böyük ideyalar uğruna💛🇺🇸

Yadımdadır, Avropaya ilk gələndə bundan da balaca bir masam və çox köhnə kompüterim var idi. Amma qəlbimdə o qədər böyük ümid, ağlımda o qədər əzəmətli məqsədlərlə gəlmişdim ki, həmin kiçik masa mənə çox böyük bir ofis kimi görünürdü. Axı məqsədi olan bir insana başqa nə lazım idi? Sadəcə sakit çalışacağı bir künc.

Cəmi iki ay sonra, dünyanın ən iri qlobal şirkətlərindən biri olan Citi Banka senior biznes analitik olaraq dəvət almışdım. Həmin gün sevincdən, qürurdan necə göylərə uçduğumu hələ də xatırlayıram.

İndi yenidən şirin, kiçik bir masam var, amma bu dəfə özümə aid yeni kompüterimlə, yeni bir ölkədə, böyük ümidlərin cücərdiyi bir ürək və yeni ideyalarla, məqsədlərlə, hər parçanı özüm quraşdırdığım mini ofisimi yaratmağın sevincini yaşayıram.

Axı biz bilirik, hələ #biziyollargözləyir.
17
İlk dərs günümdən kiçik bir vlog videosu ilə sizə bu mesajı çatdırmaq istəyirəm 🕊️🤍

Şərtlər bəzən çox çətin ola bilir, inanın mənə ən çətinlərindən mənim də payıma az düşməyib. Lakin, məsələ özümüzə acımaq, şərtləri günahlandırmaqdırsa buna həmişə fürsətimiz olacaq. Amma yağa durub kiçik də olsa özümüz üçün nələrsə etməyə çalışdıqda həyat həmişə qarşılığını verir. 

Həyatın çətinlikləri pillə-pillə dəyişir. Elə bilməyin ki, azalır. Yox, zirvənin də, yoxuşun da özünəməxsus çətinlikləri var. Məsələ sizin dəyişməyiniz, yoxuşda da, zirvədə də sizin necə reaksiya verməyinizdir. Məndən bu həyat sənə nə öyrətdi deyə soruşsanız; “ Həyat mənə hərşeyin mənim reaksiyam qədər olduğunu öyrətdi” 💛

Axı hələ qarşıda
#biziyollargözləyir
42
back to up