Instagram story viewer> @ateshhub> Posts
894
followers
57
following
Baku-based hub.
Concepts shift into collective acts. Visual artists, curators, art managers, writers and observers.
POSTS STORIES REELS TAGGED
Bəzi simvollar heç vaxt yox olmur. Sadəcə dəyişirlər.

“Sayrışan simvollar” sərgisi üçün Səbinə Cəfər “Dönərgə” əsərini təqdim edir - burada Qurd və Ulu Ana bir araya gələrək bizə irsimiz, gücümüz və yeni dünyanın kökləri haqqında hekayə danışırlar.

Əsərin hekayəsini kəşf edin.

Some symbols never disappear. They only change.

For Shimmering Symbols, Sabina Jafar presents Dönərgə - a work where the Wolf and the Great Mother come together, carrying stories of heritage, strength and the roots of a new world.

Discover the story behind the work. by @ateshhub
20
8 days ago
Download
Heyvanlar bizim üçün təbiətdən kənarda nə ifadə edir?

Azərbaycan mədəniyyətində onlar çoxdan sadəcə obraz deyil. Memarlıqda, xalçalarda, nağıllarda və dastanlarda qoruyucu, yol göstərən və simvolik obrazlar kimi qarşımıza çıxırlar.

“Sayrışan simvollar” bu qədim kodları müasir incəsənət və multimediya vasitəsilə bu günə gətirir.

📍 Şirvanşahlar Sarayı
🗓 30 oktyabr - 1 noyabr
🎟 Qeydiyyat Fly to Baku tətbiqi vasitəsilə həyata keçirilir.

What do animals mean to us beyond the wild?

Across Azerbaijani culture, they have long been more than images. They appear as protectors, guides and symbols - woven into our architecture, carpets, stories and epics.

Shimmering Symbols brings these ancient codes into the present through contemporary art and multimedia.

📍 Palace of the Shirvanshahs
🗓 October 30 - November 1
🎟 Registration via the Fly to Baku app. by @ateshhub
17
16 days ago
Download
Bəzi simvollar heç vaxt yox olmur. Sadəcə dəyişir.

“Sayrışan simvollar” sərgisi heyvan obrazlarının qədim inanclardan müasir incəsənətədək keçdiyi yolu izləyir, keçmişdən gələn mənaları bu günün işığında yenidən düşünməyə dəvət edir.

10 rəssam. 3 gün. Bir sərgi. Hələ də yaşayan bir hekayə.

📍 Şirvanşahlar Sarayı
🗓30.10 - 01.11 2026

Some symbols never disappear. They only change.

Shimmering Symbols traces the journey of animal imagery from ancient beliefs to contemporary art - bringing old meanings into a new light.

10 artists. 3 days. 1 exhibition. A story that still lives.

📍Palace of the Shirvanshahs
🗓30.10 - 01.11 2026 by @ateshhub
17
24 days ago
Download
Hələ də ‘Yaşıl Qatar’ qrup sərgisini görmək üçün Dəmir Yolları Muzeyinə getməyən var? 😊 

#dəmiryolmuzeyi #yaşılqatar #varyox #ateshhub taken in Azərbaycan Dəmiryol Muzeyi by @ateshhub
7
2 months ago
Download
🎬 AZƏRBAYCAN KİNOSU GÜNÜ: ULDUZLARIN İŞIĞINDA

1 avqust | 18:30
📍 Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi və “Azərbaycanfilm” Kinostudiyası Azərbaycan Kinosu Günü münasibətilə xüsusi kino axşamı təqdim edir.

Azərbaycan kino tarixinin formalaşdığı əsas məkanlardan biri olan “Azərbaycanfilm” Kinostudiyası Bakı şəhərinin mədəni xəritəsinin əsas cəlbedici nöqtələrindəndir. Bu axşam tamaşaçılara kino sənəti ilə yalnız ekran vasitəsilə deyil, filmlərin yaradıldığı real mühitdə tanış olmaq imkanı təqdim edəcək.

Proqramda:

• kinostudiya ərazisində tur
• real çəkiliş prosesini yerində izləmək imkanı
• “Bəyin oğurlanması” filminin açıq hava nümayişi
• xüsusi divar rəsminin təqdimatı
• DJ performansı
• “Gün keçdi” filminin açıq hava nümayişi
• Xalq artisti Leyla Şıxlinskayanın iştirakı

Vizual proqram “Atəş Hub” yaradıcı platformasının iştirakı ilə, tədbirin təşkilati koordinasiyası və DJ performansı isə “Yaradıcı Azərbaycan” layihəsinin rezidenti olan “Torpağın Səsi” komandası tərəfindən hazırlanır.

