Instagram story viewer> @birlik.org.az> Posts
POSTS STORIES REELS TAGGED
1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə bağlı xeyriyyə tədbiri keçirildi

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün xeyriyyə tədbiri təşkil olunub. Tədbir çərçivəsində ahıllara diqqət və qayğı göstərilib, onlara hədiyyələr təqdim olunub və xoş anlar yaşadılıb. taken in Baku, Azerbaijan by @birlik.org.az
136
12 days ago
Download
📚 Crunch Burger-də Bilik Gününə həsr olunmuş xeyriyyə tədbiri keçirildi! 

Uşaqlar üçün sevinc və xoş anlarla yadda qalan tədbir çərçivəsində məktəb çantaları və kitablar paylandı, maraqlı master-klasslar, sərgi və əyləncəli proqramlar təşkil olundu.

Günün ən gözəl və duyğulu anlarından biri isə inklüziv və istedadlı uşaqların möhtəşəm çıxışları oldu. Onların hər bir çıxışı bu xüsusi günə rəng qataraq tədbiri daha da yaddaqalan etdi. taken in Baku, Azerbaijan by @birlik.org.az
123
a month ago
Download
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Azərbaycan Respublikasının Birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti
möhtərəm Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım!

Sizi doğum gününüz münasibətilə ən səmimi və dərin ehtiram hissləri ilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, əmin-amanlıq və bütün nəcib fəaliyyətinizdə davamlı uğurlar arzu edirik.

Sizin Azərbaycan xalqının rifahına, ölkəmizin tərəqqisinə və dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsinə xidmət edən çoxşaxəli fəaliyyətiniz, yüksək insani keyfiyyətləriniz, humanizm və xeyirxahlıq prinsiplərinə sədaqətiniz hər zaman böyük hörmət və minnətdarlıqla qiymətləndirilir.

Azərbaycanın zəngin milli-mənəvi dəyərlərinin, tarixinin və mədəni irsinin qorunması və dünyada layiqincə təbliği, elm, təhsil, səhiyyə və sosial sahələrdə həyata keçirilən mühüm layihələr, xüsusilə uşaqlara və qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və həssas münasibət Sizin fəaliyyətinizin yüksək mənəvi mahiyyətini bir daha nümayiş etdirir.

Sizin hər bir təşəbbüsünüzdə insana verilən yüksək dəyər, mərhəmət və vətəndaş məsuliyyəti özünü aydın şəkildə göstərir. Xeyirxahlığı və həmrəyliyi cəmiyyətimizin mühüm dəyərlərindən birinə çevirən bu nəcib fəaliyyətiniz Azərbaycan xalqının dərin rəğbət və ehtiramına layiqdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzuları çatdıraraq, qarşıdakı illərdə də Azərbaycanımızın inkişafı və xalqımızın rifahı naminə gördüyünüz şərəfli işlərdə böyük nailiyyətlər arzulayırıq.

Uca Allah Sizi və ailənizi daim qorusun, Sizə möhkəm cansağlığı, könül rahatlığı, ailə səadəti və uzun illər xalqımıza xidmət etmək xoşbəxtliyi nəsib etsin.

Doğum gününüz mübarək olsun, möhtərəm Mehriban xanım!

Sizə dərin ehtiram və ən yüksək hörmətlə.

@firstvicepresidentazerbaijan 🇦🇿 taken in Baku, Azerbaijan by @birlik.org.az
49
2 months ago
Download
“Təbiətlə iç-içə keçən gözəl bir gün. 
🌿 Uşaqlar quş evi hazırlamaq üzrə master-klassda iştirak etdilər, atları sığallayıb onlara yem verdilər, yoga məşğələsinə qatıldılar, animatorlarla əyləndilər və istedadlı övladlarımızdan biri gözəl mahnı ifa etdi. 
Sevinc, qayğı və təbiət sevgisi ilə dolu unudulmaz anlar yaşandı.

#Birlik #SosialLayihə #Uşaqlar #Təbiət #ƏtrafMühitinQorunması taken in Baku, Azerbaijan by @birlik.org.az
103
3 months ago
Download
Qəbələdə uşaqlarımız üçün həm maarifləndirici, həm də unudulmaz bir gün təşkil olundu🌿

Günün ilk hissəsində uşaqlar ağacəkmə aksiyasında iştirak edərək təbiətin qorunmasına öz töhfələrini verdilər. Aksiyada hörmətli Leyla xanım Əliyevanın iştirakı bu təşəbbüsə xüsusi dəyər qatdı.

