Instagram story viewer> @yusifbidan> Posts
1.1K
followers
986
following
Writer
Teacher
PhD candidate
POSTS STORIES REELS TAGGED
Salam. "Mətn yazmaq" dərslərinin yerdə qalan təfərrüatlarını sizinlə bölüşürəm. Diqqətlə oxuyun və yekun fikrinizi bildirin ki, işə başlayaq. Çünki vaxt gedir.

Dərslər həftədə iki gün nəzərdə tutulub. Məndən gələn təklif odur ki, həftəsonu olsun. 

Şənbə:20:00
Bazar:20:00

Amma uyğun gəlmirsə öz boş günlər və saatlarınızı qeyd edin. 

10 dərs nəzərdə tutulmuşdur. Kursun yekun məqsədi ən intizamlı və detalı nəsr janr olan hekayə janrda bir nümunə yaratmaq və ədəbiyyatla məşğul olmaq üçün ilkin vərdişlərə eləcə də texnikalara yiyələnməkdir.

Hər dərs yekununda növbəti dərsdə yoxlanmaq üzrə bir tapşırıq veriləcək. Tapşırıq olmadan iş olmaz. İstəsən tapşırığı yerinə yetirməyə də bilərsən. Məcburiyyət yoxdur. Fəqət yaxşı olar ki, dərsinə məsuliyyətlə yanaşasan. 

Tək yazı bacarıqlarını yox geniş mənada sənət tarixindən də müəyyən biliklər əxz edəcəyik. Çünki sənət tarixini bilmədən sənətkar olmaq müşkül məsələdir.

Dərslər "Zoom" vasitəsilə keçiriləcək.

Məlum məsələ, dərslər ödənişlidir. Ümumi məbləğ 50 manat. Tələbələr üçün 25 manat. 

Zəruri qeyd: dərs müddətində siqaret çəkə bilərəm. Əgər bu sənin üçün problemdisə nəzərə al. by @yusifbidan
4
a month ago
Download
Fatiməni 2018ci ildən tanıyırdım. Bir yerdə magistraturaya hazırlaşırdıq. Bizi kitablar dostlaşdırmışdı. Əli və Nino kitab evindəki yarmarkadan qucaqdolusu kitablarla dərsə gələndə bilmirdimki bu qızla mən illərin dostu olacağam. O gün dostlaşdıq. Tanıdığım ilk sənətsevər qız kimi ona təəccübüm və rəğbətim eyni boyda idi. Nə soruşurdum bilirdi, nə deyirdim oxumuşdu, kimi deyirdim tanıyırdı, yavaş yavaş ona paxıllığım tuturdu. Məndən hələ bir yaş da balaca olan bu qız bunları hardan bilirdi? Ancaq o, mənə qarşı necə mehriban idi! Mənə ad günümdə çoxdan axtardığım kitabı hədiyyə eləmişdi, bir a4lük təbrik yazmışdı. Sevimli komandamın embleminin rəsmini çəkmişdi. Çox sevinirəm ki, onları indi də saxlayıram. 
O mənim ilk oxucum idi, səbirlə, həvəslə mənim cızma qaralarımı oxuyurdu, uzun uzadı şərhlər verirdi. Mənə inandığını deyirdi. Məni ruhlandırırdı.
Bir yerdə magistraturaya imtahan verdik. Qəbul olduq. Amma Fatimə ödənişsiz və Xəzər Universitetində oxumaq istəyirdi. Mən isə onun məzun olduğu Dillər Universitetinin arzusunda idi. Fatimə bir il gözlədi və istədiyi yerə qəbul oldu. Düşünürdüm ki, onu bundan sonra uğurlu və həyəcanlı tələbəlik illəri gözləyir. Əfsuslar olsun ki, alınmadı. Uzun müddət Fatimədən xəbər ala bilmədim. Ortaq bir dostumuz da yox idi. Birdən qayıtdı. Mənə heç nə demədi. Bir şəkil paylaşdı. Mən hər şeyi başa düşdüm. Bu həmin əzazil xəstəliyin əksi idi. Onu tanıdım. Görüşək görüşək deyə Fatiməyə təkid elədim. Heç cür görüşümüz alınmadı. Dünən isə onun ölüm xəbərini aldım.  Ölümün bu qədər cavanlaşması bədənimi yarpaq kimi əsdirdi, ölümün ən zərif və mehriban insanlara belə güzəştə getməməsinə  şahid oldum. Ölümlə yenə rastlaşdım. 
İndi düşünəndəki o mehriban, səmimi, bacarıqlı, təmiz qız daha həyatda deyil, hər şey öz dəyərini itirir. Ancaq birdən xatırlayıram, yaxşı insanlar başqa insanların qəlbində əbədi yaşayır. Fatimə, sən mənim qəlbimdə əbədi yaşayacaqsan, sən mənim ən əziz dostumsan! by @yusifbidan
0
2 years ago
Download
📸 Yoldaşlar, “Aristotel” Fəlsəfə Klubunun yeni mövsümdə təşkil etdiyi ikinci seminar – Yusif Bidan tərəfindən danışılan “Şəhər ədəbiyyatı” mövzusundakı təlimdən görüntüləri təqdim edirik.

