Posted On: October 17th 2026, 11:36 am
Qozlu tort↘️
Xəmir üçün:
• 2 stəkan qoz və fındıq ovuntusu
• 4 ədəd yumurta
• 1 stəkan şəkər tozu
• 1 xörək qaşığı bal
• 1 paket qabartma tozu
• 3 stəkan un(əlavə lazım gələrsə yarım stəkan)
Krem üçün:
• 1 qab bişmiş qatılaşdırılmış süd (karamel rəngli)
• 1 stəkan yarım adi bişmiş qatılaşdırılmış süd
• 200 qram kərə yağı
Hazırlanma qaydası:
Yumurta, şəkər tozu və balı qarışdırırıq. Qoz-fındıq ovuntusunu, qabartma tozunu və unu əlavə edib xəmir hazırlayırıq. Xəmiri 5 hissəyə bölürük.
Sobanı əvvəlcədən 180°C-də qızdırırıq. Hər bir layı ayrıca, sobanın orta rəfində təxminən 8–10 dəqiqə, üstü qızılı rəng alana qədər bişiririk. Layların çox qurumaması üçün bişmə müddətinə nəzarət edirik.
Bişmiş layları sobadan çıxardıqdan sonra tam soyuyana qədər otaq temperaturunda saxlayırıq. Laylar soyuduqdan sonra kremi hazırlayırıq.
Krem üçün kərə yağı ilə bişmiş qatılaşdırılmış südü qarışdırırıq. Kremi layların arasına çəkirik. Tortun üzərini qoz-fındıq ovuntusu ilə bəzəyirik. Tortu ən azı 4–5 saat, mümkün olduqda isə bir gecə soyuducuda saxlayırıq ki, laylar kremi yaxşı hopdursun. ❤️
Nuş olsun! 🥰
#kendimutfagiim #foodreels #love #salat #tort Load More