Daha sonra uşaqlar yoqa məşğələsinə qatıldılar, Qəbələ Arxeoloji Muzeyini ziyarət edərək ölkəmizin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış oldular.

Günün davamında "Fillet Steak House" da təşkil olunan əyləncəli proqram uşaqlara xoş anlar yaşatdı. Animatorların iştirakı ilə müxtəlif oyunlar keçirildi, eyni zamanda təbiətin və ətraf mühitin qorunmasına həsr olunmuş maraqlı master-klass təşkil edildi və uşaqlara müxtəlif hədiyyələr təqdim olundu.

Belə maarifləndirici və faydalı günlər uşaqların həm ekoloji düşüncəsinin, həm də milli-mənəvi dəyərlərə bağlılığının formalaşmasına mühüm töhfə verir.

#qəbələ #ağacəkmə #yaşılgələcək #ekologiya #ətrafmühit taken in Qəbələ, Gabala, Azerbaijan by @birlik.org.az
152
3 months ago
Download
Möhtəşəm ifa bir daha göstərir ki, istedadın heç bir sərhədi yoxdur. Autizmli pianistimizin əzmi, zəhməti və musiqiyə olan sevgisi hər kəsi heyran edir. Ona uğurlar arzulayır, yeni nailiyyətlər gözləyirik💙🎹👏🏻

Xüsusi göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Xalq Artisti, dəyərli sənətkarımız Röya xanıma təşəkkür edirik @royaofficial 👏🏻👏🏻👏🏻

@alisahibbayramov 🎹
@semmy_sax 🎷
#baku #azerbaijan🇦🇿 #livemusic taken in Baku, Azerbaijan by @birlik.org.az
88
4 months ago
Download
🎈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan xeyriyyə tədbirinə xoş gəlmisiniz!

Bu gözəl gündə məqsədimiz uşaqlara sevinc bəxş etmək, onların üzündə təbəssüm yaratmaq və birlik, qayğıkeşlik hissini paylaşmaqdır. Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi hər birimizin ən böyük dəyəridir.

Tədbirimizin təşkilində dəstək göstərən bütün xeyirxah insanlara təşəkkür edirik. Qoy hər bir uşağın həyatı sevgi, qayğı və xoşbəxtliklə dolu olsun!

Bayramınız mübarək, əziz uşaqlar! 

🎈 Добро пожаловать на благотворительный праздник, посвящённый Международному дню защиты детей – 1 июня!

В этот замечательный день наша цель — подарить детям радость, улыбки и хорошее настроение, а также напомнить о важности заботы, добра и поддержки. Дети — наше будущее, и их счастье является самой большой ценностью для каждого из нас.

Благодарим всех, кто поддержал организацию этого праздника и принял участие в добром деле. Пусть жизнь каждого ребёнка будет наполнена любовью, заботой и счастьем!

С праздником, дорогие дети! 🎉 taken in Sea Breeze Resort by @birlik.org.az
99
4 months ago
Download
1 İyun şərəfinə xüsusi bir gün! 🎉

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə BakıBaku qəzeti və Birlik İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Zooloji Parkında 11 saylı inteqrasiya təlimli internat məktəbinin uşaqları üçün unudulmaz bir gün təşkil olundu ✨

Uşaqlar ekskursiya boyunca:

🐻 Ayılar haqqında maraqlı prezentasiya izlədi
🎨 Masterklassda eko çanta bəzədi
🐰 Klinikada dovşanların müayinə etdi və onlarla oynadı

Günün ən gözəl hissəsi uşaqların sevinc dolu, dolğun xatirələr qazanması oldu. taken in Baku, Azerbaijan by @birlik.org.az
85
5 months ago
Download
🇦🇿 12 may tarixində Birlik komandası uşaqlarla birlikdə Azərbaycan Milli Xalça Muzeyini ziyarət etdi.

Uşaqlar üçün muzey üzrə maraqlı ekskursiya təşkil olundu, teatr tamaşası nümayiş etdirildi, həmçinin xalçaçılıq sənəti ilə bağlı ustad dərsi keçirildi. Bu proqram vasitəsilə uşaqlar Azərbaycan mədəniyyəti və ənənələrinin ən önəmli hissələrindən biri ilə daha yaxından tanış oldular.