Klubumuzun mövsümdəki fəaliyyəti ilə bağlı yeniliklərdən xəbərdar olmaq, mövzu seçimlərində iştirak etmək üçün "Votsap" (https://chat.whatsapp.com/KXIOll22j9z3XfQPKnxp69) qrupumuza üzv ola bilərsiniz 🔴

O cümlədən, bizi "Aristotel" Fəlsəfə Klubunun “Yutub” (https://www.youtube.com/@AristotelFəlsəfəKlubu), "İnstaqram" (https://www.instagram.com/aristotel.felsefe.klubu/), "Feysbuk" (https://www.facebook.com/profile.php?id=100088670250286), həmçinin “TikTok” (https://www.tiktok.com/@aristotel_felsefe_klubu) və “Teleqram” (https://t.me/AristotelFelsefeKlubu) səhifələrindən də izləməyi tövsiyə edirik ✅ taken in İçərişəhər - Bookhouse & Cafe by @yusifbidan
1
10 days ago
Download
📚 Müəllimlik hazır cavabları ötürmək sənəti deyil. Əksinə, insanda cavablardan şübhələnmək cəsarəti yaratmaqdır.

Bu gün təhsil getdikcə insanı dünyanı anlamağa yox, mövcud dünyaya uyğunlaşmağa hazırlayır. Bilik qiymətə, diplom üstünlüyə, müəllim hesabat verən işçiyə, tələbə isə gələcək əmək bazarının göstəricisinə çevrilir. Düşünmək üçün ayrılmış məkanın özündə belə insandan çox vaxt düşünməsi yox, düzgün cavabı təkrarlaması tələb olunur.

Amma müəllimlik məhz “belədir” deyilən yerdə “niyə?” sualını verməklə başlayır.

Həqiqi müəllim tələbəsinə hansı fikrə sahib olmalı olduğunu deyil, fikrini necə qurmalı olduğunu göstəri və insanı itaətə hazırlamaq yerinə öz ağlı ilə hökm verməyi öyrədir. Çünki azad düşüncə insanın azad olmasının şərtidir.

“Aristotel” Fəlsəfə Klubunu yaradarkən bizim üçün alternativ təhsil də məhz auditoriyanın sərhədlərindən kənarda öyrənmək, adların nüfuzundan çox arqumentlərin gücünə inanmaq, biliyi dünyanı dərk etmə və dəyişdirmə imkanına çevirmək mənasını ifadə edirdi.

Müəllim özündən sonra ona bənzəyən insanlar qoymamalıdır, özündən sonra ondan da yaxşı düşünə bilən insanlar qoymalıdır.

5 Oktyabr münasibətilə düşünməyi öyrədən, sualdan qorxmayan və heç bir avtoritet qarşısında ağlını təslim etməyən bütün müəllimləri təbrik edirik. Çünki müəllimin ən böyük uğuru tələbəsinin bir gün ona da şübhə ilə yanaşa bilməsidir. 👨🏻‍🏫 👩🏼‍🏫 by @yusifbidan
4
11 days ago
Download
📣 Yoldaşlar, “Aristotel” Fəlsəfə Klubunda yeni mövsümün ikinci təlimi keçiriləcək 🧠

🏙 Bu dəfə söhbət şəhərin ədəbiyyatda necə sadəcə fon olmaqdan çıxıb, insanın düşüncəsinə, tənhalığına, münasibətlərinə və gündəlik həyat ritminə təsir edən ayrıca bir qəhrəmana çevrilməsindən gedəcək.