Bir axşamda Azərbaycan kinosunun keçmişi, bu günü, real çəkiliş prosesi, vizual sənət və musiqi eyni məkanda bir araya gələcək.

İştirak ödənişsizdir.
Yerlər məhduddur və əvvəlcədən qeydiyyat mütləqdir.

Qeydiyyat linki bio-da! taken in Cəfər Cabbarlı adına AzərbaycanFilm Kino studiyası by @ateshhub
22
3 months ago
Download
2026-cı ilin iyun ayında Əməkdar rəssam və müstəqil kurator Sabina Şıxlinskaya tərəfindən təsis edilmiş Atəş Hub yaradıcılıq platformasının fəaliyyətinin ilk ili uğurla başa çatdı.

Bu bir il ərzində Atəş Hub müasir incəsənət və mədəniyyət sahəsində uğurlu layihələr həyata keçirdi, çoxsaylı sərgilər təşkil etdi, dəyərli tərəfdaşlıqlar qurdu və daim inkişaf edən yaradıcı birliyin formalaşmasına töhfə verdi. Bu gün artıq 50-dən çox istedadlı gənc rəssam və incəsənət nümayəndəsi Atəş Hub ailəsinin üzvü olmaqdan qürur duyur.

Bu müddət ərzində platformamız üçün ən böyük mənəvi dayaqlardan biri Heydər Əliyev Fondunun vitse-prezidenti, hörmətli Leyla xanım Əliyevanın müasir incəsənətə və gənc yaradıcı nəslə göstərdiyi davamlı diqqət və dəstək olmuşdur. Onun Atəş Hub-ın fəaliyyətinə göstərdiyi etimad və qayğı bizim üçün hər zaman böyük stimul və məsuliyyət mənbəyidir.

Bu gün xüsusi məmnunluq hissi ilə paylaşmaq istərdik ki, Leyla xanım Əliyevanın dəyərli dəstəyi sayəsində Atəş Hub-ın iki gənc rəssamı - Ramil Əliyev və Cavid Həsənli - bu ildən etibarən Amerika Birləşmiş Ştatları və Kanadanın nüfuzlu ali təhsil müəssisələrində incəsənət üzrə təhsillərinə başlayırlar.

İstedadlı gənclərin inkişafına şərait yaratmaq, onların yaradıcılıq potensialını doğru ünvanlara təqdim etmək və yeni imkanlara qovuşmasına töhfə vermək Atəş Hub-ın əsas missiyalarından biridir. Bu sevindirici hadisə də həmin missiyanın ən dəyərli nəticələrindən biri oldu.

Leyla xanım Əliyevaya Azərbaycan gəncliyinə, incəsənətə və mədəniyyətə göstərdiyi yüksək diqqət və qayğıya görə səmimi minnətdarlığımızı bildiririk. İnanırıq ki, bu dəstək yeni nəsil Azərbaycan rəssamlarının beynəlxalq uğurlarına ilham verməyə davam edəcək.

Yeni mövsümdə yenidən görüşmək ümidi ilə…
Sentyabr ayında yeni layihələr və yeni hekayələrlə qayıdırıq. by @ateshhub
10
4 months ago
Download
Atəş Hub-ın “Kritisizm” rubrikası çərçivəsində sənətşünas Leyla İsayeva’nın rəssam Jalə Aziz’in “Silent Gesture” adlı əsərinə “Səssiz Jestlər - Uca Səda” yazısı ilə sənətşünas olaraq yanaşmasını təqdim edir. Bu yanaşma əsərə fərdi baxış bucağını və interpretasiya prizmasını ön plana çıxarır.

__

As part of Atəş Hub’s “Criticism” series, we present art historian Leyla Isayeva’s interpretation of artist Jala Aziz’s work “Silent Gesture” through her essay “Silent Gestures - Loud Voice”. This perspective highlights a personal viewpoint and an individual interpretative lens through which the artwork is explored. by @ateshhub
8
4 months ago
Download
A look back at a wonderful day of art, creativity, and community.

Thank you to everyone who joined us!

#AteshHub #FluxusSpace #ArtMarket #ContemporaryArt #AzerbaijanArt by @ateshhub
1
4 months ago
Download
Atəş Hub InContext rubrikası çərçivəsində təqdim edir: “NI - Natural Intelligence / Təbii Zəka”. taken in Azərbaycan Milli Xalça Muzeyi - Azerbaijan National Carpet Museum by @ateshhub
0
4 months ago
Download
ART MARKET

June 21 | 13:00–18:00

Fluxus Space and Atesh Hub invite you to a one-day art market featuring works by emerging contemporary artists from Azerbaijan.

