Instagram story viewer> @birlik.org.az> Tagged
POSTS STORIES REELS TAGGED
1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə bağlı xeyriyyə tədbiri keçirildi

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün xeyriyyə tədbiri təşkil olunub. Tədbir çərçivəsində ahıllara diqqət və qayğı göstərilib, onlara hədiyyələr təqdim olunub və xoş anlar yaşadılıb.
136
Birlik İctimai Birliyinin təşkilatçılığı ilə "1 Oktyabr - Beynəlxalq Ahıllar günü" münasibətilə xeyriyyə tədbiri keçirilib. 

Tədbirdə Xalq artisti Röya Ayxanda iştirak edib. 

Ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyan tədbirə qocalar evi sakinləri ilə yanaşı autizm və daun sindromlu uşaqlar, görmə məhdudiyyətli gənclər qatılıb. 

Röya Ayxan onlarla səmimi söhbət edib, şəkillər çəkdirib və sevilən mahnılarını səsləndirərək unudulmaz anlar yaşadıb. 

Eyni zamanda tədbirdə görmə məhdudiyyətli bir neçə gənc öz istedadını nümayiş etdirib. Onlar öz ifaları ilə bu günə maraqlı anlar qatıb. 

Tədbir çərçivəsində ahıllara diqqət və qayğı göstərilib, onlara hədiyyələr təqdim olunub və xoş anlar yaşadılıb. 

"PrimeTime" tədbirdən görüntüləri təqdim edir:
42
📚 Crunch Burger-də Bilik Gününə həsr olunmuş xeyriyyə tədbiri keçirildi! 

Uşaqlar üçün sevinc və xoş anlarla yadda qalan tədbir çərçivəsində məktəb çantaları və kitablar paylandı, maraqlı master-klasslar, sərgi və əyləncəli proqramlar təşkil olundu.

Günün ən gözəl və duyğulu anlarından biri isə inklüziv və istedadlı uşaqların möhtəşəm çıxışları oldu. Onların hər bir çıxışı bu xüsusi günə rəng qataraq tədbiri daha da yaddaqalan etdi.
123
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Azərbaycan Respublikasının Birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti
möhtərəm Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım!

Sizi doğum gününüz münasibətilə ən səmimi və dərin ehtiram hissləri ilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, əmin-amanlıq və bütün nəcib fəaliyyətinizdə davamlı uğurlar arzu edirik.

Sizin Azərbaycan xalqının rifahına, ölkəmizin tərəqqisinə və dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsinə xidmət edən çoxşaxəli fəaliyyətiniz, yüksək insani keyfiyyətləriniz, humanizm və xeyirxahlıq prinsiplərinə sədaqətiniz hər zaman böyük hörmət və minnətdarlıqla qiymətləndirilir.

Azərbaycanın zəngin milli-mənəvi dəyərlərinin, tarixinin və mədəni irsinin qorunması və dünyada layiqincə təbliği, elm, təhsil, səhiyyə və sosial sahələrdə həyata keçirilən mühüm layihələr, xüsusilə uşaqlara və qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və həssas münasibət Sizin fəaliyyətinizin yüksək mənəvi mahiyyətini bir daha nümayiş etdirir.

Sizin hər bir təşəbbüsünüzdə insana verilən yüksək dəyər, mərhəmət və vətəndaş məsuliyyəti özünü aydın şəkildə göstərir. Xeyirxahlığı və həmrəyliyi cəmiyyətimizin mühüm dəyərlərindən birinə çevirən bu nəcib fəaliyyətiniz Azərbaycan xalqının dərin rəğbət və ehtiramına layiqdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzuları çatdıraraq, qarşıdakı illərdə də Azərbaycanımızın inkişafı və xalqımızın rifahı naminə gördüyünüz şərəfli işlərdə böyük nailiyyətlər arzulayırıq.

Uca Allah Sizi və ailənizi daim qorusun, Sizə möhkəm cansağlığı, könül rahatlığı, ailə səadəti və uzun illər xalqımıza xidmət etmək xoşbəxtliyi nəsib etsin.

Doğum gününüz mübarək olsun, möhtərəm Mehriban xanım!

Sizə dərin ehtiram və ən yüksək hörmətlə.

@firstvicepresidentazerbaijan 🇦🇿
49
Bizim balaca ulduzlarimiz ✨
21
Sehrli bir gündən… ✨

Bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə sonsuz təşəkkürlər. 🤍

@birlik.org.az 
@thefarm.az 
@gazelli.yoga 
@anima_baku 

Bu gözəl reel üçün xüsusi təşəkkürlər @roma_.abdulov 📸
20
back to up