Instagram story viewer> @leylahasanz> Tagged
POSTS STORIES REELS TAGGED
🇩🇪Almanların izi ilə kəşf edək… 

📍Gəncədə Yelenendorfda səyahətdən sonra almanların Bakıda da izlərini kəşf etməyə başladım. 😁 Və beləliklə Bakıda bu kilsəni tapdım. Çox maraqlı hekayyəsi var imiş ☺️

📍 “Xilaskar kilsəsi” kimi tanınan alman lüteran kilsəsinin 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa olunub. 

📜121 il əvvəl burada ilk dəfə - İohann Sebastian Baxın “D Minor Tokkotası” orqanda ifa olunmuşdur. 😍 Orqan çox möhtəşəmdir😍

📯Müstəqillik illərində kilsə Nazirlər Kabinetinin qərarı ilə "kamera və orqan musiqisi zalı" adlandırılaraq, Azərbaycan Dövlət Filarmoniyasının tabeçiliyinə verilir.

📩Hal hazırda yalnız bazar günü işləyir. 6dan sonra getməyinizi məsləhət edirəm. 

#travel #travelazerbaijan  #explore #travelphotography  #traveladdict #germanytourism #history #baku #bakı
10
back to up