Participating artists:

Ayten Abdullayeva, Fidan Abilova, Ramil Aliev, Jala Aziz, Aygun Bakhishi, Hasan Hagverdiyev, Javid Hasanli, Fidan Humbatli, Lamiya Kamilova, Alexander Drozdov, Rufana Mamedova, Aliya Bayramova, Emin Mathers, Ramil Mammadli, Nazrin Mammadova, Jeyran Mir-Gasim, Fidan Nazimgizi, Shargiyya Rahmanli, Nargiz Ramizgizi, Nara Safarova, Kamran Valizada, Alina Yusupova.

Meet the artists, discover new works, and find a piece to take home with you.

Join us for an afternoon of art, conversation, and specialty coffee by SipnerSquare @sipnersquare ☕️

📍 Fluxus Space, 28 May Street 5
Free entry by @ateshhub
0
4 months ago
Download
📢 “Təbii Zəka / NI - Natural Intelligence” sərgisinin treyleri artıq yayımdadır!

Bu gün Azərbaycan Milli Xalça Muzeyində incəsənət, elm və müasir texnologiyaların qovuşduğu “Təbii Zəka / NI - Natural Intelligence” sərgisinin açılışı baş tutacaq.

Sərgidə rəssamlar @ramilmammadli_ @rmlaliv @nartistnanoart @eminmathers @lseidalizade tərəfindən hazırlanmış science art, instalyasiya, digital art, nano video art və performans əsərləri nümayiş olunacaq.

Layihə yaddaş, diqqət, qavrayış, insanın təbiətlə əlaqəsi və rəqəmsallaşma dövründə mədəni köklərlə münasibət kimi aktual mövzulara toxunur. Azərbaycan xalçası isə ekspozisiyada yaddaşın və mədəni kodların daşıyıcısı kimi xüsusi yer tutur.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və “Yaradıcı Mərkəz”in dəstəyi ilə təşkil olunur. Layihə Azad Mirzəcanzadə adına İnkişaf Proqramının qalibi olub və Atəş Hub platforması tərəfindən həyata keçirilir. 

Layihənin mentoru Azərbaycanın Əməkdar rəssamı, kurator @sabinashikhlinskaya, kuratoru @sofiyafrank, koordinatoru isə @agnessandart.

Bu gün açılışda sizləri də görməkdən məmnun olarıq. Hər kəsi sərgini ziyarət etməyə dəvət edirik!

📍 Azərbaycan Milli Xalça 
Muzeyi

📅 Sərgi 14 iyun tarixinədək ziyarətçilər üçün açıq olacaq. by @ateshhub
2
4 months ago
Download
💫 iyunun 10-da Azərbaycan Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” adlı sərginin açılışı baş tutacaq.

Sərgidə rəssamlar @rmlaliv , @eminmathers, @nartistnanoart, @ramilmammadli_ və @lseidalizade -nin incəsənət, elm və müasir texnologiyaları birləşdirən science art istiqamətində yaratdıqları instalyasiyalar, digital art, nano video art və performans əsərləri nümayiş olunacaq.

✨ Layihə yaddaş, diqqət, qavrayış, insanın təbiətlə əlaqəsi və rəqəmsallaşma dövründə mədəni köklərdən uzaqlaşma kimi aktual mövzulara toxunur. Azərbaycan xalçası isə bu ekspozisiyada yaddaşın və mədəni kodların daşıyıcısı kimi xüsusi yer tutur.

🤝 Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və “Yaradıcı Mərkəz”in dəstəyi ilə təşkil olunur.

📌 Qeyd edək ki, layihə Azad Mirzəcanzadə adına İnkişaf Proqramının qalibi olub və Atəş Hub platforması tərəfindən həyata keçirilir. Atəş Hub platformasının təsisçisi və mentoru Azərbaycanın Əməkdar rəssamı, kurator @sabinashikhlinskaya , layihənin kuratoru @sofiyafrank, koordinatoru isə @agnessandart -dır.

📅 Sərgi iyunun 14-dək ziyarətçilər üçün açıq olacaq.

#AzərbaycanMilliXalçaMuzeyi #NaturalIntelligence #TəbiiZəka #ScienceArt by @ateshhub
15
4 months ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up