Bizə göstərilən isti münasibətə, uşaqlara olan diqqətə və bu gözəl imkanı yaratdıqlarına görə Xalça Muzeyinin kollektivinə xüsusi təşəkkürümüzü bildiririk.

🇬🇧 On May 12, the Birlik team visited the Azerbaijan National Carpet Museum together with the children.

An engaging museum tour was organized for the children, along with a theatrical performance and a workshop dedicated to the art of carpet weaving. Through this program, the children had the opportunity to get more closely acquainted with one of the most important parts of Azerbaijani culture and traditions.

We would like to express our special gratitude to the team of the Carpet Museum for their warm hospitality, attention to the children, and for creating such a wonderful opportunity. 

🇷🇺 12 мая команда Birlik вместе с детьми посетила Азербайджанский национальный музей ковра.

Для детей была организована интересная экскурсия по музею, показано театральное представление, а также проведён мастер-класс, связанный с искусством ковроткачества. Благодаря этой программе дети смогли ближе познакомиться с одной из самых важных частей азербайджанской культуры и традиций.

Выражаем особую благодарность коллективу Музея ковра за тёплый приём, внимание к детям и предоставленную возможность. taken in Azərbaycan Milli Xalça Muzeyi - Azerbaijan National Carpet Museum by @birlik.org.az
102
5 months ago
Download
🇦🇿Birlik komandası yaxınlarda IDEA Animal Care Center-i ziyarət etdi — bu, heyvanların sevgi, qayğı və yeni bir həyat şansı qazandığı bir məkandır.

Pişiklər və itlər də insanlar kimi diqqətə, sevgiyə və mərhəmətə ehtiyac duyurlar. Hər bir heyvan yalnız yemək və sığınacaq deyil, həm də sevgi, təhlükəsizlik və güvənə biləcəyi bir insan istəyir.

Heyvanlar sözlə kömək istəyə bilmirlər, amma onlar hər şeyi hiss edirlər — qayğını, mərhəməti, tənhalığı və sevgini. Onların bizə ehtiyacı var, bizim isə bu dünyada mərhəmətə və insanlığa.

Heyvanlara qayğı göstərmək insanlığa qayğı göstərməkdir. Gəlin, mərhəməti seçək. 

🇷🇺Команда Birlik недавно посетила IDEA Animal Care Center — центр заботы о животных, место, где им дарят второй шанс на жизнь, любовь и безопасность.

Кошки и собаки, как и люди, нуждаются в тепле, внимании и заботе. Каждое животное заслуживает не только еды и крыши над головой, но и любви, чувства защищённости и человека, которому можно доверять.

Животные не могут попросить о помощи словами, но они чувствуют всё — заботу, доброту, одиночество и любовь. Они нуждаются в нас так же, как и мы нуждаемся в человечности и сострадании.

Забота о животных — это тоже забота о мире вокруг нас. Давайте выбирать доброту. 

🇬🇧The Birlik team recently visited IDEA Animal Care Center — a place where animals are given a second chance at life, care, and love.

Cats and dogs, just like people, need warmth, attention, and kindness. Every animal deserves not only food and shelter, but also love, safety, and a person they can trust.

Animals cannot ask for help with words, but they feel everything — kindness, care, loneliness, and love. They need us, just as we need humanity and compassion in this world.

Caring for animals means caring for humanity itself. Let’s choose kindness. 🤍 taken in Baku, Azerbaijan by @birlik.org.az
82
5 months ago
Download
❤️❤️❤️☀️☀️☀️🎂🎂🎂

@rdt_baku 
@syrovarnya.baku 
@anaraliyevmagic 
@_kraylon 
@leilahaniff 
@qaygi.ictimai.birlik
@slippknot taken in Baku, Azerbaijan by @birlik.org.az
92
6 months ago
Download
Autizm fərqlilikdir, xəstəlik deyil💙
Hər bir autizmli fərd dünyanı özünəməxsus şəkildə görür və dəyərli bacarıqlara sahibdir.
Anlayış, qəbul və dəstək hər şeyi dəyişə bilər. taken in Baku, Azerbaijan by @birlik.org.az
149
6 months ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up