Instagram story viewer> @onxgroup> Tagged
2.4K
followers
6
following
📈 SMM • Marketing • Creative Shoots
🎬 Brendlər & fərdi simalar üçün vizual həllər
🎓 SMM & Mobiloqrafiya kursları
✨ Yaradıcı həllər: #onxgroup
POSTS STORIES REELS TAGGED
İNTENSİV MEDIA MARKETING TƏLİMİ
📍 “Karabakh Training Center” | ONX Academy
Xankəndidə gənclərimizin inkişafı, peşəkar bacarıqlarının artırılması və məşğulluğu istiqamətində daha bir uğurlu layihəni həyata keçirdik. 
🤝 Elit S şirkətinin dəstəyi və ONX Academy ilə əməkdaşlıq çərçivəsində Qarabağ Universitetinin seçilmiş 5 tələbəsi üçün 10 günlük intensiv təlim proqramı təşkil olundu.
📱 SMM
📊 Meta Ads
📸 Mobilografiya
📝 Kontent və strategiya
🎯 Reklam kampaniyalarının idarə olunması
Təlim boyu iştirakçılar yalnız nəzəri biliklər əldə etməklə kifayətlənmədilər — öyrəndiklərini praktiki tapşırıqlar və real iş nümunələri üzərində tətbiq etdilər.
✨ Layihənin ən önəmli tərəfi isə təlimi uğurla tamamlayan gənclərin Xankəndidə fəaliyyət göstərən yerli sahibkarlarla əlaqələndirilməsi və real məşğulluq imkanlarının yaradılması oldu.
Çünki bizim üçün məqsəd yalnız öyrətmək deyil, öyrənilən bilikləri real imkanlara çevirməkdir. 🚀
Gənclərə bilik, təcrübə və gələcəyə doğru yeni imkanlar yaratmağa davam edirik.
42
back to up