Instagram story viewer> @azeshooting> Posts
16.2K
followers
79
following
Official instagram account of the Azerbaijan Shooting Federation
POSTS STORIES REELS TAGGED
Download All
Pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş🎯 by @azeshooting
1
3 days ago
Download
07 oktyabr 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Nizami rayon gənclərinin Azərbaycan Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzinə infoturu təşkil olunub.

İnfoturun əsas məqsədi gənclərin atıcılıq idman növü ilə bağlı məlumatlılığının artırılması, idmana marağının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaq olub.

İnfotur zamanı gənclər Atıcılıq Mərkəzinin fəaliyyəti, infrastrukturu, məşq prosesi, atıcılıq idmanının tarixi və inkişafı, eləcə də bu sahədə istifadə olunan avadanlıqlarla yaxından tanış olublar.

İştirakçılara atıcılıq idmanının növləri, yarış qaydaları, təhlükəsizlik tələbləri və məşq prosesi barədə ətraflı məlumat verilib. Həmçinin ölkəmizin atıcılıq idmanında əldə etdiyi uğurlar və bu istiqamətdə həyata keçirilən işlər barədə məlumatlandırılıblar.

İnfoturun praktiki hissəsində gənclər mütəxəssislərin nəzarəti altında 10 metr məsafədən pnevmatik silahla atış həyata keçiriblər. Atışdan əvvəl iştirakçılara təhlükəsizlik qaydaları izah olunub və silahdan düzgün istifadə qaydaları nümayiş etdirilib. Gənclər əldə etdikləri nəzəri bilikləri praktiki şəkildə tətbiq etmək imkanı qazanıblar.

Sonda iştirakçılar Atıcılıq Mərkəzinin imkanları ilə daha yaxından tanış olub, 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumovaya və digər mütəxəssislərə onları maraqlandıran sualları ünvanlayıblar.

Tədbir gənclərin atıcılıq idmanına marağının artırılması və müxtəlif idman növləri ilə tanışlıqlarının genişləndirilməsi baxımından faydalı olub. by @azeshooting
2
5 days ago
Download
25 metr məsafədən güllə atıcılığı — qadınlar arasında🎯 taken in Baku Shooting Center by @azeshooting
1
6 days ago
Download
🎯 by @azeshooting
0
10 days ago
Download
Atıcılıq üzrə Ölkə Kuboku🏆
Qadınlar arasında 25 metr tapança yarışında Nigar Nəsirova qızıl medal qazanıb. Həqiqət Atayeva ikinci, Zeynəb Sultanova isə üçüncü yeri tutub.

50 metr tüfəng 3 mövqe yarışında Ramiz Xəlilov qalib olub. Əliməmməd Hüseynov ikinci, Nigar Ramazanova isə üçüncü pillədə qərarlaşıb. 50 metr sərbəst tapança yarışında isə Rəsul Məmmədov birinci, Həqiqət Atayeva ikinci, Hacı Musayev üçüncü yeri tutub.

Pnevmatik tapança üzrə qarışıq komanda yarışında Ruslan Lunev və Nigar Nəsirova qızıl medal qazanıblar. Xanna Əliyeva və Hacı Musayev ikinci, Vladislav Kalmıkov və Xalidə Əliyeva isə üçüncü olublar.

Pnevmatik tüfəng üzrə qarışıq komanda yarışında Ramiz Xəlilov və Leyli Balabəyli birinci yeri tutublar. Zahid Sofiyev və Elvina Əfsanə ikinci, Elvira Allahyarova və İlkin Həsənli isə üçüncü pillədə qərarlaşıblar.

Qadınlar arasında 10 metr pnevmatik tapança yarışının qalibi Sofiya Barxalova olub. Nigar Nəsirova ikinci, Həqiqət Atayeva isə üçüncü yeri tutub. Kişilər arasında eyni növdə Ruslan Lunev qızıl medal qazanıb. İlya Kvokov ikinci, Vladislav Kalmıkov üçüncü olub.

Qadınlar arasında 10 metr pnevmatik tüfəng yarışında Elvira Allahyarova qalib gəlib. Nigar Ramazanova ikinci, Jalə Bayramova isə üçüncü yeri tutub. Kişilər arasında 10 metr pnevmatik tüfəng yarışında Ramiz Xəlilov birinci, Zahid Sofiyev ikinci, İlkin Həsənli isə üçüncü olub. by @azeshooting
2
13 days ago
Download
27 Sentyabr – Anım Günü!

Şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, dərin hörmət və ehtiramla anırıq.🇦🇿 by @azeshooting
0
16 days ago
Download
Tanımağınız üçün bir detal kifayət etdi?👀

#AzeSwimming #atıcılıq #cycling #TeamAZE #StrongerTogether by @azeshooting
2
18 days ago
Download
Deflimpiyaçı atıcımız Əli İskəndərli Avropa Çempionatında bürünc medal qazanaraq Azərbaycan idman tarixində ilkə imza atıb

Serbiyanın Novi Sad şəhərində atıcılıq idman növü üzrə 16-cı Avropa Çempionatı davam edir. Azərbaycan deaflimpiyaçı atıcıları idman tariximizdə ilk dəfə eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında atıcılıq idman növü üzrə Avropa Çempionatında mübarizə aparırlar.
Avropa Çempionatı çərçivəsində 10 m pnevmatik tapança növü üzrə yarışlarda təmsilçilərimiz daxil olmaqla 9 ölkə və 1 neytral komandadan ümumlikdə 21 idmançı iştirak edir.
Deaflimpiya atıcılıq idman növü üzrə baş məşqçi Rəsul Məmmədovun rəhbərliyi ilə yarışlarda iştirak edən deaflimpiyaçı atıcılarımız Əli İskəndərli və Nicat Əzimov gərgin təsnifat mübarizəsinin nəticəsinə əsasən ilk səkkizlikdə qərarlaşıb, çempionatın final mərhələsinə vəsiqə əldə ediblər.
Final mərhələsində idmançılarımız Tokio 2025 Deaflimpiya Oyunlarının bürünc mükafatçısı xorvatiyalı Boris Gramnjak, həmin Oyunları 4-cü yerdə başa vurmuş digər xorvatiyalı Pervan Bruno, neytral komandanın rusiyalı təmsilçisi və Sofiya 2013 Deaflimpiya Oyunlarının bürünc mükafatçısı Boris Lazarev və digər təcrübəli idmançılarla mübarizə aparıblar.
Nəticədə idman tariximizdə eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında atıcılıq idman növü üzrə Avropa Çempionatında ölkəmiz ilk dəfə təmsil olunmasına baxmayaraq, idmançılarımız böyük uğura imza atıblar.
Avropa Çempionatının 10 m pnevmatik tapança növü üzrə yarışlarının son nəticələrinə əsasən, deaflimpiyaçımız Əli İskəndərli 3-cü, Nicat Əzimov isə 5-ci pillədə qərarlaşıblar.

#DeflimpiyaKomitəsi #AzərbaycanAtıcılıqFederasiyası #EDSO #GənclərVəİdmanNazirliyi #EuropeanDeafShootingChampionship by @azeshooting
41
20 days ago
Download
Güllə atıcılığı üzrə Ölkə Kuboku 2026 by @azeshooting
0
21 days ago
Download
“Gözüm hədəfdədir. Sükan arxasında gözün yolda olsun.”
— Zemfira Meftahəddinova, Stend atıcılığı üzrə Olimpiya çempionu
@azeshooting @ivib.2025 

Gənclər və İdman Nazirliyi ilə Daxili İşlər Nazirliyi @polisazerbaycan yol təhlükəsizliyinə həsr olunan birgə maarifləndirmə kampaniyasına başlayır. Kampaniyada əsas çağırış 🛴skuter, 🚲velosiped və 🏍️motosiklet istifadəçilərinə ünvanlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74%, ağır baş xəsarəti riskini 60% azaldır. Məqsəd dəbilqə istifadəsini hər bir sürücü üçün gündəlik qaydaya çevirmək və onun təhlükəsizlikdəki rolunu vurğulamaqdır.

Kampaniyaya qoşulan Azərbaycan idmanının tanınmış simaları öz mesajları ilə xatırladırlar: idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərar həyati əhəmiyyət daşıyır.

🌍 Qeyd edək ki, təşəbbüs BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata keçirilən qlobal yol hərəkəti təhlükəsizliyinə həsr olunan “Make A Safety Statement” kampaniyasından ilham alınaraq hazırlanıb.

#birkimibirlikdə #dəbilqəsizyolaçıxma #həyatənböyükqələbədir by @azeshooting
0
21 days ago
Download
20 Sentyabr — Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik. 
Tariximizin bu şanlı səhifəsini canları bahasına yazan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. 

Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan! 🇦🇿 by @azeshooting
0
23 days ago
Download
Güllə atıcılığı üzrə Ölkə Kuboku 🏆 taken in Baku Shooting Center by @azeshooting
1
23 days ago
Download
×

Download all media on this page

Photos Videos
back to up