Instagram story viewer> @oyredensen> Tagged

2.6K
followers
4979
following
İnnovativ Təhsil İşçiləri Birliyinin layihələri
@tehsildesen_forum_sergi
@vetendesen_tehsil_forumu
@world_tehsil_inkisaf_merkezi
POSTS STORIES REELS TAGGED
“VətəndəSƏN” II Qarabağ Təhsil Forumunda, “ÖyrədənSƏN” devizi altında bu dəfə müəllimin öyrətdiklərindən deyil, YAŞADIQLARINDAN,HİSS etdiklərindən danışdıq.
Müəllimdən gələcək yetişdirməsini gözləyiriksə, əvvəlcə onun özünü qorumalıyıq📌
Çünki müəllimi qoruyan cəmiyyət öz gələcəyini qoruyur🤝
@aygun_mammadli_rauf @nm_narmin @aytan_mammadowa @vetendesen_tehsil_forumu @world_tehsil_inkisaf_merkezi @karabakhtraningcenter.az  Təşkilatçılığında əməyi keçən bu dəyərli xanımlara təşəkkür edirəm!
#ayselarastunqızı #ana #aile #muellim #disleksiya
55
Peşəkar psixoloq kimdir? 🧠

Psixoloq olmaq sadəcə psixologiya haqqında çox şey bilmək demək deyil.

Peşəkar psixoloq — insanı mühakimə etmədən dinləməyi, yaşadıqlarının arxasındakı səbəbləri anlamağı və elmi əsaslı yanaşmalarla ona dəstək olmağı bacaran mütəxəssisdir.

Çünki terapiya “məsləhət vermək” deyil.
Bu, insanın özünü daha dərindən tanımasına, duyğularını və ehtiyaclarını anlamasına, düşüncə və davranışlarını fərq etməsinə və ehtiyac olduqda dəyişdirməsinə kömək edən peşəkar bir prosesdir. 🤍

Bəs bir psixoloqda hansı xüsusiyyətləri axtarırıq?
Sizi dinləməsi? Mühakimə etməməsi? Empatiyası? Peşəkar biliyi və etik yanaşması? Yoxsa sizi həqiqətən anlamağa çalışması?

💭 Bəs sizin psixoloq seansları ilə bağlı təcrübələriniz necə olub?
Bir psixoloqda sizin üçün ən vacib xüsusiyyət hansıdır? Təcrübələrinizi şərhlərdə bölüşün. 👇🏻
18
Sosial şəbəkələrdə hər şey həmişə mükəmməl görünə bilər. Amma hər hekayənin görünməyən bir səhnə arxası var. 🌿

Həyat yalnız xoşbəxt anlardan ibarət deyil — çətinliklər, yorğunluq və mübarizə də onun bir hissəsidir. Daim ideal həyat görüntüsü yaratmaq isə insanlarda müqayisə, qısqanclıq və yetərsizlik hissini artıra bilər.

Əsl pozitivlik hər şeyi gözəl göstərmək deyil, həyatı olduğu kimi qəbul edə bilməkdir. ✨
11
Bəzən bizi yaralayan yalnız yaşadığımız hadisə deyil, ona verdiyimiz mənadır. 🪞

Eyni hadisə bir insanda “Mən yetərsizəm”, digərində isə “Mənə düzgün davranılmadı, amma bu, mənim dəyərimi müəyyən etmir” düşüncəsi yarada bilər.

Travmalardan sonra beynimiz özümüz, insanlar və dünya haqqında müəyyən inanclar formalaşdırır: “Heç kimə güvənmək olmaz”, “Hamı məni tərk edəcək”, “Mən kifayət qədər yaxşı deyiləm.”

Və bu mənalar illər sonra belə münasibətlərimizə və seçimlərimizə təsir edə bilər.

Bəzən sağalmaq keçmişi dəyişmək deyil, ona verdiyimiz mənanı dəyişməkdir. 🤍🌿 

🎥 Videonun tamamı YouTube-da “Öyrədənsən” proqramında.
17
back to up