Instagram story viewer> @philharmonichall_az> Posts
76.2K
followers
1
following
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası
POSTS STORIES REELS TAGGED
 by @philharmonichall_az
0
a day ago
Download
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü🇦🇿 by @philharmonichall_az
0
a day ago
Download
 by @philharmonichall_az
0
4 days ago
Download
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində növbəti konsert oktyabrın 14-də Sabirabad rayonunda keçirilib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Rəqs Ansamblı (baş baletmeyster Rüfət Xəlilzadə) Sabirabad Rayon Mədəniyyət Mərkəzində çıxış edərək milli rəqs sənətimizin zənginliyini və rəngarəngliyini tamaşaçılara nümayiş etdirib.
Konsert proqramı Azərbaycanın milli-mədəni irsinin təbliği, milli rəqs ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi, ölkənin zəngin mədəniyyətinin daha geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edib. taken in Sabirabad, Sabirabad by @philharmonichall_az
3
4 days ago
Download
Azərbaycan Dövlət Rəqs Ansamblının Sabirabadda qastrol konserti keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizin aparıcı bədii kollektivlərinin iştirakı ilə həyata keçirilən genişmiqyaslı mədəni qastrol proqramı davam edir.
Layihə çərçivəsində oktyabrın 14-də Sabirabad rayon Mədəniyyət Mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Rəqs Ansamblının qastrol konserti keçirilib.
Konsert proqramı Vasif Adıgözəlovun “Mənim Azərbaycanım” süitası ilə başlanıb. Daha sonra ansamblın ifasında Emin Sabitoğlunun “Ağ çiçəyim” əsəri, həmçinin “Qavalla rəqs”, “Nağara”, “Toy”, “Qazağı”, “Şəli”, “Naz eləmə”, “Tərəkəmə”, “Uzundərə”, “Çayçı”, “Qaytağı” milli rəqslərimiz və “Yaylıq” xalq mahnısı təqdim olunub.
Milli rəqs sənəti nümunələrinin yüksək peşəkarlıqla təqdimatı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 
Qeyd edək ki, mədəni qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdən biri olan mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.

#Azərbaycan #MədəniyyətNazirliyi #mədəniyyət by @philharmonichall_az
10
5 days ago
Download
 by @philharmonichall_az
0
5 days ago
Download
10 oktyabr Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi sənətinin parlaq nümunələrini özündə birləşdirən növbəti möhtəşəm konsert proqramı təqdim olundu.
Konsertdə dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi. Gecənin xüsusi qonağı qismində Rusiyadan dəvət olunmuş pianoçu Elsi Varando dinləyicilərə yüksək peşəkarlıq və bədii ifadə gücü ilə seçilən ifa təqdim etdi.
Konsert proqramında S.Prokofyevin fortepiano və orkestr üçün 3-cü Konserti (C-dur, op. 26) və S.Raxmaninovun “Simfonik rəqslər” (op. 45) əsərləri səsləndirildi. Hər iki əsər özünəməxsus musiqi dili, zəngin orkestr boyaları və mürəkkəb bədii-texniki xüsusiyyətləri ilə proqramın məzmununu daha da dolğunlaşdırdı.
Zəngin musiqi məzmunu, peşəkar ifaçılıq və yüksək səviyyəli bədii təqdimatı ilə seçilən konsert dinləyicilər tərəfindən böyük maraqla qarşılandı. Gecə klassik musiqinin zəngin ənənələrini yaşatmaq, dünya musiqi irsinin dəyərli nümunələrini geniş auditoriyaya çatdırmaq və musiqisevərlərə unudulmaz sənət təəssüratları bəxş etmək baxımından əlamətdar oldu. by @philharmonichall_az
0
8 days ago
Download
 by @philharmonichall_az
0
9 days ago
Download
 by @philharmonichall_az
16
10 days ago
Download
 by @philharmonichall_az
1
10 days ago
Download
Əziz Musiqisevərlər!
Noyabr ayından etibarən 2026–2027-ci il mövsümünün Abonement Konsertlər silsiləsinə start verilir. Yeni mövsümdə rəngarəng proqramlar, fərqli tematik istiqamətlər və maraqlı musiqi layihələri sizlərə təqdim ediləcək.
Abonement konsertlər silsiləsi klassik musiqi ənənələrinin təbliği, zəngin musiqi irsinin tanıdılması və gələcək nəsillərə ötürülməsi, eləcə də dinləyicilərin estetik zövqünün inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Yeni mövsümdə hər bir konsertin musiqi ilə dolu anlarını bizimlə bölüşməyinizi arzulayır və sizi abonement konsertlərimizə dəvət edirik! by @philharmonichall_az
0
10 days ago
Download
 by @philharmonichall_az
3
11 days ago
Download

Download All

Save the photos and videos currently loaded on this page.

0Photos
0Videos
Ready to download 0 / 0

Keep this tab open until your download is ready.

back to up