📚 Təlimin mövzusu “Şəhər ədəbiyyatı”dır ✅

👤 Təlimçi: Yusif Bidan
🗓 4 oktyabr | saat 16:00
📍 İçərişəhər – Bookhouse & Cafe (Asəf Zeynallı küç., 16) ☕️
🎟 İştirak ödənişsiz və sərbəstdir 🚩 taken in İçərişəhər - Bookhouse & Cafe by @yusifbidan
3
15 days ago
Download
Sizcə, Frans Kafka Fyodor Dostoyevskidən təsirlənmiş ola bilərmi? 

#dostoyevski #kafka #ədəbiyyat #roman #metamorfoz by @yusifbidan
4
24 days ago
Download
Rüstəm İbrahimbəyov və Bakı ədəbiyyatı haqqında by @yusifbidan
2
a month ago
Download
Sehirli ilk cümlələr haqqında by @yusifbidan
14
a month ago
Download
🦉 Yoldaşlar, dünyanı sadəcə izləmək yox, anlamaq, cəmiyyəti olduğu kimi qəbul etmək yox, onun niyə belə qurulduğunu sorğulamaq istəyənləri “Aristotel” Fəlsəfə Klubunun yeni mövsümünə dəvət edirik.

📚 Yeni mövsümdə də fəlsəfə, ədəbiyyat, psixologiya, elm, tarix və müasir cəmiyyətin ən aktual sualları ətrafında təlimlər, kitab müzakirələri, film nümayişləri və açıq diskussiyalar keçirəcəyik.

🎬 Bizim üçün fəlsəfə yalnız filosofların nə dediyini öyrənmək deyil. O, yaşadığımız dünyanı dərk etmək, görünənin arxasındakı səbəbləri axtarmaq, fikirləri toqquşdurmaq və lazım gəldikdə reallığın özünü dəyişdirməyin mümkünlüyü haqqında düşünməkdir.

🔥 Sual verməkdən, mübahisə etməkdən və dünyaya düşünən gözlə baxmaqdan çəkinmirsinizsə, yeni mövsümdə sizi də aramızda görməkdən məmnun olarıq.

📲 Gələcək tədbirlərimizdə tamamilə ödənişsiz əsaslarla iştirak etmək, izləyəcəyimiz filmləri, müzakirəsini həyata keçirəcəyimiz kitabları birlikdə seçmək üçün "Votsap" qrupumuza üzv ola bilərsiniz:

https://chat.whatsapp.com/KXIOll22j9z3XfQPKnxp69?s=cl&p=a&mlu=4 taken in İçərişəhər - Bookhouse & Cafe by @yusifbidan
4
a month ago
Download
Yağış simvolikasi filmlərdə by @yusifbidan
23
2 months ago
Download
Qiymətli filmlərdəki təsirli monoloqlar barəsində. by @yusifbidan
8
2 months ago
Download
Əvvəl elə düşünürdüm ki, mənim həyatım olduqca sabitdir. Kim varsa o da mənimlə düz ölənə kimi qalacaq. Sonra nə oldu? Hamı bir bir yoxa çıxdı, yaxşı dostlar, gözəl qızlar, xüsusi məna kəsb edən ideya və dəyərlər, müxtəlif maraqlar bir sözlə az qala hər şey getdi işinin dalınca. İndi bax, bu 2026ci ilin avqustunda, bir zamanlar çox uzaq görünən tarixdə, deyə bilirəm ki, əvvəldən deyəsən bircə Ağalar Qəribov qalıb. 

Gələnlər çoxdu, gedənləri isə heç kim əvəz edə bilməz. Yaşamaq öz sonsuz iztirabları ilə mene indi daha da uca səslə təkid edir: əlindəkilərdən (ürəyindəkilərdən) bərk yapış. Çünki bədənin sol tərəfində ürək yerine yekə bir daş daşıyan milyonların arasında yoldaş ve dost tapmaq, sağ qalmaq asan iş deyil.

 Ağalar Qəribovun ürəyimdəki yerini bir daha diqqətinizə çatdırmaqla onu bəyan edirəm ki, bu gün böyük mütəfəkkirin ad günüdür. Müəllimim və həmişəlik dostum, yoldaşımı təbrik edirəm. Onun uğurlarına özününkü kimi sevinirəm, ona xoşbəxtlik arzulayıram. O gün olsun, ölkəmiz və dünyamız biz istəyən güne düşsün. by @yusifbidan
8
2 months ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up