Instagram story viewer> @azeshooting> Tagged
16.2K
followers
79
following
Official instagram account of the Azerbaijan Shooting Federation
POSTS STORIES REELS TAGGED
Yarışa hazırsınız?

Eyni idmançı adını təxmin etsək, uduzdunuz.🚩

#güləş #cüdo #stendatıcılığı #TeamAZE #StrongerTogether
21
Deflimpiyaçı atıcımız Əli İskəndərli Avropa Çempionatında bürünc medal qazanaraq Azərbaycan idman tarixində ilkə imza atıb

Serbiyanın Novi Sad şəhərində atıcılıq idman növü üzrə 16-cı Avropa Çempionatı davam edir. Azərbaycan deaflimpiyaçı atıcıları idman tariximizdə ilk dəfə eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında atıcılıq idman növü üzrə Avropa Çempionatında mübarizə aparırlar.
Avropa Çempionatı çərçivəsində 10 m pnevmatik tapança növü üzrə yarışlarda təmsilçilərimiz daxil olmaqla 9 ölkə və 1 neytral komandadan ümumlikdə 21 idmançı iştirak edir.
Deaflimpiya atıcılıq idman növü üzrə baş məşqçi Rəsul Məmmədovun rəhbərliyi ilə yarışlarda iştirak edən deaflimpiyaçı atıcılarımız Əli İskəndərli və Nicat Əzimov gərgin təsnifat mübarizəsinin nəticəsinə əsasən ilk səkkizlikdə qərarlaşıb, çempionatın final mərhələsinə vəsiqə əldə ediblər.
Final mərhələsində idmançılarımız Tokio 2025 Deaflimpiya Oyunlarının bürünc mükafatçısı xorvatiyalı Boris Gramnjak, həmin Oyunları 4-cü yerdə başa vurmuş digər xorvatiyalı Pervan Bruno, neytral komandanın rusiyalı təmsilçisi və Sofiya 2013 Deaflimpiya Oyunlarının bürünc mükafatçısı Boris Lazarev və digər təcrübəli idmançılarla mübarizə aparıblar.
Nəticədə idman tariximizdə eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında atıcılıq idman növü üzrə Avropa Çempionatında ölkəmiz ilk dəfə təmsil olunmasına baxmayaraq, idmançılarımız böyük uğura imza atıblar.
Avropa Çempionatının 10 m pnevmatik tapança növü üzrə yarışlarının son nəticələrinə əsasən, deaflimpiyaçımız Əli İskəndərli 3-cü, Nicat Əzimov isə 5-ci pillədə qərarlaşıblar.

#DeflimpiyaKomitəsi #AzərbaycanAtıcılıqFederasiyası #EDSO #GənclərVəİdmanNazirliyi #EuropeanDeafShootingChampionship
41
back to up